Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

80 
 
(overdraft  üzrə  dövriyyə  vəsaitləri  vasitəsilə  kredit  faizləri,  buraya  veksellərin 
uçotuna, məqsədli kreditlərə dair faizlər də aiddir), əməliyyatların növlərinə (kre-
ditlər, banklararası kreditlər, depozitlər üzrə faizlər), köçürmə üsullarına (sadə və 
mürəkkəb, adi və dəqiq köçürmələr) əsaslanır. 
Növündən  asılı  olmayaraq  razılaşdırılmış  kredit  faizi  kommersiya  bankları 
üçün  zəruri  olan  kredit  ehtiyatları  və  marjaların  qiymətləri  əsasında  müəyyən 
olunur.  Bu  zaman  kredit  ehtiyatlarının  qiyməti  real  surətdə  nəzərə  alınır. 
Ehtiyatların  real  qiymətinin  bazar  qiymətləri  normasından  kənara  çıxması  zəruri 
ehtiyatlarının təsiri nəticəsində baş verir. Bank üçün faiz marjasının kifayət qədər 
olması  ümumi  bank  vəsait  ödənişinin  yubanmalarının  qarşısını  alır  və  mədaxili 
artırır. Bundan başqa, razılaşdırılmış faiz inflyasiyannın və bank təhlükəsinin artım 
dərəcəsini nəzərə almalıdır. 
Komissiya - bank əməliyyatları xidmətlərinin mükafatlandınlmasının adıdır. O, 
latınca  «comissio»  sözündən  əmələ  gəlmişdir  ki,  bu  da  tərcümədə  «tapşırıq» 
deməkdir.  Onun  miqyasının  müəyyənləşdirilməsinə  xidmətlərin  maya  dəyəri  və 
zəruri  mənfəət  daxildir.  Lakin  təklif  və  tələbdən  asılı  olaraq  komissiya  (mükafat 
tarifi) maya dəyərindən yüksək və ya aşağı ola bilər. Xidmətlərin maya dəyərinə və 
onun  bazar  qiymətləri  normasından  kənara  çıxmasına  daimi  nəzarət  olunmalıdır. 
Bunun əsasında xidmətlərin inkişafının istiqamətləndirilməsi və xidmətlərin maya 
dəyərinin azaldılmasına dair tədbirləri haqqında məsələlər öz həllini tapır. 
Gəlir mənbəyi тüəууəп qədər sabit və qeyri-sabit növlərə bölünür. Müəyyən 
qədər  sabit  gəlir  mənbəyinə  bank  xidmətlərinin  faizli  və  faizsiz  mədaxilini  aid 


81 
 
edirlər.  Qeyri-sabit  gəlir  mənbəyinə  isə  qiymətli  kağızların  ikinci  bazarında 
qabaqcadan  nəzərə  alınmayan  əməliyyatlar  vasitəsilə  əldə  olunmuş  mədaxil 
daxildir.  Müasir  şəraitdə  bir  çox  banklar  qeyri-sabit  gəlir  mənbəyinə  valyuta 
ə
məliyyatlarının mədaxilini də aid edirlər. Bankın inkişafının arzu olunan cərəyanı 
(istiqaməti)  sabit  gəlir  mənbəyinin  artımı,  mədaxilin  artımına  qeyri-sabit  gəlir 
mənbəyinin təsir etməməsidir. 
Kommersiya banklarının  xərclərini qeydiyyat üsulları və növlərinə görə təsnif 
etmək mümkündür.  
Növünə görə məsrəfləri: 
-faizli məsrəflər, 
-faizsiz məsrəflər, 
-digər məsrəflərə ayırd edilir. 
Faizli  məsrəflər  müddətli  depozitlər  və  əmanət  qoyuluşlarından  müştərilərə 
ödənilmiş  faizlərdən  təşkil  olunur.  Buraya  eləcə  də  digər  bankların  depozitləri, 
kredit əməliyyatları, qiymətli kağızların buraxılışı da daxildir. 
Faizsiz  məsrəflər  -  bank  tərəfindən  qiymətli  kağızlar  üzrə,  xarici  valyuta, 
kassa və hesablaşma əməliyyatlarına sərf olunan məsrəflər aiddir. 
Digər məsrəfləveksel üzrə diskont əməliyyatları, vergilərin ödənilməsi, qiymətli 
kağızlar bazarında spekulyativ əməliyyatların itkiləri, valyuta bazarı əməliyyatları, 
bank əmlakının satışına aid ehtiyat vəsaitlərinin təşkili ilə sıx əlaqədardır. 
Qeydiyyat  üsuluna  əsasən  1998-ci  ilə  qədər  məsrəflərin  3  qrupu  ayırd 
edilirdi: 


82 
 
•  bankın əməliyyat və digər məsrəfləri; 
•   idarəetmə aparatının təminatı üçün sərf olunan məsrəflər; 
•  bank tərəfindən ödənilən cərimələr.. 
Bankın  əməliyyat  və  digər  məsrəflərinə  bank  tərəfindən  ödənilən  vergilər, 
cəlb edilmiş vəsaitlərə görə ödənilən faizlər, əsas fondların amortizasiyası, qeyri-
maddi  aktivlər,  icarə  məsrəfləri,  reklam  xərcləri,  hesablaşma  mərkəzlərinin
 
xidmətlərinin  ödəniş,  poçt  və  teleqraf  xərcləri,  təhsil  məsrəfləri,  blank  məsrəfləri 
məlumatın  maqnit  daşıyıcıları,  məxfi  sənədlər  və  qeyri-maddi  xüsusiyyətli 
məsrəflər  də  aiddir.  Göründüyü  kimi  əməliyyat  məsrəfləri  faizli,  faizsiz  və  digə
məsrəflərə bölünür.
 
Ikinci  qrupa
  -  idavəetmə  aparatının  təminatına  sərf  olunan  xərclər  aiddir. 
Ə
mək  haqqı,  mükafat,  sosial  yönlü  fondlara  pul  vəsaiti  köçürmələri, 
binaların,avadanlığın  və  yüngül  nəqliyyatın  təminatına  sərf  olunan  xərclər, 
mühafizə, məzuniyyət və dəftərxana məsrəfləri. Xüsusiyyətinə görə bu qrup faizsiz 
məsrəflərə daxildir.
 
1999-cu  ildən  etibarən  hesabların  yeni  planı  sadalanan  əməliyyat 
məsrəflərinin bir neçə qrupa bölünməsini nəzərdə tutur. Bunun üçün ikinci dərəcəli 
sərbəst balans hesabları açılır (tərtib olunur): 
•  cəlb edilmiş kreditlərin ödəniş faizləri, 
•  cəlb olunmuş vəsaitlər üzrə hüquqi şəxslərə ödənilən faizlər, 
•  depozitlər üzrə fıziki şəxslərə ödənilən faizlər, 
•  qiymətli kağızlar üzrə əməliyyatların məsrəfləri, 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə