Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

49 
 
hallarda onların müflisləşməsinə səbəb olur. Likvidlik, iqtisadiyyatda dayanıqlı 
disproporsiya  üzündən  yaranmış  pozuntu,  bankın  pul  ehtiyatlarının  artması  ilə 
bağlı  nəqd  pulların  dövranın  pozulmasından  asılıdır,  belə  ki,  o  bank  maksimal 
likvidliye  malik  olur  ki,  onun  depozitlərinin  məbləği  verilən    kreditlərin 
həcmindən artıq olsun (bu halda bankın mədaxili azalır). 
Kommersiya  banklarının  likvidliyi  Mərkəzi  bank  tərəfindən  əsasən 
təkrarmaliyyələşdirmə  yolu  ilə  (borc  vəsaitlərinə  tələb  və  təklifə  təsir 
göstərmək)  və  onların  kreditqabilliliyinə  təsirlə  (kreditlərin  təklifinə  təsir 
göstərmək)  tənzimlənilir.  Bankların  likvidliyinin  dəyişilməsi  Mərkəzi  bank 
tərəfindən  aparılan  pul  -  kredit  siyasətinin  məğzi  kimi  çıxış  edir.  Sonuncu 
bütövlükdə  bank  sisteminin  likvidliyini  dəstəkləməlidir.  Bank  sisteminin 
likvidliyinin  tənzimlənilməsi  dedikdə
,  Mərkəzi  bank  tərəfindən  müxtəlif  pul  - 
kredit  siyasəti  instrumentlərinin  köməkliyi  ilə  kommersiya  banklarındakı  əlavə 
pul  vəsaitlərinin  götürülməsi  və  ya  təqdim  olunması  başa  düşülür.  Bank 
sisteminin  likvidliyini  xarakterizə  edən  göstəricilərindən  biri  kommersiya 
banklarının  müxbir  hesablarında  qalan  vəsaitlərinin  qalıqlarının  durumudur. 
Məsələn,  Mərkəzi  bank  hər  gün  kommersiya  banklarının  müxbir  hesablarının 
durumuna  nəzarət  edir  və  çalışır  ki,  öz  fəaliyyəti  ilə  bu  hesablardakı  optimal 
həcmi dəstəkləyə bilsin. 
Bankın balansına tətbiqən likvidlik sonuncunun aktivlərinin pul vəsaitlərinə 
çevrilə bilmə qabiliyyətini bildirir. Əgər onun nəqd vəsaitlərinin və digər likvid 
aktivlərinin məbləği, eləcə də digər mənbələrdən qısa müddət ərzində vəsaitləri 


50 
 
səfərbər  edə  bilmək  imkanları  borcları  və  pul  öhdəliklərini  vaxtında  ödəməyə 
kifayətdirsə,  onda  bank  likvid  hesab  olunur.  stənilən  kommersiya  bankının 
aktivlərinin maddələri balansda likvidliyin azalması qaydası ilə, yəni ödənişlərin 
aparılması üçün onların nəqliyyata tədavülü imkanları şəklində yerləşdirilir. 
Likvidlik səviyyəsinə görə tez və ləng realizə olunan aktivlər fərqləndirilir. 
Birinci dərəcəli likvid vəsaitlərə (tez realizə olunan) aşağıdakılar daxildir: kassa 
nəqdiyyatı,  bankların  digər  kredit  müəssisələrindəki  hesablaşmalar  üzrə  haqq  - 
hesab  hesablarındakı  pul  vəsaitləri,  bankın  sertifikatları.  Tələb  olunanadək 
ssudalar  da  nisbətən  likvid  sayılır,  belə  ki,  bank  istənilən  vaxt  vəsaitləri  borc 
alandan geri istəyə bilər. Qiymətli kağızlara bank investisiyası nisbətən az likvid 
sayılır,  çünki  onları  nəqd  vəsaitlərə  çevirmək  daha  çətindir.  Uzunmüddətli 
ssudalar  və  tərpənməz  əmlaka  yatırımlar  kimi  bank  aktivləri  çətin  likvidli 
xarakterə  malik  olur.  Likvid  sayılan  aktivlərin  strukturu,  onların  ödəməli 
olduqları öhdəliklərin müddətinin təmin olunmasından asılı olaraq dəyişir. Məhz 
buna  görə  aktivin  maddələri  arasında  ilk  növbədə  nəqd  aktiv  adlandırılanların, 
sonra isə tez realizə olunan yatırımların və s. fərqləndirilməsi qəbul olunmuşdur. 
Ayrı  -  ayrı  bankların  əməliyyatlarının  likvidliyi,  onların  tələb  olunanadək 
öhdəliklər  üzrə  və  tarixinin  başa  çatdığı  müddətli  öhdəliklər  üzrə  ödənişlərin 
vaxtında aparıla bilməsi  qabiliyyətindən ibarətdir.  Bu,  müvafiq  aktiv  və passiv 
ə
məliyyatların təşkil olunması sayəsində təmin olunur. Öhdəliklərin ödənilməsi 
bankın mənfəəti üçün zərərsiz həyata keçirilməlidir. 


51 
 
Balansın müqayisəli (dinamikada) təhlili zamanı müəyyən müddət ərzində 
aktiv  maddələr  üzrə  bankın  likvidliyinə  və  əməliyyatlar  riskində  baş  verən 
dəyişikliklərin  səbəbləri  və  təzyiq  səviyyəsi  aşkar  edilə  bilər.  Bu  zaman 
aktivlərin  ümumi  likvidliyi  daxili  likvidlik  və  bazar  realizəqabilliyi  deyilənlə 
müəyyən  edilir.  Birinci  ödəniş  müddətinin  başa  çatmasından  sonra  aktivin 
nəqdiyyata  çevrilə  bilməsi  ilə  əlaqələndirilir,  ikinci  isə  vaxtın  istənilən  anında 
realizəqabilliyi nəzərdə tutur. 
Likvidlik  passivlərin  strukturundan  asılıdır.  Əgər  tələb  olunanadək 
ə
manətlər  üzrə  əmanətçilər  pullarını  istədikləri  anda  tələb  etmək  hüququna 
malikdirlərsə,  müddətli  əmanətlər  isə  az  və  ya  çox  müddət  ərzində  bankın 
sərəncamında qalır. Ona görə də tələb olunanadək əmanətlər üzrə xüsusi çəkinin 
artması  və  müddətli  əmanətlərin  payının  azalması  bank  likvidliyini  aşağı  salır. 
Bankın  digər  kredit  müəssisələrindən  aldığı  depozitlərin  və  kreditlərin 
etibarlılığı da bankın balansının likvidliyinə təsir göstərir. 
Bankın  likvidliyi  ayrı  -  ayrı  kredit  əməliyyatlarının  risk  səviyyəsindən 
asılıdır:  balansda  yüksəkriskli  aktivlərin  payı  nə  qədər  çoxdursa,  bankın 
likvidliyi də o qədər aşağıdır. Praktikada etibarlı aktivlərə nəqd pul vəsaitlərini, 
yüksək  risklilərə  isə  -  bankların  uzunmüddətli  yatırımlarını  aid  etmək  qəbul 
olunub.  Bankın  borc  alanlarının  kreditqabillik  səviyyəsi  ssudaların  vaxtında 
qaytarıla  bilməsinə  və  bununla  da  bankın  balansının  likvidliyinə  əhəmiyyətli 
təsir  göstərir:  verilən  kreditlərin  ümumi  məbləğində  yüksək  riskli  kreditlərin 
xüsusi şəkisi nə qədər çox olarsa, bankın likvidliyi o qədər aşağı olar. Balans o 


52 
 
vaxt  likvid  sayılır  ki,  onun  durumu  aktivlər  üzrə  vəsaitlərin  asan  realizə 
olunması  hesabına  passivlər  üzrə  müddətli  öhdəlikləri  ödəməyə  imkan  versin. 
Bankın  aktivlərinin  onun  öhdəliklərinin  yerinə  yetirilmesi  üçün  tezliklə  pul 
formasına  keçməsinin  mümkünlüyü  bir  sıra  amillərlə  müəyyən  olunur  ki, 
bunlardan  da  həlledicisi  yerləşdirilmiş  vəsaitlərin  müddətinin  resursların  cəlb 
olunma müddətinə uyğun gəlməsidir, yeni müddət, üzrə passiv necədirsə, aktiv 
də o cür olmalıdır. Bu halda balansda aktivlər üzrə azad olan vəsaitlərin məbləğ 
və müddətinin pul forması və məbləğə bankın öhdəlikləri üzrə qarşıdakı ödəniş 
müddəti  arasında  müvazinət  təmin  olunur.  Deməli,  əgər  bankın  digər 
mənbələrdən  qısa  müddət  ərzində  səfərbər  etmək  imkanına  malik  olduğu  pul 
vəsaitlərinin  məbləği  passivlər  üzrə  öhdəliklərin  vaxtında  ödənilməsinə  imkan 
verirsə, onda bank likvid sayılır. 
Bank  oz  sabitliyini  mühafizə  edib  saxlamaq  məqsədilə  pul  bazarının 
vəziyyətinin,  müştərinin  və  ya  partnyor  bankın  maliyyə  durumunun  dəyişməsi 
ilə bağlı təzahür edə biləcək nəzərdə tutulmayan öhdəliklərin icra olunması üçün 
müəyyən  likvid  ehtiyatlara  malik  olmalıdır.  Bankların  likvidliyinin  ölçülərinə 
təsir  edən  amillərə  tədavüldə  olan  nəqd  pulların  kəmiyyəti  (artması  bankların 
likvidliyini azaldır və əksinə), ölkənin qızıl - valyuta ehtiyatlarının dəyişilməsi 
(xarici valyutanın ölkəyə axını bankların likvidliyini artırır və əksinə), Mərkəzi 
bankın  milli  xəzinədarlıq  qarşısında  kredit  öhdəliklərinin  həcminin  dəyişməsi 
(Mərkezi  bankın  xəzinədarlıqdan  aldığı  yardımın  həcminin  artması  bank 
sisteminin  likvidliyini  artırır  və  əksinə),  Mərkəzi  bankın  kortəbii  amillərin 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə