Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

 

35

qazanc əldə etmək məqsədilə valyuta  alqı-satqısı  ilə məşğul  olmalarıdır. Valyuta  



möhtəkirləri hər hansı bir valyutanın vəziyyəti haqqında bütün incəlikləri öyrənib 

nəzərə alırlar. 

Möhtəkirlikdə  ən  mühüm  məsələ  bu  günkü  spot  məzənnələrin  gələcяk 

vəziyyətini  düzgün  proqnozlaşdırmaqdır.  Möhtəkir  sabah  bazarda  spot 

məzənnəsinin  yüksələcəyi  ehtimal  olunan  valyutanı  satın  alır  və  əksinə  azalacağı 

ehtimal olunan valyutanı isə satır. Şübhəsiz, möhtəkirlərin ehtimalları fərqlidir  və 

ona  görə  də  bir-brindяn  fərqlənir.  Onlaрın  ehtimalları  fərqli  olduğu  üçün  hərəkət 

tərzləri də müxtəlifdir. 

Möhtəkirlik  müddətli  valyuta  əməliyyatları  ilə  əlaqədar,  xüsusən  geniş 

yayılmışdır. 

Valyuta  möhtəkirliyinin  nəticəsi  gələcək  valyuta  məzənnəsinin  düzgün 

proqnozlaşdırılmasından  asılı  olduğu  üçün,  o  mənfəət  də,  zərər  də  gətirə  bilər, 

hətta firmanı müflis də edə bilər. Bütün bunlar isə valyuta məzənnəsinə ciddi təsir 

göstərir. 

Valyuta   məzənnəsinin formalaşmasına bir sıra amillər təsir göstərdiyi кimi, 

valyuta  məzənnəsinin  səviyyəsindəki  dəyişikliyin  özü  də  bir  sıra  amillərə    təsir 

göstərir. Valyuta məzənnəsinin səviyyəsi təbiidir ki,  

1) ölkənin xarici ticarətinə; 

2) milli əmtəələrin rəqabət qabiliyyətinə (dünya bazarında); 

3) kapital axınına; 

4) pul dövriyyəsinə; 

5) ümumiyyətlə bütün təkrar istehsal prosesinə təsir edir. 

Bunu  bir  az  geniş  şəkildə  izah  edək.  Belə  ki,  valyuta  məzənnəsinin  aşağı 

düşməsi  onu  göstərir  ki,  xarici  valyutaya  çevrilərkən  müəyyən  məbləğ  milli 

valyuta indi əvvəlkinə nisbətən az miqdar xarici valyutanı ifadə edir və əksinə, hər 

vahid  xarici  valyutaya  daha  çox  yerli  valyuta  əldə  etmək  olar.  Bu  halda  xarici 

ixracatçı  öz  vayutasında  əvvəlki  məbləği  əldə  etmək  üçün  bu  ölkə  valyutası  ilə 

ixarcın  qiymətini  artırmaga  məcbur  olur.  Bu,  ixraca  gedən  malın  bütün  istehsal 

 



 

36

xərclərinin ödənilməsi və müəyyən mənfəət əldə edilməsi zəruriliyi ilə əlaqədardır. 



Lakin  ixrac  qiymətlərinin  belə  qaldırılması  həmin  mалın  ixrac  miqdaрının 

azalmasına səbəb olur. Çünki bir tərəfdən, həmin malın yerli istehsalçıları arasında 

rəqabət  artır,  digər  tərəfdən  isə  yerli  əvəzedici  malların  istehsalına  keçilməsi 

ehtimaлı  yaranır.  Eyni  zamanda,  ixrac    qiymətlərinin  lazımi  qədər  artırıla 

bilməməsi həmin malın bu ölkəyə qayıtmasını qeyri-rentabelli edir. 

Milli  valyutanın  ucuzlaşması  eyni  zamanda  idxalı  əvəz  edən  sahələrin 

inkişafını  stimullaşdırır.  Valyuta  məzənnəsinin  aşağı  düşməsi  milli  valyuta  ilə 

mallrın  real  məbləğini  azaldır,  xarici  valyutada  ifadə  olunmuş  xarici  borcların 

yükünü  ağırlaşdırır.  Ölkədə  mənfəət,  faiz,  divident  şəklində  xarici  investorların  

gəlirlərinin  xaricə  aparыlması  əlverişsiz  olur.  Eyni  zamanda  valyutası  ucuzlaşan  

ölkədə ixracın artmasına stimul çoxalır. 

Milli  valyuta  məzzənnəsi  yüksəldikdə  isə  daxili  qiymətlərin  rəqabət  gücü 

а

rтıр,  ixracın  səmərəliliyi  azalır.  Bunlar  isə  ixrac  sahələri  və  milli  istehsaлın 



gələcəkdə azalmasına gətirib çıxara bilər.  dxal isə əksinə, genişlənir. Ölkəyə хarici 

kapitalın  axını  artır,  xarici  investisiyalar  üzrə  mənfəətin  xaricə  aparılması  арtır. 

Xarici valuta ilə ifadə olunmuş xarici borcların real məbləği azalır. 

Valyutanın  daxili  va  xarici  ucuzlaşmasы,  yəni  onun  məzənnəsi  ilə  alıcıлıq 

qabılıyyəti  arasındakı  fərq  beynəlxalq  iqtisadi  münasıbətlər  üçün  mühüm 

ə

həmiyyətə  malikdir.  Əgər  pulun  daxili  inflyasiya  xarakterli  qiymətdən  düşməsi 



valyuta  məzənnəsinin  azalmasından  sürətlidirsə,  digər  eyni  şərtlər  daxilində  mal 

idxalı  artırılır.  Əgər  inflyasiya  nəticəsində  valyutanın  xarici  аlıcılıq  qabiliyyəti 

onun daxili alıcılıq qabiliyyətindən sürətlə aşağı düşərsə, хаrici rəqiblərin bazardan 

sıxışdırılıb  çıxarılması  məqsədilə  valyuta  dempinqi,  yəni  malların  orta  dünya 

qiymətlərindən  ucuz  qiymətlərlə  kütləvi  ixracı  üçün  şərait  yaranır.  Valyuta 

dempinqi üçün aşağıdakılar xarakterikdir: 

1.  xracatçı  malları  inflyasiyanın  təsiri  ilə  daxili  bazarda  yüksəlmiş 

qiymətlərlə  satın  alaraq,  onu  xarici  bazarda  daha  sabit  valyuta  ilə  orta  dünya 

qiymətlərindən aşağı qiymətlərlə satır. 



 

37

2.  xrac  qiymətlərinin  azalma  mənbəyi  əldə  edilmiş  daha  sabit  xarici 



valyutanın ucuzlaşmыş milli valyutaya çevrilməsi zamanı meydana çıxan fərqdir. 

3.  Malların  kütləvi  ixracı  ixracatçılar  üçün  ifrat  mənfəət  təmin  edir. 

Dempinq  qiyməti  istehsal  qiymətindən  və  ya  maya  dəyərindən  aşağı  da  ola 

bilər.  Lakin  ixracatçılar  üçün  həddən  artıq  azaldılmış  qiymət  əlverişli  deyildir. 

Çünki,  malların  xarici  rəqiblərə  təkrar  ixracı  nəticəsində  milli  mallara  rəqabət 

çoxala bilər. 

4.  Məlumdur  ki,  valyuta  dempinqi  ölkələr  arasında  ziddiyətləri  artırır, 

о

nlаrıн  ənənəvi  əlaqələrinə  xələl  gətirir,  rəqabət  mübarizəsini  kəskinləşdirir. 



Valyuta dempinqini həyata keçirən ölkədə ixracatçıların mənfəəti artır,lakin daxili 

qiymətlərin artması nəticəsində əhalinin rifah səviyyəsi pisləşir. Dempinq subyekti 

olan  ölkədə  isə  ucuz  xarici  malların  rəqabətinə  davam  gətirməyən  iqtisadiyyat 

sahələrində  inkişaf  zəifləyir,  işsizlik  çoxalır.  ri  ixracatçi  firmalar  valyuta 

dempinqindən xarici rəqiblərini boğmaq üçün geniş istifadş etməyə çalışırlar. 

Valyuta  məzənnəai  artan  ölkədə,  möhtəkir  xarici  kapitalın  axıb  gəlməsi 

nəticəsində borc kapitalı və xarici investisiya məbləğləri müvəqqəti çoxala bilər ki, 

bu  da  ölkə  iqtisadiyyatının  inkişafı  və  büdcə  kəsirinin  ödənilməsi  üçün  iстifadə 

ediə  bilər.  Kapitalın  xaricə  axması  isə,  onun  çatışmazlığına,  investisiyaların 

məhdudlaşmasına, işsizliyin artmasına səbəb ola bilər. 

Beləliklə,  valyuta  məzənnəsinin  dəyişməsi  ümumi  milli  məhsulun  xarici 

bazarlarda satılan hissəsinin ölkələr arasında yenidən bölüşdürülməsinə təsir еdir.   

Üzən  valyuta   məzənnəsi  şəraitində   məzənnə   nisbətinin   qiymət mеxanizminə 

və inflyasiya prosesinə təsiri artır. 

 

 

 



 

 

 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə