Microsoft Word Agahuseyn ?liyev docx



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix26.05.2018
ölçüsü0,73 Mb.
#46288
1   2   3   4   5   6   7   8   9   ...   29

 

Tətqiqatın  əsas  məqsəd  və  vəzifələri.Tədqiqatın  əsas  məqsədi  inflyasiyanın 

tənzimlənməsi 

siyasətinin 

mahiyyətini, 

ölkənin 


inkişafında 

inflyasiyanın 

tənzimlənməsi  siyasətinin  və  antiinflasiya  siyasətinin  əsas  istiqamətlərini 

öyrənməkdir.  qtisadiyyat sahəsində istənilən dövlətin əsas məqsədi möhkəm iqtisadi 

artımı, daxili qiymətlərin sabitliyini, həmçinin xarici iqtisadi tarazlığı təmin etməkdir. 

Bu göstərilən məqsəd aşağıdakı vəzifələrin həllini tələb edir: 

-  müasir  inflyasiyanın  tənzimlənməsi    sisteminin  əsas  xüsusiyyətlərinin və ona 

təsir elementlərinin müəyyən edilməsi; 

-  antiinflasiya    sisteminin  bazar  iqtisadiyyatına  uyğun,  iqtisadi  islahatlar 

dövründə formalaşdırılması, onun məqsəd və vəzifələrinin dəqiqləşdirilməsi; 

-  dünya  və  Azərbaycan  iqtisadiyyatında  antiinflasiya  siyasətinin  həyata 

keçirilməsi  imkanlarından istifadə təcrübəsinin təhlil edilməsi; 

- milli iqtisadiyyatın müasir  vəziyyətinin araşdırılması; 

- müasir antiinflasiya sistemindəki problemlərinin təhlili; 

-  antiinflasiya  sisteminin    təkmilləşdirilməsinin  iqtisadi  proseslərə  təsirinin 

müəyyən  edilməsi  və  yarana  biləcək  problemləri  aradan  qaldırılması  yollarını 

ə

vvəlcədən aşkarlanması 



Tətqiqat  informasiya  bazası  və  işlənməsi  metodlarıTədqiqatın  aparılması 

üçün  informasiya  mənbəyi  kimi  Azərbaycanın,  Rusiyanın  və  digər  ölkə 

müəlliflərinin  elmi  əsərləri  və  monoqrafiyalarından,  eyni  zamanda  Azərbaycan 

Respublikası  Mərkəzi  Bankının  rəsmi  materiallarından,  Statistika  komitəsinin 

statistik məlumatlarından, müxtəlif internet saytlarının iqtisadi materiallarından və s. 

mənbələrdən istifadə etmişdir. 

Inflyasiyanın  yaranması  və  xüsusiyyətləri,  ona  təsir  edən  amillər  və  bu  kimi 

digər  məsələlərə  dair  həm  dünya  iqtisadçılarının,  həmçinin  Azərbaycan 

iqtisadçılarının  və  alimlərin  əhəmiyyətli  elmi  əsərləri  mövcuddur.  Bu  toxunulan 

məsələlərə 

Azərbaycan 

alimlərindən 

Z.F.Məmmədovun, 

E.M.Sadıqovun, 

D.A.Bağırovun, 

M.X.Həsənlinin, 

M.X.Meybullayevin, 

R.M.Rzayevin, 

A.M.Kərimovun,  Ş.Ə.Abdullayevin,  R.V.Əsgərovanın  əsərlərində  Ümimmilli  lider 



 

Heydər  Əliyevin  və  onun  irsinin  davamçısı  olan  cənab  prezident  lham  Əliyevin 



siyəsətində əhəmiyyətli dərəcədə yer verilmişdir.  

Tədqiqatın elmi yeniliyi.   

1.

  Inflasiya proseslərinə təsir göstərən amillərin sistemləşdirilməsi 



2.

  Azərbaycan  Respublikasında  inflasiyanın  baş  verməsi  səbəblərinin  inkşaf 

etmiş ölkələrin eyni adlı göstəriciləri ilə müqayisə edilməsi. 

3.

  Pul kütləsinin artmasının iflasiya prosesesinə təsiri təhlil edilmişdir. 



4.

  Azərbaycan  Respublikasında  baş  verə  biləcək  inflasiyanın  qarşısını  almaq 

məqsədi ilə görüləcək tədbirlər planı hazırlanmışdır. 

    Tədqiqatın 

praktiki 

ə

həmiyyəti. nflasiyanın 

tənzimlənməsi 

siyasətinin 

aparılmasının vacibliyi onun stabil saxlanılması və qarşııya çıxa biləcək problemlərin 

qarşısının  alınması  antiinflasiya  siyasətinin  düzgün  şəkildə  aparılmasıdesertasiya 

işinin əhəmiyyətini ön plana keçirdir. 

    

Tədqiqatın işinin stukturu:  Dissertasiya işi girişdən, üç fəsildən, nəticə və 

təkliflərdən, eyni zamanda ədəbiyyat siyahısından ibarətdir. 



 

 


 

FƏS L I.  NFLYASIYAYA HAQQINDA NƏZƏRi YANAŞMALAR  



    1. 1.  nflyasiya haqqında klassik iqtisadçı alimlərin nəzəri fikirləri 

Pul  nəzəriyyələrinin  hər  biri  müəyyən  təkamül  və  fəaliyyət  prinsipləri  ilə 

xarakterizə  olunur.    Ayrı-ayrı  ümumiləşdirici  nəzəriyyələr  çərçivəsində  eyni 

dünyagörüşünü  paylaşan  və  oxşar  fundamental  qaydaların  tərəfdarı  olan  müxtəlif 

müəlliflər  bəzi  xüsusi  məsələlər  üzrə  fərqli  fıkirlər  söyləyə  bilər  və  konsepsiyanın 

(nəzəriyyənin)  digər  tərəfdarları  tərəfindən  qəbul  edilməyən  öz  şəxsi  fıkirlərini  irəli 

sürə bilərlər.  

Pulun təbiəti haqqında bir neçə nəzəriyyə mövcuddur.  Onları şərti olaraq «əmtəə» 

və qeyri-əmtəə» konsepsiyalarına bölmək olar.  

Bu nəzəriyyəyə görə pul öz təbiəti baxımından daxili dəyərə malik olmayan,  şərti 

hesab  vahidi  olan  sadə  nişanlar  kimi  müəyyən  olunur.    Buna  əsaslanaraq  belə 

nəticəyə  gəlirik  ki,    pulun  alıcılıq  qabiliyyəti  sanki  onun  maddi  məzmunundan 

qətiyyən asılı deyil və yalnız onun nominalı ilə müəyyən olunur.  Konsepsiyanın adı 

məhz buradan qaynaqlanır.  

Bu  nəzəriyyəyə  görə,    pulun  dəyəri  pulların  çəkisinə  görə  deyil,    üzərində 

göstərilən  nominalına  görə  qəbul  olunması,    nominalist  nəzəriyyənin  əsasını  təşkil 

edir.  

Kağız  pul  tədavülünün  yaranması  və  inkişafı  nominalist  pul  nəzəriyyəsinin 



tərəfdarlamm  mövqeyini  daha  da  möhkəmlətdi.    Kağız  pul  nişanlarının  yaranması 

pulların  sadəcə  dövlət  tərəfindən  emissiya  olunan  şərti  nişanlar  olduğuna  bir  daha 

sübut oldu.  

Nominalist pul nəzəriyyələri XVIII əsr iqtisadçılarının əsərlərində sistemli şəkildə 

inkişaf  etdirildi.    Belə  ki,    ingilis  iqtisadçısı  J.  Stüart  (1712-1780)  «ideal  pul 

vahidləri»  konsepsiyası  ilə  çıxış  edirdi.    Bu  konsepsiyaya  görə  pulun  bir  ictimai 

təzahürü  kimi  real  pul  metalları  olan  qızıl  və  gümüş  ilə  heç  bir  əlaqəsi  yoxdur.  

Yalnız  «ideal  pul  vahidləri»  pula  xas  olan  yeganə  funksiyasını  -  qiymət  miqyası 

funksiyasını yerinə yetirməlidirlər.  

Subyektiv  idealizmin  tərəfdarlarından  biri  olan  məşhur  ingilis  fılosofu  J.  Berkli 

(1685-1753)  də  oxşar  fıkirləri  inkişaf  etdirmişdir.    O,    pulu  maddi  məzmundan 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə