Metodologiya4


İnsanın reallığı dərketmə şüuru və bir‐neçə elementin qarşılıqlı təsiri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə6/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   2   3   4   5   6   7   8   9   ...   38

 

19

 



İnsanın reallığı dərketmə şüuru və bir‐neçə elementin qarşılıqlı təsiri: 

 

a. Zehində həkk olunan biliklər 

b.  İstifadə  olunan  vasitələr,  təfəkkür  və  şüur  prosesləri, intuisiya,  təxəyyül, 

iradə və s. qabiliyyətlər 

v. Reallıqla əlaqədar obyektiv həqiqətlər. 

 

 



Ancaq buna rəğmən, hər bir cəmiyyətdə fərqləndirici və yaradıcı 

iradəyə  malik  az  saylı  insanlar  mövcuddur.  Onlar  müstəqildirlər, 

fərqlənmədə  azaddırlar  və  onlar  kütlədən  fərqli  olaraq  üstün  şüura 

sahibdirlər. Çünki bu insanlar reallığa yeni üsullarla münasibət bəsləyir, 

ona  dair  təcrübələrini  birincilik  düşüncəsi  ilə  nizamlayırlar.  Bəzən  də 

onlar  yeni  fikir  və  metodla  müjdə  verməklə  novatorçu  şüur  formasının 

banilərinə  çevrilirlər.  Onların  davamçıları  çoxalır,  ideyaları  isə  təcrübə 

obyektinə çevrilir. Bununla da intibah baş verir, novatorluq yaranır.  

Əsr  yarımdır  ki,  islahat  carçıları  müsəlman  reallığının  geriliyinə 

və  ümmətin  intibaha  ehtiyacının  dərkinə  dair  yazılar  qələmə  alırlar. 

Ancaq  belə  dərketmə  şüuru  dolaşıq  və  dağınıq  görünür.  Eləcə  də  o, 

birtərəfli, naqis metodologiyalar üzrə bölüşdürülüb. İslahat carçılarından 

elələri vardı ki, sələfi metoduna qayıtmağı irəli sürürdülər. Bu metodun 

mahiyyəti  keçmişi  ilahiləşdirməkdən  və  sələfləri  (əvvəlki  nəsilləri) 

tərifləməkdən  ibarətdir.  Onun  tərəfdarları  Qərb  metodlarından  üz 

çevirir, onların (qərblilərin – mütərcim) qüsurlarını və nailiyyətlərindəki 

çatışmazlıqlar  haqda  hər  yerdə  ağızdolusu  danışırdılar.  Ancaq  dünyəvi 

nəsiblərinə  gəlincə,  övladlarına  Qərb  üslublu  təhsil  verməklə  onları 

Avropa  metodologiyasının  uğurlarından  faydalanmağa  rəğbətləndir‐

dilər; evlərində, ofis və küçələrində Qərbin nailiyyətlərini tətbiq etdilər.  

Yeni  metodologiyaya  üstünlük  verənlər  də  tapıldı.  Bu  insanlar 

“özünüqamçılama”  fəaliyyətinə  və  islam  tarixindən  “canqurtarma” 

seçiminə üstünlük verdilər. Onlara görə, islam tarixi təkcə ümumi tarixi 

“söküb”  ondan  üzülüşməklə  kifayətlənmir,  həm  də  bu  işdə  ona  bəraət 

qazandıracaq fakt və modellər ortaya qoyur. Qərb isə özünü hökmranlıq 

və ağalığa hazırlayan üstünlük və istedada sahibdir

1



                                                 



1

 Əbdülkərim Bəkkar. Təcdid  əl-Və`y (Şüur novatorluğu). “Özə qayıdış” silsiləsindən.  № 2. Dəməşq, 

“Dar əl-Qələm”  nəşriyyatı, 2000. səh, 9-23. 



 

20

Yəqin  ki,  həmin  metodların  təmsil  etdiyi  islam  şüuru  forması 



böhranı  bir  çoxlarına  dərindən  sirayət  etmişdir.  Çünki  hər  iki  tərəfdən 

olan metod carçıları çox vaxt xalqla yaxın münasibətdə olmuşlar. Onlar 

ya  rəsmi  dairələrdə,  ya  da  maarifləndirmə  orqanlarında  işləmişlər. 

Həmçinin, bu böhran ardıcıl hərbi və siyasi məğlubiyyətlərin, ümidverici 

rəhbərlik  və  şüarların  yıxılmasının  insanlarda  doğurduğu  ümidsizlik 

nəticəsində vüsət kəsb etmişdir. Ancaq bəzən şərdə də xeyir olur; çünki 

çox  vaxt  belə  məğlubiyyətlər  özlərini  millətin  “şüur,  təfəkkür,  və 

mədəniyyət  rəhbərləri”  sayanlarda  “şüura  qayıdış”ın  səbəbi  rolunu 

oynayır

1



Şüurda  saxtakarlıq  və  dolaşıqlığın  ən  təhlükəli  forması  metodla 

bağlıdır.  Həqiqətən  də  metodoloji  şüur  formasının  yoxluğu  bizi 

metodologiya  və  funksiyaları  məsələsindən  uzaqlaşdırmış  və  biz 

metodla  heç  bir  əlaqəsi  olmayan  şeylərə  “metod”  adını  vermişik. 

Əslində,  metodologiya  şüuru  formalaşdıran  və  ona  yolgöstərən  mənbə 

hesab olunur. Əgər metod məqsədə aparan yoldursa, onda o, yollara və 

nailiyyətlərə  dair  bir  elm  sahəsinin  mövcudluğunu  zəruri  edir.  Bu  elm 

sahəsi  özünün  prinsip  və  nöqteyi‐nəzərlərinin  sağlamlıq  dərəcəsindən 

asılı  olaraq  yolun  əsas  göstəricilərini  müəyyənləşdirən  mötəbər  bələdçi 

rolunu oynayır

2



Hər  halda,  metoda  və  metodoloji  təfəkkürə  olan  ehtiyacın  hiss 



edilməsi  keçən  əsrin  ortalarından  etibarən  islam  dünyasının  müxtəlif 

yerlərində daha da artmış, müxtəlif bilik sahələrində, düşüncə, dəvət işi 

və  hərəkat  dairələrində  alim  və  mütəxəssislərin  fəaliyyət  səksəkəsinə 

çevrilmişdir. Belə ki, təbliğ carçıları dəvət elminin metodologiyasına dair 

tədqiqatlara  üstünlük  verməyə  başlamaqla

3

 dəvət  işində  müəyyən 



metoda  –  peyğəmbərlərin  metoduna  əməl  etməyə  çağırmışlar;

4

 əgər 



                                                 

1

 “1967-ci  il  İyun” məğlubiyyətindən sonra bir çox məşhur mütəfəkkir və  ədib rejimlərə  və  rəhbərlərə 



ənənəvi xoş münasibətdən vaz keçdi. Onlara məlum oldu ki, siyasi rəhbərliklər mədəni-ideoloji 

rəhbərlikləri aldatdıqları kimi, xalqa da kələk gəliblər. Bununla da “İyun” məğlubiyyəti “şüura qayıdış”a 

səbəb rolunu oynadı. Bu, Tofiq əl-Həkimin yazdığı  və “Dar əl-Məarif” nəşriyyatının 1972-ci ildə çap 

etdirdiyi kitabın adıdır. Eyni addımı  məlum məğlubiyyətdən sonra Nəzzar Qəbani də öz poemaları ilə 

atmışdır.    

2

 Seyfəddin  Əbdülfəttah. Hövlə  əl-mənhəciyyə  əl-islamiyyə: müqəddimat və  tətbiqat (İslam 



metodologiyası haqqında: müqəddəm şərtlər və tətbiq sahələri). Beynəlxalq İslam Düşüncəsi İnstitutunun 

12-17 noyabr 1998-ci il tarixində Əmmanda (İordaniya) keçirilmiş III İslam Metodologiyası sessiyasının 

materialları, səh. 4.  

3

 Məhəmməd  Əbülfəth  əl-Bəyanuni.  əl-Mədxəl ila elm əd-də`və: dirasə  mənhəciyyə  şamilə li-tarix əd-



də`və və üsulihə və mənahicihə (Dəvət elminə giriş: dəvət tarixinə, prinsip və metodlarına dair hərtərəfli 

metodoloji tədqiqat). 2-ci nəşr. Beyrut, “ər-Risalə” müəssisəsi, 1993. 

4

 Məhəmməd Sürur Zeynəlabidin. Mənhəc  əl-ənbiya fid-də`vət ilal-lah (Allaha dəvətdə peyğəmbərlərin 



metodu). İngiltərə, Birminhem, “Dar əl-Ərqəm” nəşriyyatı, 1992.  


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə