Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

57 
 
likvidliyini  planlaşdırmaq  olar.  O  yuxarıda  nəzərdən  keçirilən  nəzəriyyələri 
inkar  etmir,  amma  göstərir  ki,  borc  alanın  gəliri  ilə  ssudaların  ödənilməsinin 
uzlaşdırılması (əlaqələndirilməsi), kreditin təmin olunması üçün akseptdən daha 
məqsədəuyğundur.  Bu  nəzəriyyə  iddia  edir  ki,  bank  likvidliyinə  kreditlərin  və 
investisiyaların  ödəniş  müddəti  strukturunu  dəyişməklə  təsir  göstərmək  olar. 
Sənayenin qısamüddətli kreditləri daha likvidlidir, nəinki orta və uzunmüddətli 
ssudalar, istehlakçılara möhlətlə ödəmə ilə alqı üçün kreditlər isə mənzil və ya 
tikinti  üçün  ssudalardan  daha  likvidlidir.  Nəzəriyyə  hazırda  kommersiya 
banklarının  kredit  portfelinin  xeyli  hissəsini  təşkil  edən  kreditlərin  ayrı  -  ayrı 
növlərinin  inkişafı  və  sürətlə  artımını  qəbul  edir:  işgüzar  firmalara  müddətli 
kreditlər,  möhlətli  ödəmə  ilə  istehlakçı  kreditləri.  Xeyli  hissəsini  aylıq  və 
kvartallıq ödəmələrin nəzərdə tutduğu kreditlərin təşkil etdiyi kredit portfeli əsas 
borcun  və  ya  faizlərin  ödənilməsi  hesabına  likviddir,  belə  ki,  nəqd  vəsaitlərin 
müntəzəm axınını planlaşdırmaq asandır. 
Gözlənilən  gəlir  nəzəriyyəsi  ona  təsir  göstərmişdir  ki,  bir  çox  banklar 
investisiya portfelinin formalaşmasının özülünə pilləlilik (mərhələlilik) effektini 
qoymuşlar:  qiymətli  kağızlar  ödənmə  müddəti  üzrə  elə  seçilir  ki,  daxilolmalar 
müntəzəm  və  idarəolunabiləcək  olsun.  Bu  halda  nəqdiyyatla  müntəzəm  ödəniş 
göstəricisi  üzrə  investisiya  portfeli  borcun  və  faizlərin  müntəzəm  ödənilməsi 
üzrə kreditlər portfelinə yaxınlaşır. 
Passivlərin  idarəolunması  nəzəriyyəsinin
  tərəfdarları  hesab  edirlər  ki, 
banklar  bazardan  əlavə  vəsaitlərin  cəlb  olunması  yolu  ilə  likvidlik  problemini 


58 
 
həll  edə  bilərler.  lk  vaxtlar  aparıcı  maliyyə  mərkəzlərinin  iri  bankları  bu 
nəzəriyyənin  müdafiəsinə  çıxlış  edirdilər,  az  sonra  isə  onu  hər  yerdə  qəbul 
etdilər.  Likvid  resursların  artırılması  üçün  banklar  Mərkəzi  bankdan  da  vəsait 
götürürlər. Borc vəsaitlərin istifadə olunması miqyasının genişləndirilməsi bank 
kreditlərinə tələbin artması və tələb olunanadək əmanətlərin nisbətən ləng artımı 
ilə  şərtlənir.  qtisadi  fəallığın  güclənməsi  və  inflyasiya  tempinin  artması 
təsərrüfat  subyektlərinin  kredit  istehlakının  artmasını  bildirirdi.  Xərclərin 
artması bankları öz resurslarını daha dolğun istifadə etməyə yönəldir. 
Praktikada bu və ya digər dərəcədə bütün nəzəriyyələrdən istifadə olunur, 
amma müxtəlif banklarda bunlardan birinə daha çox üstünlük verilir. Likvidlik 
durumunun  idarə  olunmasında  iki  ifrat  cəhəti  göstərmək  olar.  Bunlardan  biri  - 
ehtiyatlara  ciddi  nəzarət  siyasətidir.  Bu,  ondan  ibarətdir  ki,  bankda  gəlir 
gətirməyən  vəsaitin  mövcudluğuna  yol  verilməsin,  yəni  faktiki  olaraq  vəsaitin 
istehlakına nisbətdə istənilən bolluğun mövcudluğuna yol verilməsin. Digər əks 
cəhət  -  ehtiyatların  daim  mütləq  ehtiyatlar  norması  üzrə  tələblərin  ödənilməsi 
üçün kifayət edəcək səviyyədə dayanıqlığının təmin olunması və qızğın çağlarda 
depozitlərin  artması  siyasətidir.  Ona  görə  də  bankın  likvidliyinin 
qiymətləndirilməsi  zamanı  bankın  kassasında  qalan  nəqd  pulların  həcmini, 
müştərilərin  tələblərinin  ödənilməsi  üçün  nəqd  pulların  verilməsi  üzrə 
dövriyyənin  həcmini,  vəsaitlərin  kassada  dövranlılığını,  eləcə  də  kassadan 
verilən  pulların  bankın  öhdəliklərinin  əks  etdirildiyi  hesablar  üzrə  debet 
dövriyyəsi  məbləğinə  nisbətini  nəzərdən  qaçırmaq  olmaz.  ri  banklar  nəqd 


59 
 
vəsaitlərə  ciddi  nəzarət  etməyi  sərfəli  hesab  edirlər,  xırda  banklar  isə 
ə
məliyyatların  ümumi  gəlirliliyinin  təmin  olunmasında  kassa  idarəolunmasını 
bacarıqla həyata keçirilə bilən bu effektliliyi daha çox dərk edirlər. 
Müxtəlif  hesablaşma  əməliyyatlarının
  aparılması  yolu  ilə  müştərilər 
qarşısında  öhdəliklərin  yerinə  yetirilməsi  zamanı  bankın  likvidliyi  ilə  alayı 
durum  yaranır.  Belə  hallarda  bankın  kassasında  müştərilərin  tələblərinin 
ödənilməsi  üçün  nəqd  pul  qalıqlarının  yaradılmasına  ehtiyac  yoxdur.  Lakin 
müxtəlif  nəqdsiz  hesablaşma  əməliyyatları  bankın  likvidliyinə  fərqli  təsir 
göstərir. 
Nəqdsiz  hesablaşmaların  bir  qismi  vəsaitlərin  müştərilərin  hesabları  üzrə 
köçürmələr  yolu  ilə  aparılır.  Əger  belə  əməliyyatlar  bir  bankın  müştəriləri 
arasında  aparılırsa,  onda  bu,  likvidliyə  təsir  göstərmir,  belə  ki,  bankın 
öhdəliklərinin  məcmu  həcmi  dəyiəmir,  yalnız vəsaitlərin  müştərilərin  hesabları 
üzrə  yerdəyişməsi  baş  verir.  Ona  görə  də  likvidliyin  dəstəklənməsinə  bir  bank 
çərçivəsində  aralarında  hesablaşma  əməliyyatlarının  həyata  keçirilməsinin 
mümkünlüyü  nəzərə  alınmaqla  bankın  müştərilər  tərkibinin  formalaşdırılması 
yardım edə bilər. 
Müxtəlif bankların müştərilərinin iştirak etdikləri hesablaşma əməliyyatları 
da  ssudaların  verilməsi  və  ödənilməsi  ilə  bağlı  bankların  likvidlik  durumuna 
fərqli təsir göstərir. Bir bankın müştərisinin vəsaitinin nəqdsiz köçürmə yolu ilə 
digər bankın müştərisinin xeyrinə keçirilməsi bir bankdakı müştərinin hesabında 
olan  qalığı  azaldır  və  həmin  bankda  digər  bankın  müxbir  hesabı  üzrə  qalığın 


60 
 
müvafiq  dərəcədə  artmasına  səbəb  olur.  Nəticədə  həmin  bankın  öhdəlikləri 
ə
vəzinə  müştəriyə  digər  banka  köçürülən  məbləğ  həcmində  öhdəlik  yaranır. 
Digər  bankda  vəsaitlərin  köçürülməsi  nəticəsində  müştərinin  hesabında  onun 
qarşısında  öhdəliyin  müvafiq  artımı  ilə  köçürülən  məbləğ  həcmində  qalığın 
artımı  baş  verir.  Bununla  belə,  müxbir  hesab  üzrə  bankın  aktivləri  debet 
qalığının artması məbləğində çoxalır. Lakin bankın öhdəlik strukturu həcminin 
bu sayaq dəyişməsi hər iki bankın likvidliyinə əhəmiyyətli təsir göstərmir. 
Kommersiya  bankları  praktiki  fəaliyyətlərində  likvidliyin  yerinə 
yetirilməsində  çətinliklərlə  qarşılaşırlar.  Bununla  əlaqədar  olaraq  bankların 
likvidliyinin  pozulması  səbəblərinin  üç  qrupunu
  göstərmək  olar.  Səbəblərin 
birinci qrupu
 bankların fəaliyyətində buraxılmış səhvlərlə, onların mümkün risk 
dərəcəsini nəzərə almamaları ilə bağlıdır.  kinci qrupa nə borc alanlardan, nə də 
banklardan  asılı  olmayan  səbəblər  aiddir  ki,  onların  ucbatından  kreditor  ona 
ssuda verilmiş kapitalı geriyə ala bilmir. Üçüncü qrup səbəblər - bankın zamanla 
bağlı  balansının  pozulması  üzündən  öz  öhdəlikləri  üzrə  bankın  qeyri  - 
ödəməqabilliyinin 
mümkünlüyüdür, 
yəni 
aktiv 
və 
passivlərin 
strukturunun 
zamanla 
uyğunsuzluğudur (daxilolma müddəti ilə ödəniş arasında müvazinət yoxdur).  
Zəruri  likvidliyin  qorunub  -  saxlanılması  üçün  banklar  passiv  və  aktiv 
ə
məliyyatlar  sahəsində  məqsədyönlü  siyasət  aparmalıdırlar.  Likvidliyin  yüksək 
səviyyəsi nisbətən daha effektiv işləyən banklara imkan verir ki, tələb və təklifin 
konyunktur enib - qalxmasını dəf etsin, tezliklə öz vəsaitlərini daha perspektivli 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə