Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

73 
 
ABŞ hökumətinin və onun təsisatlarının nəqdiyyatlar ve birbaga borcları - 0 risk 
faizi; 
•  daxili  depozit  müəssisələrinin  iddiasr  və  ABŞ  höküməti  tərəfindən  şərti 
qarantiya olunmuş borclar – 20 %; 
•  1  -  4  ailə  evi  ilə  girovla  yığılmış  və  ilk  və  adi  girov  kağızı  və  qiymətli 
kağızlarla,  habelə  maliyyələşdirilən  layihələşdirilən  gələn  gəlirlə  təmin 
edilən istiqrazlarla təmin olunmuş ssudalar - 50 % risk; 
•  digər aktivlər - 100 % risk. 
Risk  dərəcəsi
  faizlə  ifadə  olunan  və  balansda  olan  hər  bir  aktivin  tam 
dəyərinə  nisbətdə,  eləcə  də  balanlanslaşdırılmış  əməliyyatların  kredit 
ekvivalentine tətbiq edilən həcmdən ibarətdir. Öz növbəsində ABŞ - da 1989 - 
cu ildə qeydiyyata alınmış kapitalın kafiliyinə normativ tələblər asağıdakılardan 
ibarət idi: 
•  baza kapitalının (adi səhmləri, müddətsiz imtiyaz səhmləri və konsolidasiya 
olunmuş  törəmə  şirkətlərin  qeyri-maddi  aktivlər  istisna  edilməklə  nəzarət 
olunmayan  səhmlər  paketinin  daxil  olduğu  birinci  dərəcə  kapital)  və 
yardımçı kapitalın (birinci dərəcə kapitalın l00 % həcmini və digər imtiyazlı 
səhmlərin,  investisiya  xarakterli  hibrid  instrumentlərin  və  subordinasiya 
borcunun da daxil olduğu həddi keçməyən (məhdudlaşdırılmış ikinci dərəcə 
kapitalın) tərkibi müəyyən edilir; 


74 
 
•  balans  aktivləri  risk  dərəcəsinə  görə  təsnif  olunur  (risk  dərəcəsinə  görə 
seçilmiş  bütün  balans  aktivlərinin  məbləğindən  və  balanslaşdırılmış 
ə
məliyyatlar üzrə risk dərəcəsinə göre seçilmiş kredit ekvivalenti məbləği; 
•  risk dərəcəsi  üzrə balanslaşdırılmış  maddələr  təsnif  edilir  (balanslaşdırılmış 
risklər  reqresslə  satılmış  akkreditivlərlə,  aktivlərlə  ssudaların  verilməsi 
haqqında  formal  öhdəliklərlə  bağlıdır  və  onlar  kredit  ekvivalentləri  üzrə 
aktivlərə daxil edilirlər və bunun üçün balanslaşdırılmış risklərin hər biri (0, 
20,  50  və  ya  100  %)  borclunun,  qarantın  nəzərə  alınması  ilə  seçilir  və 
təminolunma növünə görə müvafiq risk kateqoriyasına aid edilir); 
•  kapitalın kafiliyini müəyyənləşdirmək üçün əmsallar təyin olunur. 
Öz  kapitalının  likvidliyi  və  kafiliyi  əmsalı  kommersiya  banknın  maliyyə 
dayanıqlığının  və  öz  itkilərini  azaltmaq  və  mədaxilini  artırmaq  məqsədilə 
iqtisadiyyat və qanunvericilikdə baş verən bütün dəyişiklərə həssaslıqla reaksiya 
vermək imkanlarının müəyyənləşdirilməsində mühüm rol oynayır. Ona görə də 
kommersiya bankının likvidliyi və öz kapitalının kafiliyinin idarə olunması üzrə 
işi bankın  özünü  saxlamasına  yönəldilibdir  ki,  onun da şərtləri  həmin  əmsallar 
sahəsində normativ tələblərin yerinə yetirilməsidir. 
 
 
 


75 
 
3. Fəsil. Kommersiya banklarının gəlir və xərclərinin, 
mənfəətinin formalaşdırılması
 
3.1. Kommersiya banklarının gəlirləri və xərcləri 
Kommersiya  banklarının  gəlir  mənbəyinin  əsasını  fəaliyyətinin  müxtəlif 
növləri təşkil edir. Bank fəaliyyətinin elementləri aşağıdakdardır. 
-
 kredit fəaliyyəti, 
-
 diskont-fəaliyyət, 
-
 mühafızə fəaliyyəti, 
-
 bankın zəmanətli fəaliyyəti, 
-
 qiymətli kağızlarla fəaliyyət,  
-
 əmanətçilərin tapşırğına əsasən depozit qoyuluşuna, 
-
 əməliyyatların icrasına əsaslanan fəaliyyət, 
-
 digər banklar ilə müxbir münasibətlərin şəbəkəsinin fəaliyyəti, 
-
 qeyri-ənənəvi bankın xidmətlər şəbəkəsinin fəaliyyəti.  
Kredit  fəaliyyəti iki əsas elementdən ibarətdir: 
•  faiz  mükafatı  müqabilində  müştərilərə  və  digər  kommersiya  banklarına 
kreditin və sərbəst resursların müvəqqəti istifadəyə verilməsi. 
•  kredit  fəaliyyətinin  ikinci  hissəsi  digər  bankda  banklararası  kredit  və  ya 
müddətli  depozit  forması  ala  bilər.  Kredit  fəaliyyətində  gəlir  faiz  şəklində 
çıxış edir. 


76 
 
Diskont-fəaliyyəti bank tərəfindən ödənilməmiş veksellərin, çeklərin, müəyyən 
güzəştlər  ilə  diskontların  alınması  deməkdir.  Diskont-fəaliyyətin  müxtəlif 
növlərindən biri də bankın faktorinq əməliyyatlarıdır. 
Faktorinq əməliyyatları növə bölünür: 
•  reqress hüququna malik;  
•  reqress hüququ olmayan. 
I halda bank, borcu vaxtı-vaxtında ödəmədiyinə görə tədavülçünü cərimə edir. 
II halda  isə  bank  bu  cür  hüquqa  malik  deyil.  Ona  görə  də,  bank 
faktorinq  əməliyyatına  dair  mükafat  tələb  etdikdə  daha  böyük  təhlükə 
ilə  qarşılaşır.  Belə  ki,  tədarükçünün  satılmış  məhsulunun  gəlirini  azaldır 
və satılmış əmtəə  malının dəyəri mislində güzəşt  təyin edir. Güzəştin miqdarı iki 
element əsasında müəyyən olunur: 
•  bankın  kredit  ehtiyatlarından  müxtəlif  xassəli  alqı-satqı  prosesində 
istifadə edilməsi; 
•  xidmətlərin göstərilməsinə görə komissiyon mükafatlandırma. 
Bu  mükafatın  məbləği  də  öz  növbəsində  faktorinq  əməliyyatının  növləri  ilə 
ə
laqədar təhlükədən asılı olaraq hələ də dəqiq müəyyən olunmur. 
Faktorinq  əməliyyatları  zamanı  komissiya  ehtiyatların  dəyərinə  görə  faiz 
ödənişlərinin,  tələblərdən  asılı  faizlərin  vasitəsilə  müəyyən  olunan  diskontun 
parametrlərinin əmələ gətirdiyi çətinliklər ilə qarşılaşır. Faktorinq əməliyyatlarının 
(FƏ) gəliri bankın faiz mədaxilinə aiddir. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə