Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə357/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   353   354   355   356   357   358   359   360   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1492


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

DÜNYA TƏCRÜBƏSİNDƏ AZƏRBAYCAN KONSTİTUSİYA 

NƏZARƏTİ İNSTİTUTU MODELİ 

 

Vüsal  MƏMMƏDOV  

Naxçıvan Dövlət Universiteti  



azerbaycan_namin@mail.ru 

AZƏRBAYCAN 



 

Dünya təcrübəsində model rolunu oynaya biləcək Azərbaycan Respublikasının qanun-

vericilik sistemində özünə yer tutan konstitusiya nəzarətinin həyata keçirilməsi institutu 

nəzəri-təcrübi aspektlərindəki aktual məsələlər ilə daim hüquqşünasların diqqət mərkəzində 

olmuşdur. Bu məsələlərin real həllini tapması həm qanunu tətbiq edənlərin, həm də qanunun 

tətbiq olunduğu ictimai münasibətlərdə öz problemlərinin həllini gözləyən vətəndaşların 

qanuna hörmət ruhunda yaşamasına və aktual məsələlərin həllini tapmasına öz töhfəsini 

verəcəkdir.  

SSRİ-nin dağılmasından sonra müstəqil siyasət yeridən Azərbaycan, məhkəmə-hüquq 

sistemində apardığı islahatlarla dünya dövlətləri arasında nümunə olan hüquq sistemini yarada 

bildi. Belə ki, yeni yaradılan sahələrdən biri də konstitusiya nəzarətinin həyata keçirilməsi 

üçün Konstitusiya Məhkəməsinin təsisi idi. Düzdür, SSRi dövründə qanunların şərh olunması 

məsələsi var idi. Belə ki, qanunverici orqan və Ali Məhkəmə tərəfindən qəbul edilən qərarlar-

la qanunlar şərh edilirdi. Lakin müstəqilliyini qazanan Azərbaycan bununla kifayətlənmə-

yərək dünya təcrübəsindən götürdüyü konstitusiya nəzarəti institunu mükəmməlləşdirərək 

özü-özlüyündə dünya ölkələri üçün nümunə olmağa başladı. Konstitusiya nəzarəti institutu-

nun Azərbaycan modelinin ən yaxşı ifadəsi Respublikamızda Konstitusiya Nəzarəti institutu-

nun tam şəkildə formalaşması və özlüyündə bu institutun Azərbaycanın qoşulduğu beynəlxalq 

insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində yaradılmış kovensiya və digər 

aktlarda təsbit olunmuş əsas insan hüquq və azadlıqlarını təmin etməsidir. Konstitusiya nəza-

rətini həyata keçirən Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr 

etdiyi əsas fəaliyyətini müxtəlif sahələr üzrə həyata keçirir. Belə ki, bu məhkəmə normativ-

hüquqi aktların Konstitusiyaya uyğunluğu məsələsinə baxır, Azərbaycan Respublikasının 

Konstitusiyasını və qanunlarını şərh edir, referendum və seçki nəticələrini yoxlayır və insan 

hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə vətəndaşlar, eləcə də ombudsman tərəfin-

dən Konstitusiya Məhkəməsinəedilən müraciətlərə baxır. Sadalanan fəaliyyətləri həyata keçi-

rərkən Konstitusiya Məhkəməsi ona verilmiş səlahiyyətləri geniş şəkildə işlədərək yaradıldığı 

dövrdən bugünədək keçən müddətdə respublika ərazisində insan hüquq və azadlıqlarını təmin 

etmiş və dövlətçiliyin möhkəmlənməsinə öz töhvəsini vermişdir. 

Əvvəldə də qeyd etdiyim kimi Konstitusiya Məhkəməsinin əsas və əhəmiyyətli səlahiy-

yətlərindən biri Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş subyektlərin 

sorğusu ilə Azərbaycan Respublikası Konstitusiya və qanunlarını şərh etməkdir. Belə ki, ali 

qanunvericilik aktının 130.4-cü maddəsinə  əsasən Azərbaycan Respublikasının Konstitusiya 

Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi-

nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəmə-

sinin, Azərbaycan Respublikasının Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin sorğusu  əsasında Azərbaycan Respublikası Konstitusiyasını  və qanunlarını  şərh 

edir. Bununla yanaşı Konstitusiyada mütərəqqi addım kimi ədalət mühakiməsini həyata 

keçirən məhkəmələrə  də bu səlahiyyət verilmişdir. Belə ki, 130-cu maddəyə  əsasən, məh-

kəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan 

Respublikası Konstitusiyası  və qanunlarının  şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəmə-

sinə müraciət edə bilərlər.  




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1493


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İnsan hüquq və azadlıqlarının təminatçısı olan Azərbaycan Respublikasının ali qanunve-

ricilik aktında insan hüquq və azadlıqlarının qorunmasını tam şəkildə  həyata keçirmək və 

qanunun aliliyini təmin etmək üçün nəzərdə tutduğu Konstitusiya Məhkəməsinə müraciət 

edərək Konstitusiyanın və digər qanunların şərh edilməsi məsələsi əslində ölkəmizdə hüquq 

quruculuğu siyasətinin banisi olan ümummilli liderimiz Heydər  Əliyevin ideyalarının məh-

kəmə sistemi sahəsində reallaşdırılmasıdır. Çünki bu sistemin mövcudluğu ilə bir çox prob-

lemli məsələlər öz real həllini tapa bilir. Bununla da qanunların yalnış təfsir edilərək düzgün 

olmayan şəkildə ictimai münasibətlərə tətbiq edilməsinin qarşısı alınmış olur. Məsələyə digər 

tərəfdən yanaşdıqda, demək olar ki, müxtəlif orqanlarının sorğusu və ya müraciəti  əsasında 

çıxarılmış Konstitusiya Məhkəməsinin qərarlarının dərc edilməsi və onların bütün ölkə ərazi-

sində məcburi əməl edilməli akt kimi qəbul olunması ölkədə qanuntətbiq edən subyektlər tə-

rəfindən hər hansı illeqal hərəkətlərin törədilməsinin qarşısı almaq üçün nəzərdə tutulmuşdur. 

Bununla da sözün əsl mənasında deyə bilərik ki, heç təsadüfi deyildir ki, dünya təcrübəsində 

model rolunu oynaya biləcək Azərbaycan Respublikası konstitusiya nəzarəti institutu yara-

dıldığı dövrdən bugünədək ölkə ərazisində qanunların düzgün başa düşülərək tətbiq edilməsi 

istiqamətində öz töhvəsini vermişdir.  

Konstitusiya nəzarəti institutunda bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda 

da bir nizamlanmayan məsələ mövcuddur. Bu məsələ müxtəlif subyektlərin sorğu və 

müraciəti əsasında Konstitusiyanı və qanunları şərh edən Konstitusiya Məhkəməsinin məsu-

liyyət məsələsidir. Əvvəldə də qeyd etdiyim ki, sorğu və müraciət əsasında şərh edilmiş nor-

ma ilə bağlı çıxarılmış qərar ölkə ərazisində icrası məcburi aktdır və onu dəyişdirməyə, şərh 

etməyə yol verilmir. Buna görə də, dünya təcrübəsində konstitusiya və eləcə də qanunları yal-

nış şərh etməyə görə bu məhkəmələrə konkret məsuliyyət tədbirlərinin nəzərdə tutulması bu 

məhkəmələrin fəaliyyətini daha da mükəmməlləşdirəcək bir addımdır. 

 

 



AZƏRBAYCANDA İNFORMASİYA CƏMİYYƏTİ:  

ELMİ-NƏZƏRİ VƏ HÜQUQİ PROBLEMLƏRİ 

 

Natiq  MÜRSƏLOV  

AMEA Mərkəzi Elmi Kitabxanası 



magistrant_bsu@mail.ru 

AZƏRBAYCAN 

 

İnformasiya cəmiyyəti sivilizasiyanın inkişafının növbəti mərhələsi kimi xarakterizə  



olunur. Belə ki, informasiya cəmiyyəti - sivilizasiyanin inkişafının hazırkı mərhələsi olub, in-

formasiya biliklərin  əsas maddi sərvətə çevrildiyi cəmiyyətdir. O, eyni zamanda -  informa-

siya-kommunikasiya texnologiyalarının təsiri nəticəsində bilik və informasiyanın insan fəaliy-

yətinin bütün sferalarında əsas rol oynadığı cəmiyyətdir. 

İnformasiya cəmiyyətinin əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 

  Cəmiyyətdə informasiyanın, biliklərin, informasiya texnologiyalarının rolu artır; 



  Telefon, radio, televiziya, İnternet, ənənəvi və elektron mətbuatdan istifadə etməklə cə-

miyyət sürətlə informasiyalaşır; 

  İnsanların effekli informasiya əlaqəsini, onların ümumdünya informasiya resurslarına 



çıxışını, informasiya məhsullarına və xidmətlərinə tələbatını təmin edən qlobal informa-

siya məkanı formalaşır. 

 “İnformasiya cəmiyyəti” terminiilk dəfə leksikona 1969-cu ildə Tokio Texnologiya  

İnstitutunun professoru Y.Xayaşı tərəfindən daxil edilmişdir. Qərb ölkələrində 1992-ci ildən 

etibarən bu termin müntəzəm olaraq istifadə edilməyə başlanır. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   353   354   355   356   357   358   359   360   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə