Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə9/96
tarix18.05.2022
ölçüsü2,47 Mb.
#87285
1   ...   5   6   7   8   9   10   11   12   ...   96
nəşriyyat pdf

Həcminə görə 
Kitab, broĢura, vərəqə 
Əsas mətnin tərtibinə 
görə 
MononəĢrlər, toplular 
Dövriliyinə görə 
Dövri olmayan, seriyalı, dövri, ardı da-
vam edən nəĢrlər 
Strukturuna görə 
Seriyalı, bir cildli, çox cildli, seçilmiĢ 
əsərlər, əsərlər toplusu, monoqrafiya, 
avtoreferat, preprint, konfrans tezisləri
konfrans materialları, elmi əsərlər top-
lusu, təlimat, standart, preyskurant, 
əyani vəsait, dərslik, dərs vəsaiti, təd-
ris-metodik vəsait, proqram, lüğət, en-
siklopediya, danıĢıq kitabçası, bələdçi, 
kataloq, albom, atlas, afiĢa, elmi-bədii 
nəĢrlər, almanax, antologiya, dövri 
nəĢrlər
 
 
 
 


Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
22 
 
Ədəbiyyat 
CoĢkun S. Edebiyat sosyolojisi araĢtırmaları için bir yöntem dene-
mesi / Edebiyat sosyolojisi. – Ankara, Hece yayınları, 2004. 
Rüstəmov T. Ədəbi redaktənin nəzəriyyə və təcrübəsi. Bakı, 1981, 
165 s. 
Umudlu Ġ. Kitab nəĢri bu gün. Bakı, 2004, 322 s.
Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. - 
Москва, Издательство МГУП., 2002, 468 с. 
Антонова С., Соловьев В. Редактирование. Общий курс. - 
Москва: Издательство МГУП, 1999, 256 с. 
ГОСТ 7.60-90. «Издания. Основные виды. Термины и определе-
ния». Типология изданий, М., 1990. 
Редактирование отдельных видов литературы / Под ред. Н. 
Сикорского. – Москва: Книга, 1987. 


Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
23 
II FƏSĠL 
ELMĠ NƏġRLƏR: 
 MAHĠYYƏTĠ, TĠPOLOJĠ ƏLAMƏTLƏRĠ VƏ 
NÖVLƏRĠ 
NəĢriyyat iĢinin nəzəriyyə və təcrübəsində elmi nəĢr dedikdə 
nəzəri və eksperimental tədqiqatların nəticələrini əhatə edən əsər-
lər nəzərdə tutulur. Bütövlükdə elmi əsərlərin məzmununu elm 
təĢkil edir. Elmi nəĢrlərin məqsəd təyinatı funksional xüsusiyyəti-
nin məcmusu ilə xarakterizə olunur. Elmi nəĢrlərin əsas funksiya-
larından biri də elmi dərketmənin nəticələrinin möhkəmləndiril-
məsidir. Elmi iĢin nəticələri rəsmiləĢməyibsə, o, tamamlanmıĢ he-
sab olunmur. Elmi kitab alimlər, tədqiqatçılar arasında effektiv 
qarĢılıqlı informasiya vermə və ünsiyyət vasitəsi hesab olunur. 
Elmi kitab tədqiqatçıların, tələbələrin, mütaliə obyektidir. Elmi ki-
tabın oxucu auditoriyasının müxtəlifliyi onun nəĢrə hazırlanması-
na təsir göstərməməlidir. Belə ki, oxucu elmi kitabı öz elmi im-
kanlarını nəzərə alaraq mənimsəməlidir.
Müasir dövrdə elmi nəĢrlərin konkret növ sırası müəyyən 
edilmiĢdir. Ġnformasiyanın xarakterinə görə elmi nəĢrlər 
monoqra-
fiya, dissertasiya avtoreferatları, elmi konfrans (simpozium) mə-
ruzələrinin tezisləri, konfrans materialları, elmi əsərlər məcmuə-
sinə
ayrılır. 
Monoqrafiya
(fran. monographie)
bir problemin həllinə həsr 
olunmuĢ, bir və ya bir neçə müəllif tərəfindən hazırlanmıĢ elmi 
nəĢrdir. Məzmununa görə monoqrafiya fundamental elmi əsər he-
sab olunur. Monoqrafiya elmi profilli mütəxəssislər, pedaqoqlar, 
elmi və tətbiqi sahələrlə məĢğul olan tədqiqatçılar üçün nəzərdə 
tutulur.
Elmi əsərlər toplusu
tədqiqat, araĢdırma materiallarını əhatə 
edən əsərlərdən təĢkil olunmuĢ elmi nəĢrdir. Elmi əsərlər toplu-
sundakı əsərlərin janr tərkibi müxtəlif olur. Buraya məqalə, refe-


Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
24 
rat, tezis, bildiriĢ daxildir. Onları məzmunun elmi xarakter daĢı-
ması birləĢdirir. Buradakı əsərlərdə tematik cəhətdən bir-biri ilə 
bağlı olan tamamlanmıĢ tədqiqat nəticələri, ilkin nəticələr, eləcə 
də diskussiya materialları yer ala bilər. Bu əsərlərin oxucu dairəsi 
monoqrafiyaya nisbətən geniĢdir və elmi nəĢrlərin əsas oxucu ka-
teqoriyalarını əhatə edir. Bunlara misal olaraq AMEA Məruzələ-
rini, AMEA Xəbərləri, Bakı Universitetinin Xəbərlərini göstərmək 
olar.
Elmi əsərlər toplusu
birdəfəlik, ardı davam edən, müəllifli (1 
müəllifli), kollektiv və yubileylərə həsr olunur. Ardı davam edən 
toplular daha geniĢ yayılmıĢdır. Bunlar müxtəlif adlar altında iĢıq 
üzü görürlər (Elmi əsərlər, xəbərlər, materiallar və s). 
Dissertasiya avtoreferatı
elmi dərəcə almaq üçün iddiaçı tə-
rəfindən yazılmıĢ dissertasiyanın qısa məzmununun əhatə edən re-
feratdır. Avtoreferat müdafiəyə təqdim olunmuĢ iĢlə ilkin tanıĢlıq 
üçün nəzərdə tutulur, dissertasiyanın yazılması zamanı əldə edil-
miĢ nəticələri əhatə edir və əlyazması hüququnda olur. Avtorefera-
tın üz qabığında dissertasiyanı müdafiəyə qəbul edən dissertasiya 
Ģurasının olduğu təĢkilatın adı, iddiaçının adı atasının adı və soy-
adı, ixtisasın Ģifri və adı, Ģəhərin adı və il göstərilməlidir (Əlavə 
5). Üz qabığının arxasında isə dissertasiyanın yerinə yetirildiyi 
təĢkilatın adı, elmi rəhbərin adı, rəsmi opponentlər, aparıcı təĢkila-
tın adı qeyd olunur, müdafiənin hansı tarixdə, hansı Ģurada keçiri-
ləcəyi və avtoreferatın göndərildiyi tarix yazılır. AAK əsasnaməsi-
nə görə, doktorluq dissertasiyasının avtoreferatı iki çap vərəqi (32 
səhifə), namizədlik dissertasiyasının avtoreferatı isə bir çap vərəqi 
(16 səhifə) həcmində, A5 formatda (210x148 mm), 11 Ģrift 
olmalıdır
30
.
30
Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında əsasnamə. 
Bakı, 2003, s. 51. 


Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
25 
Avtoreferat məhdud tirajla nəĢr olunur və Ali Attestasiya 
Komissiyasının müəyyən etdiyi siyahı ilə müəyyən müəssisələrə 
və mütəxəssislərə göndərilir.
Elmi konfrans məruzələrinin tezisləri
toplu Ģəklində çap olu-
nan elmi nəĢrdir. Referat, məruzə annotasiyaları və s. materialları 
əhatə edir və konfransa qədər çap olunur. Tezisin məzmununu mə-
ruzədə irəli sürülmüĢ fikir və ideyalar təĢkil edir. Tezisin məqsədi 
konfrans iĢtirakçılarını məruzələrin tematikası və əsas məzmunu 
ilə tanıĢ etməkdir. Tezislər əsasən əvvəlcədən konfrans iĢtirakçıla-
rına göndərilir və ya konfransda paylanır.
Konfrans materialları
birdəfəlik topludur. Konfransın nəti-
cələrini əhatə edir və məruzələr, çıxıĢlar, konfrans qərarları əsasın-
da nəĢr olunur (Əlavə 17, 18, 19, 20). Konfrans materiallarının 
çap olunmasında məqsəd informasiyanın yayılması və gələcək 
tədqiqatlara köməkdir. 
Strukturundan asılı olaraq, elmi nəĢrlər aĢağıdakı növlərə ay-
rılır: seriya (seriyalı nəĢrlər), bircildli nəĢrlər, çoxcildli nəĢrlər, 
əsərlər toplusu, seçilmiĢ əsərlər. 

Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə