Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   2   3   4   5   6   7   8   9   10   ...   38

 

21

onlardan biri sələflərin yazılarından müəyyən mətnləri seçirdisə, onda o, 



“Metodoloji  sözlər”i

1

 kitabına  ad  götürürdü.  Həmçinin,  əvvəl  çap 



olunmuş  məqalələri  toplayıb  bir  kitab  halında  nəşr  etmək  istəyənlər 

“Metoda dair məqalələr” kimi adlardan

2

 istifadə etmişlər və s. 



 

Tapşırıq: İbrahim peyğəmbərin (Ona salam olsun!) öz xalqına müraciət 

metodologiyasını  elmi  metodologiyanın  məlum  mənasında  haqq  ilahın 

axtarışı adlandırmaq olarmı? 

İxtisaslı  akademik‐elmi  sahədə  “Üsul  elmi”nə  tədqiqat  və  bilik 

metodu  kimi  toxunulur

3

 və  bu  zaman  elmə  və  metod  böhranının  və  ya 



müasir  metodologiya  probleminin  həlli  üçün  onun  yeniləşdirilməsinə 

dair  tədqiqatların  aparılmasından  danışılır.  İslam  etiqadı  barəsində 

söhbət  düşdükdə  isə  nəzərlər  ondakı  metodoloji  tədqiqata  yönəlir  və 

hesab  edilir  ki,  bu,  müasir  islam  düşüncəsi  metodlarına  və  dinin 

fundamental  məsələlərini  araşdırma  metodologiyasının  elementlərinə 

dair  tədqiqat  qəbilindəndir.  Çünki  Allah  etiqad,  ibadət,  əxlaq  və 

qanunvericilik  məsələlərini  özündə  ehtiva  edən  dürüst  yol  kimi  islamı 

seçmişdir. Bütün bu məsələlər məcmu halda islam metodunu təmsil edir. 

Bu,  o  islam  metodudur  ki,  ilk  nəsil  onun  sayəsində  haqq  yola 

yönəlmişdi.  Sonra  isə  onların  nəsilləri  bu  metodu  kəlam‐fəlsəfə 

məsələləri  və  ya  vicdanla,  sufiliklə  bağlı  hisslər  və  ya  quru,  pərakəndə 

ibadət növləri arasında bölücü vasitənin təmsilçisinə çevirdilər. Bu isə öz 

növbəsində  islam  metodunun  quruluşuna  yenidən  rabitəliliyin 

qaytarılmasına  və  dağınıqlıq  vəziyyətinin  aradan  qaldırılmasına  kömək 

edən islahatçı novatorların yetişməsini zərurət kimi ortaya qoydu

4



Müzakirə  mövzusu: Dinin fundamental məsələləri elmi (elm əl‐

Üsul)  təfəkkürdə  dəqiq  elmi  metodologiyanın  formalaşmasına  necə 

kömək edə bilər? Fikrinizi əsaslandırmaq üçün iki misal gətirin. 

                                                 

1

 Casim ibn Məhəmməd ibn Mühəlhil  əl-Yasin.  əl-Kəlimat  əl-mənhəciyyə min kəlam  Şeyxülislam ibn 



Teymiyyə (Şeyxülislam İbn Teymiyyənin kəlamlarında metodologiya). Küveyt, “əl-Kəlimə” müəssisəsi. 

Çap tarixi göstərilməyib.  

2

 Salman ibn Fəhd  əl-Övdə. Məqalat fil-mənhəc (Metoda dair məqalələr). Miçiqan, An-Arper. Şimali 



Amerika İslam Akademiyası. “Novatorluğa dair traktatlar” seriyasından. № 2. 1999.  

3

 Taha  Cabir  əl-Ülvani. Üsul əl-Fiqh  əl-İslami: mənhəc bəhs və  mə`rifə  (İslam fiqhinin fundamental 



məsələləri: tədqiqat və bilik metodu). Herinden, Virciniya. “Beynəlxalq  İslam Düşüncəsi  İnstitutu”nun 

nəşrləri. 2-ci nəşr. 1995, səh. 7.  

4

 Əbdürrəhman ibn Zeyd əz-Zəbidi. Mənahic  əl-Bəhs fil-əqidə  əl-islamiyyə fil-əsr  əl-hazir: dirasə li-



mənahic əl-fikir əl-islami əl-müasir və lil-ənasir əl-mənhəciyyə fi dirasə üsul əd-din (Müasir dövrdə islam 

etiqadını  tədqiqat metodları: müasir islam düşüncəsi metodlarına və dinin fundamental məsələlərinin 

araşdırılmasının metodoloji elementlərinə dair tədqiqat).  ər-Riyad, Tədqiqatlar və  İnformasiya Mərkəzi. 

“Dar İşbiliya” nəşriyyatı, 1998, səh. 5-6. 




 

22

Madam ki, söhbət xüsusiyyətləri və rüknləri baxımından islamın 



praktiki  metodundan  gedir,  onda  biz  Yusif  əl‐Qərdavi  ilə  birlikdə 

görürük  ki,  o,  Peyğəmbərin  sünnəsində  mövcuddur.  Çünki  Sünnə 

Quranın  praktiki  izahıdır.  “Peyğəmbər  (Ona  Allahın  salamı  və  xeyir‐

duası olsun!) izahedici Quran, təcəssüm etdirən İslam rolunu oynayırdı. 

Müsəlmanların  Peyğəmbərin  bu  metodundan  xəbərdar  olmaları 

zəruridir; onlar bu metodun əhatəlilik, bütövlük, tarazlıq və asanlıq kimi 

xüsusiyyətlərinə  bələd  olmalıdırlar.  Bununla  da  onlar  Sünnəni  lazımi 

şəkildə  başa  düşməyin  və  ona  münasibətin  necəliyini  öyrənmiş 

olacaqlar. Əgər dövrümüzdə müsəlmanların ən ümdə problemi düşüncə 

ilə bağlıdırsa, onda bu problemin ən bariz cəhəti Peyğəmbərin sünnəsini 

başa düşmədə və ona olan münasibətdə özünü göstərən böhranda təmsil 

olunur. Xüsusən də bu hal islam dirçəlişinin bəzi cərəyanlarında özünü 

büruzə verir.  Bu isə çox vaxt həmin kəslərin Pak Sünnəni pis şəkildə baş 

düşmələrinin  nəticəsi  kimi  təzahür  edir”

1

.  Abdulcabbar  Səid  isə 



Peyğəmbərin sünnəsinə münasibət metodologiyasında mövcud olan bir 

çox təhrif hallarını sadalayır

2

.  


Tarixə  dair  tədqiqatlarda  isə  metod  problemi  İbn  Xəldundan 

başlayaraq  indiyədək  əvvəlkilərin  “müsəlman  reallığıdır”  –  deyə  nəql 

etdikləri mətnlərdən yapışmaqla metodologiya aləminə “sıza bilmiş” bir 

çoxlarını  hələ  də  çulğalayır.  Problemə  bu  cür  münasibət  tarixçiləri 

xətalara sürükləmişdir. Eyni müsibət həm də belə bir metoddan əl çəkib 

şərqşünasların  metodologiyasına  üz  tutmağa  cəhd  edənlərin  başına 

gəlmişdir.  Bunlar  həmin  şərqşünaslardır  ki,  müəyyən  sahələrdə 

təqdirəlayiq  xidmətlərinin  olmasına  rəğmən,  müstəmləkəçiliyin  məna‐

feyindən çıxış etmişlər. Belə insanlar Qərbin üstünlüyündən məst olaraq, 

tarixi  “şüşə  divar  arxasından”  yazmağa  başladılar.  Bununla  da  onlar 

islamın zaman və məkan xüsusiyyətlərindən xəbər tutmadılar

3

.  



Müasir  islam  düşüncəsinin  problemlərindən  biri  də  eyniadlı 

metodologiyaya  münasibətdə  kompleks  yanaşmanın  yoxluğu  prob‐

lemidir.  Bu  elə  bir  yanaşmadır  ki,  sözügedən  metodologiyanın 

                                                 

1

 Yusif  əl-Qərdavi. Keyfə  nətə`aməl məə  əs-sünnə  ən-nəbəviyyə: məalim və  zəvabit (Peyğəmbərin 



sünnəsinə münasibətimiz necə olmalıdır:  əsas təzahürləri və qayda-qanunları). 1-ci nəşr. Herinden, 

“Beynəlxalq İslam Düşüncəsi İnstitutu”nun nəşrləri. ər-Riyad, “əl-Müəyyid” kitabxanası, 1990, səh. 23-

27.   

2

 Abdulcabbar  Səid. Mənhəciyyə  ət-təamül məə  əs-sünnə  ən-nəbəviyyə (Peyğəmbərin sünnəsinə 



münasibətin metodologiyası). “Məfkurənin islamlaşdırılması” seriyasından. № 18. 1999, səh. 53-88. 

3

 İbrahim Beyzun. əl-Kitabə  ət-tarixiyyə  əl-islamiyyə: beynə  ət-təriqə  vəl-mənhəc (Üsul və metod 



prizmasından tarixin islam nöqteyi-nəzərindən yazılması). London Ərəb-İslam Tədqiqatları İnstitutunun 

nəşr etdirdiyi mövsümi mədəni “əl-Mə`həd” jurnalı. № 1. 1999, səh. 9-15. 




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə