Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

 

25

Süleyman  bu  şərtlərə  əməl  edilməməyin  nəticələrindən  danışarkən 



əvvəlcə,  düşüncə  metodologiyasına  toxunur  və  bildirir  ki,  ümmətin 

düşüncə  rəhbərliyi  ilə  siyasi  iqtidar  arasındakı  tarixi  ayrılıq  metodoloji 

təhrifə  (zədələnməyə)  səbəb  olmuşdur.  Metodoloji  zədələnmə  isə 

psixoloji  gücün  parçalanmasına  və  mədəni  baxışın  itirilməsinə  aparıb 

çıxarmışdır

1

.  



 

 

İntibah və islahatın şərtləri: 

 

a. Psixoloji quruculuq qabiliyyəti və cəsarət 

b. Təfəkkür metodunun sağlamlığı və üstünlüyü 

v. Mədəni dünyagörüşünün aydınlığı 

 

 

Çalışma.  Əgər  biz  professor  Əbdülhəmid  əbu  Süleymanın  intibah  və 



islahatın  üç şərti  ideyasına  islam  nöqteyi‐nəzərindən  riayət etmiş  olsaq, 

onda  tərbiyə  baxımından  ailənin  təsisatı  bu  şərtləri  necə  həyata  keçirə 

bilər? 

 

Metod  problemi  əsas,  ümdə  düşüncə  problemi  olduğundan 



onunla  təkcə  fəlsəfi‐nəzəri  sahənin  mütəxəssisləri  deyil,  həm  də  islam 

hərəkatının  ideoloq‐nəzəriyyəçiləri  və  digər  nümayəndələri  maraqlan‐

mışlar.  Sonuncular  belə  hesab  edirlər  ki,  bu  problem  müasir  islam 

hərəkatının  qarşılaşdığı  ən  mühüm  ideologiya  problemlərindən  biridir. 

Çünki  metodun  hərəkatla  olan  əlaqəsi  doğma,  təbii  əlaqədir.  Şüurlu 

formada  hərəkat  qurmaq  istəyən  kəs  çatmaq  istədiyi  məqsədi  və  bu 

məqsədə  onu  qovuşduracaq  yolu  müəyyənləşdirməlidir.  Bu  problemin 

əhəmiyyətini  artıran  digər  bir  məsələ  isə  onun  konkret  fəaliyyətlə 

bağlılığıdır.  Bu  məsələnin  başa  düşülməsində  yol  verilən  xətalar  yolun 

uzanmasına  və  sapmalara  səbəb  olur  ki,  bunun  da  bədəli  ağır  olur, 

qurbanlar  verilir.  Bu  isə  bəzən  öz  növbəsində  hərəkatın  gedişatında 

təhlükəli  məqamlardan  sayılan  ətalətə,  durğunluğa,  ümidsizlik  və 

uğursuzluğa gətirib çıxarır

2



                                                 

1

 Əbdülhəmid  Əhməd  əbu Süleyman. Məarif  əl-vəhy:  əl-mənhəciyyə  vəl-əda (Vəhy bilikləri: 



metodologiya və icra). “Biliyin islamlaşdırılması” seriyasından. № 3. 1996, səh. 85-109.  

2

 Cəfər  Şeyx  İdris. Qəziyyə  əl-mənhəc ində Seyyid Qütb fi məalim fit-təriq (Seyyid Qütbün “Yoldakı 



işarələr” adlı  əsərində metod problemi). Müasir İslam Düşüncəsi Cərəyanları Simpoziumunun 

materialları. ər-Riyad, Körfəz Dövlətləri “ət-Tərbiyə” Ərəb Ofisi, səh. 531-546.  




 

26

Müasir  islam  hərəkatlarının  düşüncə  sisteminin  xali  olduğu 



meyarlara  toxunan  mütəfəkkirlərdən  Taha  Cabir  əl‐Ülvani  metodoloji 

meyarı  “ümdə  yoxluq”  və  ya  “ən  böyük  yoxluq”  sayır.

1

 Mütəfəkkir 



hesab  edir  ki,  bu  cür  yoxluq  öz  növbəsində  bütöv  metodoloji  idrak 

formasının  inkişaf  etdirilməsini  zəruri  hala  gətirir.  Bütöv  metodoloji 

idrak  forması  isə  aşağıdakı  iki  tədqiqat  fəaliyyəti  növünü  bir‐birinə 

uyğunlaşdırır: 

a. Quranın kompleks şəkildə öyrənilməsi 

b. Dünyanın kompleks tədqiqi. 

Belə  bir  öyrənmə  və  dəyişilmələrin  tarixi  məntiqi  və  qarşılıqlı 

təsirini təsdiqləməklə biz konkret metodologiya vasitəsilə Şərəfli Kitabın 

daxili dünyasına daxil oluruq. Bununla da biz bəzi problemləri adlamış 

oluruq.  Bunlar  həmin  problemlərdir  ki,  İbn  Rüşdü  “Şəriət  (din)  və 

hikmət  (fəlsəfə)  arasındakı  əlaqənin  müəyyənləşdirilməsinə  dair  yekun 

söz”,  İmam  Qəzalini  isə  “Filosofların  tutarsızlığı”  kitablarını  yazmağa, 

birincini  də  sonuncunun  məlum  əsərinə  cavabən  “Filosofların  tutar‐

sızlığının tutarsızlığı” əsərini qələmə almağa sövq etmişdir. Eləcə də bu 

problemlərdən dolayı İbn əs‐Səlah məntiq elmi ilə məşğul olmanı haram 

saymış,  İbn  Teymiyyə  isə  “Ağılın  nəqllə  ziddiyyətli  olmasının  rəddi  və 

ya  doğru  nəqllə  aydın  və  saf  ağlın  uyğunluğu”

  üçün  məntiqdən  orta 



səviyyədə  imtina  etməyə  və  Qurandan  onu  əvəzləyəcək  qaydalar 

çıxarmağa cəhd göstərmişdir

2

.  


 

Müzakirə  mövzusu.  Müasir  dövrdə  dini‐mədəni  irsimiz  haqda 

qələmə 


alınmış 

yazılardan 

metodoloji 

təfəkkürün 

təcrübədən 

keçirilməsinə dair misallar gətirin.  

 

Bütün  bunlar  ideya,  hərəkat  və  elm  sahəsində  nəzəriyyəçilər 



sayılan  seçkin  şəxsiyyətlərin  metodologiya  haqqındakı  düşüncələrinə 

dair nümunələrdir. Ancaq metodun olmasının zəruriliyini dərk etmək və 

onun  komponentlərinə  sahib  olmaq  başqa‐başqa  şeylərdir.  Eləcə  də 

                                                 

1

 Taha  Cabir  əl-Əlvani.  Əb`ad qaibə  ən fikir və mümarəsat  əl-hərəkat  əl-islamiyyə  əl-müasirə (Müasir 



islam hərəkatları ideyası və fəaliyyətlərinin xali olduğu meyarlar). Qahirə, “Beynəlxalq İslam Düşüncəsi 

İnstitutu”nun nəşrləri, səh. 63; 74. 

 Yuxarıdakı ifadə İbn Teymiyyənin ağıl-iman münasibətlərinə dair yazmış olduğu sanballı əsərin adıdır. 



Kitabın digər adı isə belədir: “Nəsihət əhl əl-iman fir-rədd əla məntiq əl-yunan” (Yunan məntiqinin rədd 

edilməsində iman sahiblərinin nəsihəti) – mütərcim. 

2

 Taha  Cabir  əl-Ülvani.  Əb`ad qaibə  ən fikir və mümarəsat  əl-hərəkat  əl-islamiyyə  əl-müasirə (Müasir 



islam hərəkatları ideyası və fəaliyyətlərinin xali olduğu meyarlar). Qahirə, “Beynəlxalq İslam Düşüncəsi 

İnstitutu”nun nəşrləri, səh. 75-76. 




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə