7
məhrum olan abstrakt dəyər münasibəti kimi nəzərdən keçirirdi.
XX əsrin əvvəllərində nominalizm pulun dövlət nəzəriyyəsi kimi rəsmiləşdirilir.
Bu cərəyanın fıkirləri alman iqtisadçısı Q. F. Knappm «pulun dövlət nəzəriyyəsi»
ə
sərində təqdim edilmişdir. Müasir şəraitdə pulun mahiyyətinə bu jür yanaşma daha
geniş yayılmışdır. Nominalizm tərəfdarı olan Q. F. Knapp pulu hüquq normalarından
(qaydalarından) irəli gələn nəticə hesab edirdi. Q. F. Knapp pulu ödəniş vasitəsi
kimi müəyyən edirdi və hesab edirdi ki, kağız pullar da(qızıla dəyişdirilə bilməyən)
tam dəyərli metal pullar üçün səciyyəvi olan bütün funksiyaları da heç bir
məhdudiyyət olmadan yerinə yetirə bilərlər.
Nominalizm ideyalarINı J. Keyns və onun ardıcılları (E. Xansen, R. Xarrod, P.
Samuelson) müdafiə edirdilər. Belə ki, P. Samuelson hesab edir ki, «kağız pullar
pulun mahiyyətini onun daxili təbiətini təmsil edir. Pul əmtəə kimi deyil, pul olaraq
öz-özlüyündə deyil, onlarla alma biləcək şeylərin xatirinə lazımdır».
Qiymətli metalların pul tədavülü sferasından sıxışdırılıb çıxarılması, kağız pul
nişanlarının qızıla dəyişdirilməsinin tam dayandırılması, nağdsız hesablaşmaların
inkişafı, elektron pulların meydana gəlməsi - bütün bunlar nominalist pul
nəzəriyyələrinin hökmran mövqe qazanmasına gətirib çıxardı.
Metal pul nəzəriyyəsi mahiyyəti və praktiki yönümünə görə nominalizm
nəzəriyyəsinə tam ziddir. Onun əsas tezisi pulun və qiymətli metalların faktiki olaraq
eyniləşdirilməsindən ibarətdir. Metal pul nəzəriyyəsinin tərəfdarları çox vaxt hesab
edirdilər ki, qızıl və gümüş öz təbiəti etibarilə elə puldur.
Bu nəzəriyyənin rüşeymləri hələ antik dövrdə meydana gəlmişdi. Lakin bütöv bir
nəzəriyyə kimi bu nəzəriyyə orta əsrlərdə yarandı.
Metal pul nəzəriyyəsi merkantilistlər tərəfindən tamamlanaraq bütöv bir nəzəriyyə
kimi formalaşdırılmışdır ki, bu da Onların təliminin ruhuna uyğun olaraq
xariciticarətlə bağlı olan ticarət kapitalı haqqında baxışları əks etdirir.
Məlum olduğu kimi, merkantilistlər dövlətin malik olduğu həqiqi sərvət olaraq
yalnız pulu qəbul edirdilər. Xarici ticarət ölkəyə qiymətli metal axınım təmin edən
ə
sas mənbə olaraq hesab edilirdi.
Metal pul nəzəriyyəsi pul tədavülünün tarazlığının pozulduğu dövrdə əhəmiyyətli
8
dərəcədə müdafıə olunmuş və dövlət tərəfındən «sikkələrin korlanması»na qarşı
mübarizədə istifadə olunmuşdur.
Merkantilizmi tənqid edənlər metal pul nəzəriyyəsinə qarşı çıxaraq sübut etməyə
çalışırdılar ki, daxili tədavül üçün tam dəyərli pullara ehtiyac yoxdur, belə ki, onlar
qeyri-istehsal xərclərini yaradırlar.
Qızıl standartın hökmran olduğu dövrdə metal pul nəzəriyyəsi çox geniş yayıldı.
Kağız pul nflyasiyasına qarşı yönəldilən bütün pul islahatları metal pul
nəzəriyyəsinin ənənəvi prinsiplərinə əsaslanırdı.
Metallizm nəzəriyyəsində müəyyən oyanış (renessans) və neometallizm
konsepsiyasının yaradılması 1950-ji illərin ortalarına təsadüf edir. Müəlliflərin fıkrinə
görə dünya miqyasında qızıl standartı sisteminin daxil edilməsi qarşılıqlı etibarın
bərpasına, maliyyə sabitliyinə, iqtisadi artıma və sosial tərəqqiyə gətirib çıxara
bilərdi.
Buna baxmayaraq, inkişaf etmiş ölkələrdə müasir dövrdə metal pul nəzəriyyəsi
praktiki olaraq tətbiq olunmur. Metal valyutaya qayıdış ideyası ona görə populyar
deyil ki, bu halda pulun xeyli hissəsi tədavüldən çıxa bilərdi, tezavrasiya olardı. Bu
ideyanın reallaşması ölkənin pul sistemini qızıl istehsahndan asılı vəziyyətə salardı və
bununla da pul-kredit və valyuta sferasına hökumətin müdaxilə imkanlarmı azaldardı.
Pulun miqdar nəzəriyyəsi pulun yeganə keyfıyyətinin (yəni, alıcılıq qabiliyyətinin)
onun miqdarında cəmlənməsi təsəvvürləri ilə bağlıdır. Bu konsepsiyam Ş. L.
Monteskyö, D. Yum, D. Rikardo, . Fişer, J. M. Keyns, A. Piqo işləyib
hazırlamışdılar. Onların fıkirlərinə görə, pul vahidinin dəyəri və məhsulların qiymət
səviyyəsi tədavüldə olan pulların miqdarı ilə müəyyən olunur. Tədavüldə pul nə
qədər çoxdursa, qiymətlər də bir o qədər yüksəkdir və əksinə.
Pulun miqdar nəzəriyyəsindən merkantilizmi tənqid etmək üçün, eləcə də qiymətli
metalların yığılması onların dəyərdən düşməsinə səbəb olduğundan milləti
varlandırmadığını sübut etmək üçün istifadə olunurdu.
XX əsrdə iqtisadi nəzəriyyədə monetarizm cərəyanı formalaşdı və bu cərəyan
pulun miqdar nəzəriyyəsinə əsaslanırdı. M. Fridmenə görə monetarist - pulun miqdar
nəzəriyyəsinə inanan adama deyilir.
9
Bu günkü gündə də pulun miqdar nəzəriyyəsi əvvəlki populyarlığını qoruyub
saxlamaqdadır. Bu nəzəriyyə görə, əmtəələrin nisbi dəyəri, pulun alıcılıq qabiliyyəti
və onun dəyişmə səbəbləri ilə bağlı bütün suallara cavab verməyə çalışır.
Pulun klassik miqdar nəzəriyyəsi üçün 3 postulat səciyyəvi idi:
1)
səbəbiyyət (qiymətlər pul kütləsindən asılıdır);
2)
mütənasiblik (qiymətlər pulun miqdarına mütənasib olaraq dəyişir);
3)
universallıq (pulun miqdarının dəyişməsi bütün əmtəələrin qiymətinə eyni
həcmdə təsir edir).
Müasir pulların forma və növlərinin təhlili göstərdi ki, pul sistemlərinin fəaliyyəti
onun ictimaiyyət tərəfındən qəbul edilməsinə söykənir və yalnız obyektiv iqtisadi
qanunlarla deyil, eyni zamanda cəmiyyət tərəfindən yaradılan hüquqi qanunlarla da
idarə edilir. Bir əmtəənin qiyməti qızılın dəyəri ilə deyil, məjmu əmtəə kütləsi ilə
tutuşdurulur. Beləliklə, pulun bu jür formalaşmış dəyər ölçüsü konsepsiyası müasir
iqtisadiyyatda meydana gələn bəzi yeni məqamları istisna etmir.
Bütövlükdə pulun funksiyalarının transformasiyası nəzəriyyələri millı pul
sistemlərində baş verən cari dəyişiklikləri əks etdirir.
Sosial utopiyanınprinsipcə 2 növü vardır: - sosialist və ya kommunist utopiyalar
və liberal utopiyalar.
XIX əsrdə Ş. Furye, A. Sen-Simon, R. Ouen, A. . Qertsen, N. Q. Çemışevski
kimi sosial-utopistlərin nəzəriyyələri daha çox məşhur idi. Sosial-utopistlərin tənqidi
belə bir fakta söykənirdi ki, xüsusi mülkiyyət təjavüzkarlıq və kin doğurur.
Onlar ticarət, sələmçilik və kapitalist münasibətlərini kəskin şəkildə tənqid
cdirdilər. Sosial-utopistlərin aktivində «işlək pullar» nəzəriyyəsi idi.
Kommunizm utopiyalarında pul insanın insan tərəfindən istismar aləti kimi
nəzərdən keçirilir. Onlar, hətta, əmtəə mübadiləsi əməliyyatlarında da pulun
vasitəçiliyinin ləğv edilməsi barədə təkliflər irəli sürürdülər.
XX əsrdə F. Xayek, Y. Kornainin liberal utopiyaları daha çox məşhur oldu.
Onlar insani və sosial qüsurların azad bazarın kor-koranə fəaliyyət göstərən qüvvələri
vasitəsi ilə aradan qaldırılmasını irəli sürürdülər. Onların konsepsiyalarımn tənqidi
ə
sasını belə bir fakt təşkil edirdi ki, ictimai mülkiyyət başqasınınhesabına yaşama
Dostları ilə paylaş: |