Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

77 
 
Mühafizə  fəaliyyəti  bank  əməliyyatlarına  uyğun  olan  trast  (etibarlı)  və  agent 
xidmətlərinə əsaslanır. Fəaliyyətin bu növü müştərinin əmlakının idarə edilməsinə 
və  bu  əmlak  ilə  bilavasitə  bağlı  olan  tapşırıqlar  üzrə  ayrı-ayrı  konkret 
ə
məliyyatların  icrasına  görə  bankın  gəlir  mənbəyidir.  Məsələn:  trast  müqaviləsi 
ə
sasında  bank  müştərinin  pul  vəsaitinin  hesablarda  yerləşdirilməsi  və  müştərini 
müəyyən  gəlirlə  təmin  etmək  vəzifəsini  öhdəsinə  götürür.  Trast  əməliyyatları 
zamanı müqavilənin şərtlərinə uyğun olaraq müştərinin gəliri bankın mədaxilindən 
az  da  ola  bilər.  Deməli,  agent  əməliyyatlarından  fərqli  olaraq  trast  xidmətlərinə 
görə komissiya daha yüksək göstəricilərə malik olur. Bu xüsusiyyət trast xidmətləri 
müqabilində  komissiyon  mükafatın  quruluş  tərkibini  müəyyən  edir.  Buraya 
ə
mlakın  idarə  olunmasına  dair  qiyməti  təyin  edilmiş  mükafat  və  iş  fəaliyyətinin 
nəticəsinə görə mükafatlandırma daxildir. 
Qiyımtli  kağızlarla  fəaliyyati  -  bankın  qiymətli  kağızlar  buraxmasından, 
qiymətli  kağızların  bazarda  reallaşmasından,  ikinci  növ  bazar  sistemində  digər 
emitent  idarələrin  qiymətli  kağızları  ilə  təşkil  olunmuş  əməliyyatlardan, 
müəssisələrin  özəlləşdirilməsi  ilə  əlaqədar  xidmətlər  şəbəkəsindən  ibarətdir. 
Kommersiyanm  bu  növündən  gələn  bankın  gəliri  şəxsi  və  emitent  idarələrin 
qiymətli  kağızlarının  alqı-satqının  kursu  üzrə  fərqlər,  özəlləşmə  xidmətlərinin 
tapşırıqları əsasında toplanılır. 
Bankın  zəmanətli  fəaliyyati  daima  gəlir  gətirir.  Müştərilə  hesablaşmaların 
təşkili  və  kreditləin  alınması  üçün  müxtəlif  növlü  zəmanətlərin  verilməsi 
müqabilində  bank  pul  mükafatı  ala  bilər.  Lakin  bankın  təmənnasız  zəmanətli 


78 
 
fəaliyyəti də mövcuddur. Bu, müştəri bankın şəxsi imicini qoruduğu an və sərfəli 
xidmətlərin icrası zamanı baş verir. 
Ə
manətlərin  cəlb  edilməsi  və  əmanətçinin  tapşınğına  əsasən  əməliyyatların 
icrası  ilə  bağlı  faaliyyət. 
Fəaliyyətin  bu  növü  gəliri  növbəti  üsullar  vasitəsilə 
almağa imkan yaradır: 
•  komissiyon mükafatlandırmaya əsasən: 
a)hesabların açılmasma görə; 
b)hesablaşmaların aparılmasına görə. 
•  əyyən dövr üçün təyin edilmiş komissiya (pul vahidi ilə
•  Dövriyyədəəldə olunan komissiya. (dövriyyəyə görə %-lə 
a) hesab üzrə əməliyyat siyahısının  təqdimatı; 
b) 
qapalı hesablar: 
с
)  hesablaşma  xarakterli  əməliyyatlarm  və  ya  nağd  pulların 
verilməsinin həyata keçirilməsi üzrə. 
Bank  digər  bank  birliklərinə  verdiyi  kreditlərdən  nxüəyyən  qədər  faiz  əldə 
edirsə,  bu  zaman  gəlir  mənbəyi  kimi  müxhir  münasibətləri  çıxış  edir.  Gəlir  faiz 
tarifinin  səviyyəsindən  və  köçürülmə  qaydasından,  kreditin  verilmə  müddətinin 
uzadılmasından asılıdır. 
Qeyri-ənənavi  bank  xidmətlərin  gəliri  lizinq,  məlumat,  məsləhətləşmə, 
valyuta dövriyyəsi (dəyişkən), müştəriləriyə bank tədrisi xidmətlərindən toplanmış 
mədaxildir.  Lizinq  əməliyyatlarının  gəlirinə  lizinq  ödənişləri,  faiz  ödəncləri  və 
xidmətlərə dair mükafat daxildir. 


79 
 
Bank  əmlakının  reallaşması  üzrə  birdəfəlik  sazişlər  ilə  əlaqddar  olan 
gözlənilməyən  gəlirlər.  Bu  cür  mədaxil  balans  qiymətləri  üzərində  bazar 
qiymətlərinin  artımı  nəticəsində  əmələ  gəlir.  Əks  təqdirdə  əməliyyatlar  məsrəflər 
ilə  sıx  bağlı  olur.  Bu  da  bankın  bilavasitə  itkilərinə  səbəb  olur.  Beləliklə, 
kommersiya  banklarının  gəlirinin  hər  bir  növünü  quruluşuna  əsasən  3  qrupa 
bölmək mümkündür: 
•  faiz gəliri; 
•  bankın xidmətləri nəticəsində komission ödəmələrdən əldə olunan gəlir; 
•  digər növ gəlirlər (buraya bazarda baş verən möhtəkir əməliyyatlardan əldə 
olunan  gəlir,  satılmış  əmlakın  balans  və  bazar  qiymətləri  arasındakı  fərq, 
qiymətli  kağızların  və  digər  aktivlərin  yenidən  qiymətləndirilməsi,  alınmış 
cərimələr, şikayətlər aiddir). 
Sadalanan xidmət növləri üzrə gəlirlər banka ödəmələrdəki yubanmaları, bank 
risklərini  ört-bastır  edir,  və  mənfəətini  yaradır.  Gəlirin  digər  xüsusiyyətlərindən 
biri  onun  dəyərlilik  xassəsidir.  Bank  bazarında  qiymətlər  tələb  və  təklifin  təsiri 
nəticəsində müəyyənləşir. Bununla bərabər gəlirin hər bir növü spesefik cəhətləri 
ilə fərqlənir. 
Kredit  faizi  dəyərin  müvəqqəti  istifadəsinin  özünəməxsus  qiymətidir.  Kredit 
faizi  növlərinin  təsnifatı  kreditin  növlərinə,  (kommersiya  faizi,  bank  və  istehsal 
faizi) kredit idarələrinin növlərinə (milli bankın qeydiyyat faizi, bank və lombard 
faizi), kreditin müddətinə (qısamüddətli kreditlər və ya pul vəsaiti bazarının tarifi, 
uzunmüddətli  kreditlər  və  ya  istiqraz  vərəqələrinin  tarifi),  kreditlərin  növlərinə 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə