Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə358/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   354   355   356   357   358   359   360   361   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1494


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

BMT Baş Assambleyasının 27 mart 2006-cı il tarixli qərarı ilə hər il 17 may – Ümum-

dünya Telekommunikasya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. 

Ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun həyata keçirilməsində  Azərbaycan 



Respublikasının  İnkişafı naminə  İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli 

Strategiya (2003-2012) mühüm rol oynamışdır. Milli Strategiyanın əsas məqsədi informasiya 

və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına 

kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdən ibarət idi.  

Milli Strategiyanın həyata keçirilməsini təmin etmək məqsədi ilə iki mərhələli dövlət 

proqramı həyata keçirilmişdir: 

1.  "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı 

üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”)  

2.  "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı 



üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”)  

Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnolo-

giyaları üzrə Milli Strategiyanın müddəti bitməsi ilə ölkəmizdə informasiya cəmiyyəti quru-

culuğunun birinci mərhələsi başa çatmışdır. 2013-cü ildən etibarən ölkəmizdə informasiya cə-

miyyəti quruculuğunun ikinci mərhələsi başlanmışdır. Bu mərhələ “Azərbaycan 2020: Gələ-

cəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmıpşdır. 2013-2020-ci illəri əhatə edən bu 

Konsepsiyada Azərbaycanda informasiya cəmiyyəti quruculuğu prosesinin növbəti 8 il üçün 

məqsədləri, istiqamətləri, vəzifələri müəyyən edilir. Bunlar aşağıdakılardır:  

  İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi 



  İnnovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması 

  Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin 



genişləndirilməsi 

  İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi 



  Cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi 

  Rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi 



  Yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması 

Bu Konsepsiyada informasiya cəmiyyəti quruculuğu ilə bağlı  nəzərdə tutulan müddə-

aların həyata keçirilməsi üçün Azərbaycan Respublikasında informasiya cəmiyyətinin in-



kişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya qəbul edilmişdir. Milli Strategiyanın 

əsas məqsədi aşağıdakılardan ibarətdir: 

  ölkədə informasiya cəmiyyətinin bərqərar olması 



  onun yaratdığı imkanlardan vətəndaş-ların, cəmiyyətin, dövlətin inkişafı üçün səmə-rəli 

 istifadə edilməsi 

  ölkənin davamlı və dayanıqlı inkişafı 



  İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi 

  İKT-nin sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi 



 inkişaf etdirilməsi 

Milli Strategiyanın əsas fəaliyyət istiqamətləri isə bunlardır: 

  İKT infrastrukturu və xidmətləri (yerləşdiyi ərazidən asılı olmayaraq, bütün əhalini və 



təşkilatları birləşdirən yüksəksürətli dayanıqlı, təhlükəsiz genişzolaqlı  şəbəkənin qurulması; 

kənd yaşayış məntəqələri də daxil olmaqla, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli 

İnternet xidmətlərinin göstərilməsi;əhalinin rəqəmli TV yayımı ilə tam əhatə olunması) 

  yüksək texnologiyalar sektorunun inkişafı (rəqabətqabiliyyətli İKT məhsul və xidmətlə-



rinin, elmtutumlu texnologiyaların və yüksək texnoloji məhsulların istehsalının stimullaşdırıl-

ması; kosmik sənaye, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və 

nüvə texnologiyalarının inkişaf etdirilməsi; xüsusi vergi və gömrük rejimlərinin tətbiq olun-

ması;  İnternet iqtisadiyyatının, o cümlədən elektron ticarətin inkişaf etdirilməsi; informasiya 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1495


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

cəmiyyətinin inkişafına yönəldilmiş fundamental və  tətbiqi elmi tədqiqatların aparılmasının 

genişləndirilməsi) 

  yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi (kos-



mik, bio, nano texnologiyalar, kibertəhlükəsizlik, elektronika və yüksək texnologiyaların digər 

istiqamətləri üzrə elmi tədqiqatların genişləndirilməsi; özəl sektorda yüksək texnologiyalar 

üzrə elmi tədqiqatların aparılmasına şəraitin yaradılması və stimullaşdırılması) 

  elektron dövlətin inkişafı (dövlət orqanları arasında səmərəli və təhlükəsiz informasiya 



mübadiləsinin təmin olunması; “Elektron hökumət” portalı vasitəsilə “bir pəncərə” prinsipi ilə 

elektron xidmətlərin göstərilməsi; dövlət orqanlarında elektron sənəd dövriyyəsinin genişlən-

dirilməsi; “şəxsi kabinet”in və dövlət orqanlarına vahid müraciət imkanının yaradılması, “mo-

bil hökumət” texnologiyalarının tətbiqi; elektron xidmətlərin  əlçatarlığının artırılması üçün 

ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi; elektron və mobil imzanın, həmçinin 

elektron ödənişin tətbiqinin genişləndirilməsi) 

  elektron təhsilin inkişafı (bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz geniş-



zolaqlı şəbəkəyə qoşulması; elektron tədris vasitələrinin inkişaf etdirilməsi; bütün təhsil pillə-

ləri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması;  İKT-nin tətbiqi ilə yeni təhsil 

modellərinin, o cümlədən distant təhsilin həyata keçirilməsi; İKT sahəsində fasiləsiz profes-

sional hazırlıq sisteminin təkmilləşdirilməsi) 

  elektron səhiyyənin inkişafı (bütün tibbi personalın, tibb müəssisələrinin etibarlı, təh-



lükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasını təmin edən Milli Səhiyyə şəbəkəsinin yaradılması 

və inkişaf etdirilməsi; bütün yaş qruplarının elektron sağlamlıq kartları ilə  təmin olunması; 

telesəhiyyənin inkişaf etdirilməsi; ümumi istifadə üçün tibbi resursların yaradılması; tibb 

işçilərinin İKT biliklərinin artırılması) 

  elektron vətəndaşın inkişafı (cəmiyyətin bütün üzvləri, xüsusilə də ucqar kənd yaşayış 



məntəqələrində yaşayan və ya xüsusi tələbləri olan insanların kompyuterdən, internet xidmət-

lərindən, “E-hökumət” portalından istifadə bacarıqlarının formalaşdırılması və inkişaf etdiril-

məsi; bütün vətəndaşlar, biznes qurumları və dövlət tərəfindən İKT biliklərinə yiyələnmənin 

stimullaşdırılması; kiçik və orta sahibkarların biznes proseslərində  İKT-ni tətbiq etmələrinə 

kömək göstərilməsi; teleişin tətbiqinin genişləndirilməsi) 

  kadr hazırlığı 



  informasiya təhlükəsizliyinin təmin edilməsi 

  milli kontentin inkişaf etdirilməsi (Azərbaycan tarixi, vətənpərvərlik mövzuları, ədəbi 



və  mədəni irs üzrə internet resurslarının yaradılması  və inkişaf etdirilməsi; ümumi inkişaf, 

təhsil, səhiyyə və digər sahələr üzrə internet resurslarının, məlumat-axtarış sistemlərinin inki-

şaf etdirilməsi; milli azlıqların adət-ənənələrinə həsr olunmuş elektron resursların yaradılması 

və inkişafı; ödənişsiz istifadə edilə bilən Azərbaycan dilli proqram təminatlarının hazırlan-

ması və geniş istifadəsinin təmin olunması; onlayn medianın inkişaf etdirilməsi) 

Ölkəmizdə informasiya cəmiyyətinin inkişafına xidmət edən digər mühüm proqramlar 

da qəbul edilmiş və həyata keçirilmişdir: 

Ümumtəhsil məktəblərinin  İKT ilə  təminatı Proqramı (2005-2007). Bu proqramın 

məqsədi Azərbaycan Respublikasında yeni informasiya texnologiyalarından istifadə etməklə 

təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən, bütün pillə və səviyyələrdə vətəndaşlara təhsil 

almaqla bərabər imkanları təmin edən, ölkə təhsil informasiya sisteminin dünya təhsil siste-

minə inteqrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini infor-

masiya cəmiyyətinə hazırlamaq idi.  




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   354   355   356   357   358   359   360   361   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə