III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1489
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
1162-ci ildə Kiyev knyazı Rastislavın hakimiyyəti güclü müttəfiq Mistislav Volınskinin
təzyiqinə məruz qalır. Nə Kiyev boyarları, nə də knyazın qvardiyası Rastislava arxa durmur-
dular. Knyaz öz hakimiyyətini Mistislavla bölüşməli olur. Belqorod Torçesk, Kanev şəhər-
lərini, hətta qara klobukların torpaqlarını onun ixtiyarına verir. Taxt-tacının laxladığını hiss edən
Rastislav ümidini çölə bağlayır. Belük (və ya Böyük) xanın yanına elçi gedib xanın qızını oğlu
Rürikə istəyir. Bu nikah baş tutur. Poloves yardımı Rastislavın mövqeyini möhkəmləndirir.
“Dəşti-Qıpçaq” torpaqları hər kəsə öz təsirini göstərmişdi. Qıpçaqlar indi “Böyük Ru-
siya” adlanan ərazidə vahid dövlətin qurulmasında və formalaşdırılmasında yaxından iştirak
edirdilər. Həmin dövlət XI əsrin sonu – XII əsrin əvvəllərindən müxtəlif kyazlıqlara bölünürdü.
XIII əsrin ortalarında Avropaya, şərqə yeni köçərilərin – monqol-tatarların axını başladı.
Çöllə hərəkət edən monqol-tatarlar əvvəlcə qıpçaqlarla üzləşməli oldu. İlk məğlub olan Don
qıpçaqları oldu. Onlar öz torpaqlarından köç edərək Dneprə sıxışdırıldılar və rus knyazlıqlarının
ərazilərinə səpələnirlər. Tədricən qıpçaqlar Qızıl Ordanın tərkibinə daxil oldular [5, 94].
XII əsrin əvvəllərində, moqol basqınlarından xeyli əvvəl qıpçaqlar Bolqarıstan ərazisin-
də də fəad məskunlaşırdılar. Onlar Dunayın aşağı hissəsində, Dobrusda və Bolqarıstanın
şimal-qərb torpaqlarında yayılmışdılar. XII əsrin 70-ci illərində bolqarlar Bizans əleyhinə
üsyan qaldırdılar. Bu üsyana iki qıpçaq qardaş - Asen və Pyotr rəhbərlik edirdilər. Kuman-
qıpçaq hərbi hissələri də üsyançılara köməklik göstərirdilər. Nəticədə I Asen 1187-ci ildə Bol-
qarıstanın çarı seçildi. Kuman-qıpçaqlar dövlətin həyatında fəal rol oynamağa başladılar.
Asenin davamçısı Kaloynin vaxtında çarın zülmündən və qəddar qanunlarından narazı qalan
bolqar və kuman feodalları 1207-ci ildə çara sui-qəsd hazırlayaraq onu öldürdülər. Taxt-taca
yenə qıpçaq feodalı Asenin qohumu Boril əyləşdi. II Asenin dövründə monqollardan və qis-
mən də Macarıstandan qaçan və Bolqarıstana gələn qıpçaqların sayı daha da artdı.
Monqol iğtişaşlarından uzaqlaşan qıpçaqların bir qismi də Cənubi Qafqazda məskun-
laşdı və yerli əhali ilə qaynayıb-qarışdı.
Həmin illərin şahidləri yazırdılar ki, şərqin bazarları monqolların əsir etdikləri qullarla
doludur. Bunların arasında qıpçaqlar xüsusi üstünlük təşkil edirdilər. Lakin çox keçmədən bu
ağıllı və dözümlü, möhkəm iradəli qullar şərq dövlətlərinin siyasi həyatlarında mühüm rol oy-
namağa başladılar. Artıq qeyd etdiyimiz kimi Misir sultanlığında hakimiyyəti ələ keçirib
Məmlük hakimliyini qurmuşdular. İki sultan - Beybars və Kalaun məşhur Bürcoğlu (Burçe-
viçlər) qıpçaq nəslinin törəmələri idilər. Hər bir sultan öz ətrafında daha çox qohum toplamaq
arzusunda idi. Məhz buna görə də Misir sanki qıpçaqlarla qaynayırdı. Qul bazarlarında alınan
qullardan başqa buraya qıpçaq çölündə qalan sadə adamlar da axışırdılar.
Qeyd etmişdik ki, torpaqlarını öz qüvvələri ilə qorumaq istəyən qıpçaq zadəganları
monqollar tərəfindən tamamilə məhv edilmişdilər. XIII əsrin 40-50-ci illərində isə artıq bu
məsələ bitmişdi. Varlı zadəganların bir hissəsi uzaq monqol çöllərinə əsir aparılmışdı [4, 96].
Monqollar əsirlərdən hərbi işlərdə də istifadə edirdilər. Onlar ordunun önündə gedir, ilk zərbəni
öz üzərilərinə götürür və arxalarınca gələn monqol döyüşçülərini sanki qoruyurdular. Lakin
qıpçaqların əsas hissəsi çöldə qalmışdılar. Bu qədər sıxışdırılmış vəziyyətdə də olsa, onlar
yaşadıqları əraziləri dəyişdirməmişdilər. Monqollar hər vasitə ilə qıpçaqlara öz tarixlərini, qo-
humluq əlaqələrini, vətən hisslərini unutdurmağa çalışırdılar. Bir çox tayfalar Orta Vol-
qaboyuna, Aşağı Kama ətrafına, digərləri Aşağı Volqaboyuna köçürüldü.
Müflisləşmək nə vaxtsa köçəri həyat sürən qıpçaqları oturaq həyata gətirib çıxartdı.
Çölə öz sosial quruluşlarını gətirən monqollar etno-siyasi bölünmələrini nəzərə alaraq Şərqi
Avropa çöllərini uluslara bölməyə məcbur oldular. Tezliklə Batı (Volqaboyu) və Bərkə (Şi-
mali Qafqaz) ulusları yaradıldı. Sonra Noqayın rəhbərlik etdiyi Dnestr ətrafı ulus (kumanlar)
yarandı. Dnepr ətrafı rayonlar Toqda xanın idi. Buradakı qıpçaqlar onun ulusunda idilər. Don
çöllərindəki qıpçaqlar isə Dəşt-i- Qıpçaq ulusunu təşkil edirdilər. Beləliklə qıpçaqlar doğma
torpaqlarında yeni adlarla və yeni feodalların rəhbərliyi alında öz tarixlərinin yeni səhifələrini
yazmağa başladılar.