Microsoft Word Agahuseyn ?liyev docx



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix26.05.2018
ölçüsü0,73 Mb.
#46288
1   ...   4   5   6   7   8   9   10   11   ...   29
    Bu səhifədəki naviqasiya:
  • P.M.

22 

 

sərvətin mənbələrinin axtarılıb-tapılması idi.  



Marjinalistlər  və  onların  bir  qolu  olan  riyazi  məktəbin  («Avstriya  məktəbi») 

nümayəndələri (K. Menger,  Y. Bem-Baverk,  U. S. Cevons,  L. Valras,  V. Pareto,  

L. V. Kontoroviç,  C. Klark) digər iqtisadi hadisə və pros-eslər kimi,  iqtisadi artıma 

da  istehlakçı  nöqteyi-nəzərindən  və  son  hədd'faydalılığı  prizmasmdan  yanaşırdılar. 

Onlara görə,  məhsul istehsalınm hansı həcmə qədər artırılması həddi bu məhsulun- 

hər  bir  vahdinin  son  hədd  faydalılığı  ilə  müəyyən  edilir.    Bu  məktəbin 

nümayəndələrindən iqtisadi hadisələrə ilk dəfə riyazi aparatı tətbiq etməyə cəhd 

edən  ingilis  iqtisadçısı  və  statistiki  Uilyam  Stenli  Gevonsu  (1835-1882)  və 

Leon  Valrası  (1834-1910)  xüsusilə  qeyd  etmək  lazımdır.    Cevons  özünün  dəyər 

qanunu,    nemətin  son  hədd  faydalılığı,    mübadilə  qanunu  və  Günəşin  aktivliyinin 

işgüzar aktivliyə  və iqtisadi  artıma  təsirinin  tədqiqi ilə  məşhurdur.  lk dəfə  tələb və 

təklif nəzəriyyəsi əsasında ümumi iqtisadi tarazlıq modelini təqdim edən Leon Valras 

(1834-1910) olmuşdur. Məhz Valrasın ümumi iqtisadi tarazlıq modeli əsasında sabit 

qlobal dinamik tarazlıq,  iqtisadi artımın tipləri və amilləri tədqiq olunmağa başladı. 

Bu  alimin  ideyalarınm  təsiri  altmda  iqtisadi  artımın  neoklassik  konsepsiyalarını 

hazırlayan  tədqiqatçılar  yarandı.  Valrasm  modelinə  müstəsna  dərəcədə  böyük 

ə

həmiyyəti  onun  şagirdi  V.    Pareto,    həmçinin  P.    Samuelson,    Y.    Şumpeter,    V. 



Leontyev vermişdir

1

.  



Keynsin  nəzəriyyəsi  XX  əsrin  iqtisadi  nəzəriyyələri  arasında  iqtisadi  fıkrin 

inkişafında ən dərin iz buraxan nəzəriyyədir.  Keyns A. Smit,  Rikardo və K. Marksla 

yanaşı,  iqtisad elminin inkişafına həlledici təsir etmiş ən ciddi tədqiqatlar ilə məşğul 

olmuşdur.  Keynsin ilk tədqiqatları pul,  pul tədavülü ilə əlaqdər olmuşdur. Sonradan 

alim öz diqqətini səmərəli artımın makroiqtisadi problemlərinə yönəltmişdir.  Keyns 

daha tam təşkildə səmərəli tələb və onun artımı problemlərini tədqiq etmişdir .  

Keynsçiliyin  Ortodoksal  keynsçilər  (C.  Xiks,    A.  Fillips),    Neokeynsçilər  (R. 

Harrod,  E. Domar,  E. Hansen),  Sol keynsçilər (N. Kaldor,  P. Sraffa,  C. Robinson),  

Postkeynsçilər  (P.  Devidson,    X.  Minski,    R.  Klauer),    Yeni  kembric  məktəbi  (U. 

                                                            

1

rycetiHOBP.M., ropöaneBa K3.B., PaöueBa B.M. McTopHa əKOHOMHMecxnx yneHMH: Y^eÖHHK / üo/ı o6m. pea. 



KD.B.FopöaHeBOH. M.: Hncjjpa-M, 2014, 252 c. 


23 

 

Qodli,  K. Kutts,  M. Fezerston) kimi əsas istiqamətləri vardır.  



Keyns nəzəriyyəsinin əsas istiqamətəlrindən olan neokeynsçilərin (E. Domar və R. 

Harrod)  və  postkeynsçilərin  (N.  Kaldor)  iqtisadi  artım  modelləri  iqtisadi  artım 

haqqında görüşlərin və modellərin inkişafı baxımından çox mühüm ohəmiyyət kəsb 

edir. Ümumiyyətlə,  Keyns ideyalarının sonrakı inkişafı R. Harrod və E. Domann adı 

ilə bağlıdır.  Domar «iqtisadi artım haqqında orçerklər» (1956) kitabmda Harroddan 

fərqli olaraq,  kapital yığımı prosesində üstün şəkildə bazarın lııtumunun dəyişməsini,  

yəni geniş təkrar istehsalı nəzərdən keçirirdı.  Həm I larroda,  həm də Domara görə,  

iqtisadi artım tempi yalnız bir faktorun-kapital yığımımn funksiyasıdır.  

V. Leontyev (1906-1999) tərəfindən təklif edilmiş «Xərclər-buraxılış» nıodeli də 

böyük  əhəmiyyət  kəsb  edir.  Modeldə  iqtisadiyyat  44  şərti  bölməyə  nynlır  və  onlar 

arasında  olan  qarşılıqlı  əlaqələr  xətti  tənliklərlə  ifadə  edilir.    Modelin  mürəkkəb 

olmasına baxmayaraq,  60-cı illərdən başlayaraq BMT,  Dünya Bankı,  habelə ABŞ 

ondan geniş istifadə etməyə başladılar .  

Solou modeli   qərbdə ən geniş yayılmış iqtisadi artım modellərindən biridir.  Bu  

model  qənaətin,    əhalinin  və  texnoloji  tərəqqinin  artımının  zamana  görə  istehsalın 

həcminin  artımına  necə  təsir  etdiyini  göstərir.    Modelin  əsas  xüsusiyyətiondan 

ibarətdir ki,  burada istehsal funksiyası və istehlak funksiyasıbirləşdirilmişdir.  Solou 

modelində kapital yığımınm iqtisadi artımı,  bununla da  əhalinin  həyat  səviyyəsinin 

yüksəlməsini  necə  təmin  etdiyi  göstərilir.    Solou  modeli  artımın  Keyns  tipli 

modellərinin  məhdudiyyətlərini  (nöqsanlarmı)  aradan  qaldırdı  və  makroiqtisadi 

proseslərin xüsusiyyətlərini daha dəqiq təsvir etdi.  R.  Solougöstərdi ki,  Keyns tipli 

modellərdəki  dinamik  tarazlığm  stabil  olmamasmın  səbəbi  bıı  odeilərdə  istehsal 

faktorlarınm bir-birini qarşılıqlı əvəz edə bilməməsidir.  Keyns 

tipli 


artım 

modellərindən  (məsələn,    Domar-Harrod  modelindən)  fərqli  olaraq,    Solou  öz 

modelində  istehsal  funksiyası  kimi  Leontiyev  funksiyasmdan  dcyil,    Kobb-Duqlas 

funksiyasmdan  istifadə  etmişdir  ki,    burada  da  istehsal  lüktorları-kapital  və  əmək 

qarşılıqlı əvəz olunandır.  

Keynsin 


ə

nənəvi 


modeli 

məcmu 


tələb  ilə 

məcmu 


təklif 

ə

yrilərindən ibarət olub,  nflyasiya iqtisadi artım  münasibətini dəqiq təsvir edir.  Bu 




24 

 

modelə görə,  qısa müddətli dövrdə məcmu təklif əyrisi yuxarıya doğru hərəkət edir,  



lakin  şaquli  vəziyyət  almır.    Əgər  məcmu  təklif  əyrisi  şaqulidirsə,    iqtisadiyyatda 

tələbin dəyişməsi yalnız qiymətlərə təsir edir,  əks halda məcmu tələbdəki dəyişiklik 

həm |qiymətə,  həm də məhsula təsir göstərir.  Bu fakt onunla təsdiqlənir ki,  bir sıra

 

amillər  qısa  müddət  ərzində  həm  məhsul  istehsalınm  səviyyəsinin,    həm  də 



nflyasiya  səviyyəsinin  artmasma  səbəb  olur.    Bu  amillərə  gözləmələr,    iş  qüvvəsi,  

digər  istehsal  amillərinin  qiymətlərindəki  dəyişiklik,    maliyyə  və  valyuta  siyasəti 

sahəsindəki  dəyişiklik  aiddir.    Qısamüddətli  dövrdən  hipotetik  uzunmüddətli 

dövrədək yerdəyişmə zamanı yuxarıda göstərilən amillər və bu amillərin «dayamqlı 

vəziyyət»dəki  «şok»u  iqtisadiyyatdakı  tarazlığı  pozur.    Bu  «dayanıqlı  vəziyyət»də 

«heç  nə  dəyişmir».  Qısamüddətli  dövrdə  «dinamik  tənzimləmə»  nıəcmu  tələb  və 

məcmu  təklif  əyrilərinin  tənzimləmə  yoluna  gətirib  çıxarır  ki,    bu  da  nflyasiya  ilə 

iqtisadi artım arasındakı ilkin müsbət əlaqəni göstərir. Lakin sonuncu hissədə (klassik 

hissədə)  nflyasiya  ilə  iqtisadi  artım  arasındakı  müsbət  əlaqə  pozulur.  Beləliklə,  

Keyns  və  onun  ardıcılları  belə  hesab  edirlər  ki,    zəif  nflyasiya  iqtisadi  artımı 

stimullaşdırır.  Qiymətlərin  ləng,    daimi  artımı  firmalara  əlavə  mənfəət  əldə  etməyə 

imkan verir,  onlar investisiya qoymaqda və istehsalın genişləndirilməsində maraqlı 

olurlar.  Bu proses resurslarm tam məşğulluğu təmin olunanadək davam edir.  

Monetarçılar  pul-kredit  münasibətlərinin  nflyasiyadakı  kəskin  rolunu  təkrarən 

qeyd  edirlər.  Onlar  nflyasiya  iqtisadi  artım  əlaqəsinə  uzunmüddətli  təklif  nöqteyi-

nəzərindən  yanaşaraq,    problemi  pulun  kəmiyyət  nəzəriyyəsi  və  pulun  netrallığı 

nəzəriyyəsi əsasında izah edirlər. M. Fridman təklif edir ki,  cəmiyyətdə  nflyasiya o 

vaxt  yüksəlir  ki,    məcmu  pul  kütləsi  məhsulun  həcmindən  çox  olur.  nflyasiyanın 

kapital  yığımına,    investisiyaya,    ixraca  təsiri  ölkənin  artım  normasma  pis  təsir 

göstərə  bilər.  Beləliklə,    monetarçılar  elə  hesab  edirlər  ki,    uzunmüddətli  tiövrdə 

qiymətlər  pul  kütləsinin  artımına  təsir  edir,    lakin  iqtisadi  artıma  heç  bir  real  tssir 

etmir.  Əgər  pul  kütləsinin  artımı  iqtisadi  artımdan  çoxdursa,    deməli  «lazımlı 

nflyasiya»  (yəni  təhlükəsiz  nflyasiya)  dövrü  başa  çatmışdır  və  bundan  sonrakı 

nflyasiya iqtisadi artım üçün təhlükəlidir.  

Neoklassiklər  və  artımın  endogen  nəzəriyyəsinin  tərəfdarları  isə  nflyasiyanın 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə