Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

61 
 
fəaliyyət sferasına yönəltsin. Likvidlik kredit təsisatlarının maliyyə durumunun 
mühüm  xarakteristikası  rolunu  oynayır  və  bankın  maliyyə  durumunu 
qiymətləndirmək üçün isə müxtəlif əmsallar (göstəriciler) və normativlər tətbiq 
olunur. 
Likvidlik  göstəricilərinin
  müxtəlif  ölkələrdə  fərqli  adları  və  eyni  olmayan 
hesablanma  üsulları  vardır.  Bu,  təşəkkül  tapmış  praktika  və  ənənə  ilə  bağlıdır, 
həmin göstəricilər bankların ixtisaslaşması və böyüklüyündən, kredit sahəsində 
aparılan siyasətdən və bir sıra digər şərtlərdən asılıdır. Kommersiya banklarının 
likvidliyi səviyyəsinin ətraflı xarakteristikasını müəyyənləşdirmək üçün istifadə 
olunan bir neçə göstərici vardır. 
Qısamüddətli  öhdəliklərin  ödənilməsi  əmsalı  bankın,  onun  qısamüddətli 
öhdəlikləri  üzrə  daha  likvid  aktivlərinin  ödənilməsi  dərəcəsini  göstərir  və 
aşağıdakı kimi ifadə olunur: 
К
п
=
А
н .  л
О
к .  р
 ,                                (2.1) 
 
burada  K
п
  -  ödəmə  əmsalı; А
н .  л
 -  daha  likvid  aktivlər; О
к .  р
 -  qısamüddətli 
öhdəliklərdir. 
Bu  əmsal  likvidliyin  mütləq  meyarı  hesab  oluna  bilməz,  belə  ki,  bəzi 
banklarda  nəqdiyyat  daha  yüksək  gəlir  gətirən  dövlət  qiymətli  kağızlarına 
maksimum  mütləq  yatırımların  həyata  keçirilməsi  məqsədilə  nisbətən  aşağı 
həddə  qorunub  -  saxlanılır.  Daha  tez  realizə  olunan  aktivlərin  cəmi  nəqdiyyat, 
Mərkəzi  bankdakı  hesabda  olan  vəsaitlərin  qalıqları,  milli  və  xarici  müxbir 


62 
 
banklardakı  vəsait  qalıqları,  qızıl  və  tez  realizə  oluna  bilən  aktivlər,  məsələn, 
bankların  öz  aktivlərinin  bir  hissəsini  yerləşdirməyə  borclu  olduqları  dövlət 
qiymətli kağızlardan ibarətdir. Əgər bu göstəricinin həcmi analiz olunan bankda 
l5 % təşkil edirsə, onda bu özünə, xüsusilə də qeyri - sabit iqtisadi şəraitə malik 
ölkələrdə çox ciddi diqqət göstərilməsini tələb edir.  nkişaf etmiş bank sisteminə 
malik ölkələrdə nisbətən aşağı ölçüdə əmsaldan - 5 - 10 % - istifadə olunur. 
Bankda  müvəqqəti  çətinliklərin  meydana  gəlməsi  başqa  göstəricini  - 
depozitlərə nisbətdə kredit və uçot veksellərini
 xarakterizə edə bilər, yəni  
К
э
=
К
в
Д
 ,                             (2. 2) 
burada К
э
 - depozitlərdən istifadə olunmasının effektivlik əmsalı;  
К
в
 - kreditlər 
və bank tərəfindən uçota alınan veksellər; Д - depozitlər. 
Ə
gər  bir  sıra  illər  ərzində  bu  göstəricinin  aşağı  düşmüş  dinamikası 
müşahidə  olunursa,  onda  bunu  digər  bankların  analoji  göstəriciləri  ilə 
tutuşdurmaq lazımdır ki, həmin prosesin bütün bank sistemi dəstəsi üçün ümumi 
olub - olmadığı və ya onun yalnız təhlil olunan bankın durumunun zəifləməsini 
sübut etdiyi müəyyən edilsin. 
Asan realizə olunan aktivlərin cari öhdəliklərə nisbətinin əmsalı aşağıdakı 
kimidir: 
К
н
=
А
н .  л
О
т
 ,                         (2.3)
 


63 
 
burada К
н
 -  depozitlərin  istifadə  olunmasının  "gərginlik"  əmsalı О
т
 -  mütləq 
ehtiyatlar  normasına  və  depozitlərin  sabitliyinə  korrektə  edilmiş  qısamüddətli 
öhdəlikdir. 
Bu  əmsal,  müştərilərin  əmanətlərinin  sabitliyindən,  ölkənin  Mərkəzi 
bankının  kommersiya  bankının  cəlb  olunmuş  depozitlər  üzrə  mütləq 
ehtiyatlarına nisbətdə siyasətinin likvidlik göstəricisidir. Həmin göstərici həm də 
Mərkəzi  bankların  cəlb  olunmuş  vəsaitlərinin  kütləvi  axınına  məruz  qalmış 
kommersiya  banklarına  köməklik  göstərmək  imkanlarından  da  asılıdır.  Bütün 
sadalanan  amillərin  həmin  əmsalın  məqbul  ölçülərinin  müəyyənləşdirilməsi 
üçün  əhəmiyyəti  vardır,  çünki  hələlik  onun  ümumi  qəbul  olunmuş  səviyyəsi 
yoxdur. Lakin istənilən halda 50 % səviyyəsində göstərici həddi məqbul (kafi) 
sayıla bilər. 
Bank kreditlərinin depozitlərə nisbətinin əmsalı daha mühümlərə aid edilə bilər, 
belə ki, bank işinin özülünü cəlb olunmuş vəsaitlər hesabına alınan və ödənilən 
faizlər  arasındakı  fərqlə  mənfəət  götürmək  məqsədilə  kreditlər  vermək  təşkil 
edir. O aşağıdakı düsturla ifadə edilə bilər: 
К

=
Б
к
Д
 
,                 (2.4)
 
burada K
o
 - kredit əməliyyatlarının risk əmsalı; Б
к
 
 - bank kreditidir.  
Bu  göstərici  nə  qədər  çox  olarsa,  bankın  riski  də  o  qədər  çox  olar,  lakin 
onun  mədaxili  də  artıq  olur  (əgər  yalnız  əldə  olunmuş  mənfəət  cəlb  olunmuş 
resurslar  üzrə  faizlərə  və  qiymətli  kağızlarla  əməliyyatlar  üzrə  və  valyuta 
ə
məliyyatları  üzrə  itkilərin  ödənilməsinə  israf  olunmursa).  Bankların  özləri 


64 
 
ə
manətçilərin  və  səhmdarların  narahatçılığına  səbəb  olmayan,  bank  nəzarəti 
orqanlarının tələblərinə 
cavab  verən  və  mənfəətin  labüd  səviyyəsini  təmin  edə  biləcək  kifayət  qədər 
yüksək  olan  əmsal  səviyyəsini  müəyyən  edirlər.  Lakin  əmsalın  həcmi  bankın 
tipindən, onun vəzifələrindən, müştərilərin strukturundan, onun orientasiyası və 
siyasətindən,  ölkədə  milli  iqtisadiyyatın  və  siyasi  vəziyyətin  ümumi 
durumundan asılıdır. Belə düşünmək qəbul olunub ki, bu göstəricilərin 75 % və 
daha  çox  olduğu  banklar  kredit  əməliyyatlarına  həddən  ziyadə  aludə  olurlar, 
hərçənd daha mötəbər və dayanıqlı bankların bəzilərinin məhz belə göstəriciləri 
vardır, maliyyə baxımından daha az dayanıqlı banklar 45 - 65 % göstəricilərlə 
xüsusi  etimad  qazana  bilmirlər.  Əmsal  resursların  cəlb  edilməsinin  və  onların 
kredit  əməliyyatlarına  yönəldilməsinin  nisbətini  göstərir,  fəqət  borc  alanların 
bankdan götürdükləri, müddəti və risk keyfiyyəti araşdırılan göstəricinin mühüm 
tərkib hissələri sayılan kreditlərin ödənilməsi etibarlılığını əks etdirmir.  
Kredit  bazarında  fəal  əməliyyatlar  aparan  banklar  üçün  aşağıdakı  əmsallar 
hesablanıla bilər. Banklardan cəlb olunmuş vəsaitlərin banklarda yerləşdirilməsi 
ə
msalı  pul  bazarından  vəsaitlər  cəlb  edən  bankın  bunları  yenidən  yerləşdirmə 
yolu ilə bazar dövranına nə dərəcədə qaytardığını göstərir, yəni 
К
р
=
С
п
С
р
 ,              (2.5)
 
burada K
p
 - yerləşdirmə əmsalı; C
п
 - digər banklardan cəlb olunmuş resurslar; C
p
 
– digər banklarda yerləşdirilmiş resurslar. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə