Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə63/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   59   60   61   62   63   64   65   66   ...   69

 
198
demək  olar  ki,  qətiyyən  idarə  olunmur.  Beləliklə,  onları  idarə 
etmək üçün bəzi imkanlar mövcuddur. 
Riyazi  proqnozlaşdırma  modelləri  əsasında  beynəlxalq 
təşkilatların  və  mərkəzi  bankların  valyuta  və  bank  böhranlarının 
erkən  qarşısının  alınması  üsulunun  tətbiqi  üzrə  təcrübəsi  təhlil 
edilmiş, onların yaxşı tərəfləri və nöqsanları üzə çıxarılmış, həmin 
üsulun  maliyyə  bazarında  böhranların  qarşısının  alınması  üçün 
tətbiqi əsaslandırılmışdır.  
BVF və BHB tərəfindən valyuta və bank böhranının qarşısı-
nın  alınması  və  proqnozlaşdırması  təcrübəsi  ümumiləşdirilmiş  və 
onlar tərəfindən istifadə edilən və böhranların qarşısının alınması-
na,  hər  bir  inkişaf  mərhələsində  böhranın  nəticələrinin  azaldılma-
sına istiqamətlənmiş geniş yanaşmanın yalnız ilkin mərhələdə təh-
lükənin  yaranması  haqqında  məlumatın  verilməsinə    yönəlmiş 
məhdud yanaşma ilə müqayisədə üstünlükləri əsaslandırılmışdır. 
Riyazi  proqnozlaşdırma  modellərinə  əsaslanan  valyuta  böh-
ranlarının  erkən  qarşısının  alınması  sistemlərinin  təhlili  əsasında 
belə bir nəticə  çıxarılmışdır ki,  göstərilmiş üsul qənaətbəxş, lakin 
modellərin  böhranların  proqnozlaşdırılmasının  və  qarşısının  alın-
ması  üçün  yeganə  vasitə  kimi  müstəqil  istifadəsi  üçün  kifayət  et-
məyən    proqnozlaşdırma  qabiliyyətinə  malikdir.  Kəmiyyət  para-
metrlərinin təhlilinə əsaslanan həmin üsulu maliyyə bazarında böh-
ranların qarşısının alınması üçün keyfiyyət parametrlərinin təhlili-
nin  istifadəsilə  digər  üsulların  tətbiqi  ilə  təkmilləşdirmək  təklifi 
ə
saslandırılmışdır.   
Maliyyə bazarının müxtəlif seqmentlərinin və onların iştirak-
çılarının kəmiyyət və keyfiyyət göstəriciləri nəzərə alınmaqla böh-
ranların  qarşısının  alınması  üzrə  riyazi  modellərin  proqnoz  xüsu-
siyyətlərinin təkmilləşdirilməsi yolları təhlil edilmişdir. 
Böhran  indikatorlarının  istifadəsinə  əsaslanmış  statistik  er-
kən qarşısını alma modellərinin təhlili əsasında ölkənin, onun ma-
liyyə bazarı qısa müddətli satınalmanın zəifliyi ilə bağlı problem-
lər  yaşadıqda  yaxud,  xüsusən    inkişaf  edən  ölkələrin  maliyyə  ba-


 
199
zarlarında, böhran inkişafının zəncirvarı reaksiyası yarandıqda, tə-
cili reaksiyasının zəruriliyi müəyyən olunmuşdur. 
Dünya  təcrübəsinin  təhlili  əsasında  böhranların  qarşısının 
alınması üçün istifadə olunan aşağıdakı əsas tədbirlər sistemləşdi-
rilmişdir. 
•  məlumat təhlili, elmi araşdırmalar və proqnozlar; 
•  dövlət və iqtisadi subyektlərin iqtisadiyyatı və maliyyə və-
ziyyəti haqqında  standartlaşdırılmış məlumatın təqdim edilməsi və 
yayılması; 
•  beynəlxalq  səviyyədə  qəbul  olunmuş  standartların  və  mə-
cəllələrin bazar iştirakçılarının praktiki fəaliyyətində tətbiqi; 
•  risklərin təhlili və qiymətləndirilməsi, reytinq qiymətləndi-
rmələrinin tətbiqi; 
•  stress-testləmə  (sarsıntıların  test  yoxlaması)  və  ssenarili 
planlaşdırma; 
•  böhran vəziyyətlərinin proqnozlaşdırılması üçün böhranla-
rın erkən qarşısının alınması sistemlərinin modellərinin tətbiqi; 
•  əsas maliyyə  göstəricilərinə və bazar iştirakçılarının prak-
tiki fəaliyyətinin beynəlxalq qəbul olunmuş standartlara və norma-
lara  uyğunluğuna  nəzarətin  təkmilləşdirilməsi,  meqanizamlayıcı 
institutunun istifadəsi; 
•  bazar nizamlayıcısının böhran hadisələrinə reaksiyaya  ha-
zırlığının təmin edilməsi və riskin idarə edilməsi üzrə lazımı ölçü-
lərin görülməsi. 
Maliyyə  böhranlarının  yaranma  nəzəriyyələrinin,  onların 
qarşısının  alınması  üzrə  yanaşmaların,  tədbirlərin  və  üsulların 
təhlil  əsasında  maliyyə  bazarında  böhranların  qarşısının  alınması 
sisteminin əsas prinsipləri və funksiyaları ayrılmışdır. 
Böhranların  qarşısının  alınması  sisteminin  aşağıdakı  əsas 
funksiyaları  təhlil  edilmişdir:  hazırlıq-ehtiyat,  proqnoz-qiymətlən-
dirmə, hazırlığın təminatı, məlumat. 
Maliyyə bazarında böhranların inkişaf ssenarilərinin fasiləsiz 
olaraq proqnozlaşdırma mərhələlərində təhlilinin, risklərin qiymət-


 
200
ləndirilməsinin  və  böhranın,  onun  qarşısının  alınması  məqsədilə, 
yaranması təhlükəsinə reaksiyanın zəruriliyi əsaslandırılmışdır. 
ş
lənib  hazırlanmış  böhran  əleyhinə  tədbirlərin  risklərin  xa-
rakterinə uyğunluğunun və onların böhranların qarşısının alınması 
sisteminin  əsas  məqsədinə  nail  olmaq  üçün  düzgün  həyata  ke-
çirilməsinin təhlilinə əsaslanan sistemin effektivliyinin qiymətlən-
dirilməsinə dair yanaşma təklif olunmuşdur.  
Dünya təcrübəsinə əsaslanaraq Azərbaycan maliyyə böhran-
larının  qarşısının  alınması  sisteminin  yaradılmasına  dair  konsep-
tual  təkliflər  işlənmiş  və  yanaşmalar  müəyyən  edilmiş,  həmçinin 
aşağıdakılar qısa ifadə olunmuşdur: 
• 
məqsəd – maliyyə bazarının iqtisadiyyatın sabit innova-
sion    (yeniliklərin  tətbiqi  ilə)  inkişafının  təmin  edilməsində  rolu-
nun artırılması; 
• 
vəzifə – böhranların qarşısının alınması və onların nəti-
cəsində zərərin azaldılması.  
Qarşısını alma sisteminin strukturunun erkən qarşısını alma, 
risklərin  qiymətləndirilməsi,  hazırlığın  və  əlaqənin  təminatı  üzrə 
alt sistemlərdən ibarət olan  əsası müəyyən edilmişdir.  
Dünya təcrübəsi əsasında maliyyə bazarında böhran sarsıntı-
larının  qarşısının alınması sisteminin yaradılmasına dair aşağıdakı 
tələblər təsnif edilmişdir: böhranın növü və onun inkişaf mərhələsi, 
maliyyə bazarında böhranların qarşısının alınması sisteminin  döv-
lət  və  korporativ  idarəçilik  və,  məqsədlərin  iyerarxiyasına  əsasla-
nan, fəaliyyət prioritetlərinin strukturunda yeri. 
Maliyyə krizislərin heç olmaması istəyi pul əməliyyatlarının 
heç  olmadığı  və  ya  qadağan  olunduğu  bir  dünyada  mümkündür. 
Daim  inkişafda  olan  bir  dünyada  isə  pul  əməliyyatının  dur-
durulması  mümkün  deyil.  Ancaq  maliyyə  krizisləri  ilə  qar-
ş
ılaşmamaq ya da qarşılaşan maliyyə krizislərdən ən az zərərlə çıx-
maq üçün alına biləcək tədbirlər vardır: valyuta bazarlarda sabitlik, 
makroiqtisadi  tədbirlər və digər tədbirlər olaraq saymaq mümkün-
dür.  
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə