Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə1/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
  1   2   3   4   5   6   7   8   9   ...   38



Ýslam metodologiyasý

2009. CBS - 100 s?h.






 

5

 



 

 

 



 

 

 



 

 

 



Birinci fəsil 

 

Metod və metodologiya:  

məfhum və əhəmiyyəti; oxşar məfhum və terminlər 

 

 



 

G İ R İ Ş 

 

 

Məfkurənin  islamlaşdırılmasına  təfəkkürə,  tədqiqat  və  islamın 

mədəni  tərəqqisi  cəhdlərinə  əhəmiyyət  verən  mehvərli  layihə  nöqteyi‐

nəzərindən nəzər salmaq mümkündür. Buraya dörd mehvər daxildir ki, 

onların da hər biri özündə iki problemi birləşdirir: 

 

a.  Kompleks 



yanaşma

:  özündə  iki  –  epistemologiya  və 

metodoloji təfəkkür problemini birləşdirir; 

b.  Fundamental  məsələlərə  (üsul)  münasibətin  metodologiyası: 

özündə  Qurani‐Kərimə  və  Peyğəmbərin  pak  sünnəsinə  münasibət 

problemini birləşdirir; 

v.  Düşüncə  irsinə  münasibətin  metodologiyası:  özündə  islam 

irsinə və

 

ümumi bəşəri 



fikrə

 münasibətin problemlərini birləşdirir; 

q. Reallığa münasibətin metodologiyası: bu problemdə iki məsələ 

‐  reallığa  olduğu  kimi  və  tələb  olunan  münasibət  bildirmə  növləri  öz 

əksini  tapıb.  Biz  bununla  uzaqgörən  tədqiqatların  aparılmasını  nəzərdə 

tuturuq. 

 

 



 

6

İzahedici sxem 



 

a.  Kompleks baxış

1.  Epistemologiya 

2. Metodoloji təfəkkür. 

 

b. Fundamental məsələlərə (üsul) münasibətin metodologiyası: 

1. Qurani‐Kərimə münasibətin metodologiyası 

2. Sünnəyə münasibətin metodologiyası. 

 

v. Düşüncə irsinə münasibətin metodologiyası

1. İslam irsinə münasibətin metodologiyası 

2. Ümumi bəşəri fikrə

 

münasibətin metodologiyası. 

 

q. Reallığa münasibətin metodologiyası: 

1. Reallığa olduğu kimi münasibət bildirmənin metodologiyası 

2. Reallığa tələb olunan münasibətin metodologiyası. 

 

 

Bütün  bu  mehvərlər  və  onlarda  ifadə  olunmuş  problemlər 



göstərir  ki,  metodologiya  məsələsi  məfkurənin  islamlaşdırılması 

layihəsinin  əsasını  təşkil  edir.  Mübahisəsiz  demək  mümkündür  ki, 

metodoloji təfəkkür tələb olunan məqsədə çatmağın yolunu göstərməklə 

müvəffəqiyyətin açarı rolunu oynayır. Belə bir “açar” düşüncəsi yeni bir 

şey  deyildir  və  o,  tarix  boyu  insanlığı  müşayiət  etmişdir.  Eləcə  də  bu 

məsələ yalnız bir mədəni mühit, maraq dairəsi və ixtisas istiqaməti üçün 

xarakterik  olmamışdır.  Bununla  yanaşı,  insanların  çoxu  öz  yaxın  və  ya 

uzaq  məqsədlərinə  çatmada  uğursuzluğa  düçar  olur.  Çünki  onlar 

məqsədlərin  reallaşmasında  metodların  seçilməsinin  əhəmiyyətinə  fikir 

vermirlər. Bu fikir fərdlər, kollektiv və millətlər üçün də eynidir. 

Metod (metodologiya) termini ədəbiyyatçılardan, ideoloqlardan, 

moizəçilərdən,  din  təbliğçisi  və  alimlərdən  ibarət  bəlağət  sahiblərinin, 

üslubçuların izahlarında məxsusi cazibədarlığı ilə seçilmişdir. Bütün bu 

adları sadalananlar metodologiyadan bir vasitə kimi yararlanır, onu əldə 

etdiklərini iddia edərək, öz metodlarına güvənməklə düşüncədə, söz və 

əməldə  metodologiyaya  sahib  olduqlarını  iddia  edənlərə  və  ya 

metodsuzluqda ittiham olunanlara qarşı cəbhə açırlar.  



 

7

Akademik  arenada  –  universitetlərdəki  tədqiqatlarda,  keçən 



əsrin ortalarında yetişən və özünəməxsus ideya layihələrinin sahiblərinə 

çevrilmiş əksər şəxsiyyətlərin problemə fərqli münasibət bəsləmələrinin 

şahidi oluruq. Belə ki, bəziləri (Həsən Əbdülhəmid Əbdürrəhman və s.) 

ərəb‐islam  düşüncəsi  metodologiyasını  ona  tarix  boyu  müsəllət  olmuş 

yanlış fikirlərdən təmizləməyə cəhd göstərmiş, bəziləri də (Əli Sami ən‐

Nəşşar  və  s.)  tədqiqatlarda  hökm  sürən  fundamental  metoda 

əsaslanaraq,  islam  mədəniyyətinin  çiçəklənməsi  və  özünəməxsus  status 

kəsb etməsi prosesini izah etməyə çalışmışlar. Həmçinin, islam mədəniy‐

yətinin tənəzzülündə ərəb (müsəlman) düşüncəsinə hakim kəsilmiş fiqh 

metodologiyasını  ittiham  edənlər  və  onun  öz  funksiyasından  məhrum 

olmaqla yaradıcı fəaliyyətə mane olmasını iddia edənlər də (Məhəmməd 

Abid  əl‐Cabiri  və  s.)  tapıldı.  Bəziləri  isə  (Həsən  Hənəfi  və  b.)  meydana 

atılaraq,  dini  mətnlərin  izahında  “yeni”  meyar  və  qaydalar  təsis  etdilər 

və  bildirdilər  ki,  “Fiqhin  ana  qaydaları”  (üsul  əl‐fiqh)  adlanan  elm 

izahedici  nəzəriyyədən  başqa  bir  şey  deyildir;  deməli,  o,  “bağlı” 

sistemdir (!). 

Ümumiyyətlə,  islam  düşüncəsi  sistemindəki  metodologiya 

probleminin  hədsiz  əhəmiyyətini  hamı  yekdilliklə  qəbul  edir.  Təbii  ki, 

bu  problemi  təfəkkürdə,  biliyin  əldə  edilməsi  və  təcrübədən  keçirilib 

təsnifləndirilməsi  üçün  aparılan  tədqiqatlarda,  islamın  təsisçi  və  ana 

mənbələri ilə yanaşı islam və ümumdünya irsinə münasibətdə, ümmətin 

və  bəşəriyyətin  müasir  reallığına  yanaşma  formalarının  formalaşdırıl‐

masında özünəməxsus əhəmiyyətə malikdir.  

Şübhəsiz, islam nöqteyi‐nəzərindən,  digər oxşar məsələlər kimi, 

metodologiya da sabit qayda və ana prinsiplərə əsaslanır. Düzdür, onun 

bəzi  tərəfləri  mütəhərrik  və  dəyişkən  təbiətə  malikdir,  ancaq  bu  hal 

alimlərin  təcrübəsi  və  ictihadları  ilə  tənzimlənir.  Eləcə  də  bu 

metodologiya  ixtisas  alimləri  qrupunun  yanaşması  baxımından  stabil 

tərəflərə  malikdir.  Bu  tərəflərin  bir  qismi  tədqiqat  obyekti  olan 

problemlərin,    yeni  və  ənənəvi  məsələlərə  (hadisələrə)  müsəlmansayağı 

münasibət formasının təsiri ilə ya da Allahın ayrı‐ayrı alimlər  vasitəsi ilə 

bəxş etdiyi “fəth”lərin nəticəsində formalaşıb.  

Metodologiya  bəşəri  rasional  fəaliyyətin  nəticəsidir;  özünü 

doğrultduğu kimi, yanılmalardan da xali deyildir. Elə isə metodologiya 

və  metodoloji  təfəkkürə  dair  tədqiqatlara  olan  ehtiyac  özünüdoğrultma 

hallarına  rəvac  verməklə  yanılma  hallarının  “islahı”na  can  atmaq 

baxımından aktuallıq kəsb edir. Hər bir dövrün insanları çalışmalı, cəhd 



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə