Биожоьрафийа-организм групларынын вя онларын айры-айры компонентляринин жоьрафи йайылмасы вя мяскунлашмасы щаггында елмдир



Yüklə 165,8 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü165,8 Kb.
#73672


ƏTRAF MÜHİTİ MÜHAFİZƏDƏ BİOCOĞRAFİ 

QANUNLARİN ROLU 

Biocoğrafiya  -  Yer  kürəsinin  müxtəlif  regionlarında  bitki,  heyvan  və 

mikroorqanizmlərin yayılma və  yerləşmə qanunauyğunluqlarını öyrənir. Bu elmin 

əsas  məqsədi  mühit  amilləri  ilə  yanaşı  orqanizm  qruplarının  ayrı-ayrı 

komponentlərinin  qarşılıqlı  əlaqələrini  tədqiq  etməkdən  ibarətdir.  Buna  görə  də 

biocoğrafiya 

orqanizmlərin, 

onların 

populyasiyalarının 

və 

qruplarının 



məskunlaşdığı  mühiti  tədqiq  edən  Ekologiya,  orqanizmlərin  dinamikasını, 

quruluşunu  və  təsnifatını  araşdıran  -  Biosenologiya  ilə  sıx  əlaqəyə  malikdir. 

Ekoloji və Biosenotik tədqiqat sahələrinin səmərəli nəticələri Biocoğrafiyanın əsas 

tədqiqat  sahəsi  olan  və  orqanizmlərin  Taksonomik  vahidlərini  müəyyənləşdirən-

Xorologiyadan  çox  asılıdır.  Biocoğrafiyanın  əsas  tədqiqat  obyekti  canlı 

orqanizmlər,  tədqiqat  sahələri  –  xorologiya,  Biosenologiya  və  Ekologiyadan 

ibarətdir.  

 

Biocoğrafiya  «Ümumi  yerşünaslığın»  tərkib  hissəsi  olub,  yer  qabığının  



müxtəlif  komponentlərini  öyrənən  geomorfologiya,  iqlimşünaslıq,    hidrologiya, 

okeanologiya,  biologiya,  tarixi  geologiya  ilə  sıx  əlaqəyə  malikdir.  Ayrı-ayrı 

orqanizmlərin,    bitki  örtüyü  və    heyvanat  aləmini  təşkil  edən  qrupların  yayılma 

qanunauyğunluqlarını  ətraflı  araşdırmaq  məqsədilə  relyefin,  iqlimin,  su,  hava  və 

Yer  qabığının  orqanizmlərin  həyatında  rolunu  müəyyən  etmədən  planetmizdə 

biosenozon coğrafi yayılma  qanunlarını əsaslandırmaq mümkün olmazdı. 

Digər elmlərlə müqayisədə biocoğrafiya cavan olsa da keçən az vaxt ərzində 

artıq  elmdə  və  tədrisdə  əhəmiyyətli  dərəcədə  öz  yerini  tutmuşdur.  Biocoğrafiya 

coğrafiya, biologiya və ekologiya elmlərinin nailiyyətlərini özündə əks etdirməklə 

canlıların yayılması, inkişafı və ətraf mühitlə qarşılıqlı əlaqələri haqqında elmi və 

praktiki baxımdan əhəmiyyətli məlumatlar toplusundan ibarətdir.  

Lakin  biocoğrafiyanın  əsas  məqsədi  orqanizmlərin  morfologiyasını, 

sistematikasını  və  fiziologiyasını  öyrənməkdən  ibarət  olmayıb,  biosferin  ayrı-ayrı 

hissələrində  orqanizmlərin  coğrafi  yayılma  qanunauyğunluqlarını  araşdırmaqla 

yanaşı,    bitki  örtüyü  və  heyvanat  aləminin  ayrı-ayrı  fərdlərinin  ətraf  mühitlə 

qarşılıqlı  əlaqələrini  tədqiq  etməkdən  ibarətdir.  Belə  yanaşma  yeni  ümumi 

biocoğrafi qanunauyğunluqların aşkar edilməsinə imkan yaradır. Yalnız biocoğrafi 

tədqiqat metodları coğrafi məhsuldarlıq, planetdə canlı maddələrin ümumi kütləsi, 

orqanizmlərin və onların qruplarının müasir yayılma səbəbləri, qurunun biocoğrafi 

bölgüsü  prinsipləri,  biocoğrafi  regionların  sərhədlərinin  təyini,  biotik 

münasibətlərin  coğrafi  xüsusiyyətləri,  müxtəlif  coğrafi  şəraitdə  biom  və  biotaya 

antropogen təsir kimi problemləri tədqiq etməyə imkan verər.  

Göstərilən nəzəri məsələlərlə yanaşı biocoğrafiyanın elmi-praktiki baxımdan 

böyük  ekoloji-iqtisadi  əhəmiyyətə  malik  tətbiqi  sahələri  də  mövcuddur.  Aşağıda 

göstərilən  praktiki  məsələlərin  həllində  biocoğrafiya  həlledici  rol  oynasa  da 

müxtəlif profilli mütəxəssislərin iştirakı çox vacibdir:  

Müəyyən  coğrafi  şəraitdə  növlərin  populyasiyalarının  həyat  qanununa 

əsaslanan  bitki  və  heyvan  ehtiyatlarından  səmərəli  istifadə;  insanlarda  yaranmış 

xəstəlikləri törədən canlı təbiət amillərini təhlil edib araşdırmaqla insan sağlamlığı 



uğrunda  mübarəzənin  təşkili;  kifayət  qədər  vaxta  qənaət  etməyə  və  iqtisadi 

səmərəyə  malik  növlərin  quruluşuna,  dinamikasına  və  tərkibinə  əsaslanan 

indikatorluq  xüsusiyyətindən  axtarış-kəşfiyyat  işlərində  istifadə;  dağ-mədən  işləri 

prosesində pozulmuş sahələrin rekultivasiyası; zərərli heyvanlarla və alaq bitkiləri 

ilə  mübarizə  aparmaqla  təbii  və  süni  qruplarda  məhsuldarlığın  artırılması; 

sahələrin, meşələrin və bağların yüksək məhsuldarlığa malik olmaları üçün praktiki 

baxımdan  səmərəli  təkliflərin  hazırlanması  və  tətbiqi;  ayrı-ayrı  növ  və  qrupların 

qorunub  saxlanmamsı  məqsədilə  təbiəti  mühafizənin  təşkili  biocoğrafiyanın  əsas 

problemləridir. 

 

Biocoğrafiyanın elmlər əlaqəsi və praktiki əhəmiyyəti 

 

Biocoğrafiya – orqanizm qruplarının və onların ayrı-ayrı komponentlərinin coğrafi 

yayılması  və  məskunlaşması  haqqında  elmdir.  Başqa  sözlə  –  biocoğrafiya  bizim 

planetin  bitki  örtüyü  və  heyvanlar  aləmini  öyrənməklə  yanaşı,  növlərin  və 

orqanizmlərin 

digər 


taksonomik 

kateqoriyalarının 

coğrafi 

yayılma 


qanunauyğunluqlarını tədqiq edir. Biocoğrafiya – əhatə dairəsi ildən-ilə genişlənən 

sədd  elmlərindən  biridir.  Onun  əsas  məqsədi  coğrafiya,  ekologiya  və  biologiya 

arasındakı  əlaqələri  elmi  əsaslarla  izah  etməkdən  ibarətdir.  Elmdə  biokimya-

biologiyanı  kimya,  geokimya-geologiyanı  kimya,  geofizika-geologiyanı  fizika  ilə 

əlaqələndirən  sədd  fənləri  mövcuddur.  Biocoğrafiya  əsasən  orqanizmlərin 

qruplarını və coğrafi yayılmasını öyrəndiyindən iki əsas elm sahəsinin – coğrafiya 

(coğrafi yayılma) və biologiya – (orqanizmlərin yayılması) birliyində formalaşır. 

 

Biocoğrafiya, bir tərəfdən Yerin relyef formaları haqqında elm sahəsi olan – 



geomorfologiya,  quru  və  okean  suları  ilə  məşğul  olan  –  hidrologiya,  dünyanın 

iqlimi  haqqında  elm  olan  –  iqlimşünaslıqla,  torpaq  haqqında  elm  sahəsi  olan  – 

torpaqşünaslıqla  əlaqəyə  malik  olduğu  üçün  ümumi  fiziki  coğrafiyanı,  digər 

tərəfdən  orqanizmlər  ekologiyası,  sistematikası  və  fiziologiyası  ilə  əlaqəyə  malik 

olduğundan biologiyanın bir çox sahələrini özündə birləşdirir. 

 

Beləki,  biocoğrafiyanı  biologiyanın  bir  hissəsi  kimi  -  coğrafi  biologiyaya 



(orqanizmlərin  coğrafi  yayılmasını  tədqiq  edən  hissə),  və  bioloji  coğrafiyaya 

(müəyyən  ərazi  və  akvatoriyanın  bitki  və  heyvanat  aləmini  tədqiq  edən  hissə) 

ayırmaq elmi baxımdan əsassızdır. 

 

Biocoğrafiya  iki  elm  sahəsini  sərhəddini  birləşdirən  və  bu  elm  sahələrini 



elmi və ekoloji baxımdan əlaqələndirən sədd fənnidir. 

Müxtəlif  coğrafi  regionların  bitki  örtüyü  və  heyvanat  aləmini,  fauna  və  florasını 

tədqiq  etdiyi  üçün  regional  biocoğrafiya  regional  coğrafiya  elminə  lazımı 

materiallar  verir.  Bu  baxımdan  biocoğrafiya  dünyanın  və  regionların  fiziki 

coğrafiyasının tədqiqində əsaslı rol oynayır. 

Biologiya  elmlərindən  biocoğrafiyaya  qismən  yaxın  olanı  ekologiya  və 

biosenologiyadır. Ekologiya - biocoğrafiyanın əsas istiqamətini müəyyən edən elm 

sahələrindən  biri  olub,  orqanizmlərlə  mühitin  qarşılıqlı  münasibətini  tədqiq  edir. 

Biocoğrafiyanın  mühitlə  orqanizmlər  arasındakı  mübadilənin  gedişini  araşdıran 

sahəsi ekoloji biocoğrafiya adlanır. Biocoğrafiyanın bu bölməsində orqanizmlərin 




Yer kürəsinin müxtəlif regionlarında ətraf mühit amillərinin təsiri nəticəsində bir-

birindən  fərqli  xüsusiyyətləri  öyrənilir.  Biosenologiya-biocoğrafiyaya  qrupların 

dinamikası və quruluşu haqqında mə’lumatlar verən orqanizmlər qrupları haqqında 

elmdir.  Alınan  bu  mə’lumatlar  əsasında  biocoğrafiya  qrupların  coğrafi 

müxtəlifliyini  təhlil  edir,  onların  coğrafi  yayılma  qanunauyğunluqlarını  

müəyyənləşdirir. 



 

Biocoğrafiyanın praktiki əhəmiyyəti. 

 

Biocoğrafiya  çoxsahəli  praktiki  əhəmiyyətə  malikdir.  Təbii  bitki  örtüyü  və 

heyvanat  aləmi  kimi  qiymətli  sərvətlərdən  biocoğrafi  biliklərə  malik  olmadan 

səmərəli istifadə etmək mümkün deyildir. İnsan həyatının normal inkişafının əsas 

təminatçılarından  olan  bitki  və  heyvanlar  Yer  kürəsində  qeyri-bərabər 

paylanmamışdır.  Müxtəlif  regionlarda  yayılmış  bitki  və  heyvan  xammal  olduğu 

üçün onlardan istifadə coğrafi və bioloji baxımdan əlverişli şəraitdə olmalıdır. Bu 

xammaldan  istifadə  normasını  bilmədən  onun  plansız  istismarı  xammal  bazasının 

korlanmasına,  hətta  biokütlənin  tamamilə  məhv  olmasına  səbəb  ola  bilər. 

Əhəmiyyətli bitki və heyvanların coğrafi paylanmasını, onların illik dinamikasını, 

regionlar  üzrə  sayını  və  istifadə  dövrünün  dəvamiyyət  müddətini  bilmədən 

onlardan səmərəli istifadə etmək olmaz. 

 

Hazırda  bir  çox  bitki  və  heyvan  növləri  azaldığından  onlar  nadir  və  nəsli 



kəsilməkdə olan növlər kimi Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir. 

 

Çoxlu  miqdarda  bitki  və  heyvan  növləri  nizamsız  istifadə  nəticəsində 



dünyadan silinib. Belə halların təkrar olunmaması üçün onların mühafizəsini təşkil 

etmək  günün  əsas  tələbidir.  Bu  məqsədlə  nadir  heyvanların  ovlanması,  nadir 

bitkilərin yığılması qadağan edilmiş, biocoğrafi qanuna əsaslanan optimal şəraitin 

saxlanması  təşkil  edilmiş,  yırtıcı  heyvanların  artımına  nəzarət  qoyulmuş  və 

orqanizmlərin  areal  daxilində  normal  inkişafını  tə’min  etmək  üçün  dövlət 

səviyyəsində müxtəlif qərarlar qəbul edilmişdir.  

 

Biocoğrafi  biliklər  tətbiq  etmədən  insan  sağlamlığı  uğrunda  mübarizə 



aparmaq  mümkün  deyil.  Biocoğrafiya  həmdə  tibbi  baxımdan  geniş  sahəlidir. 

Biocoğrafiya  göbələklərin  və  mikroorqanizmlərin  coğrafiyası  ilə  məşğul 

olduğundan  insanların  sağlamlığına  tə’sir  edən  –  virus,  bakteriya,  göbələklər, 

parazitlər və digər orqanizmlərin mə’lumatlar toplusundan ibarətdir. Ətraf mühitin 

xüsusiyyəti ondakı xəstəlik yayan, xəstəlik törədən orqanizmlərin olub-olmamasilə 

müəyyənləşdirilir.  Bitki  və  heyvanların  bir  çoxu  özlərində  olan  xəstəlikləri 

(tulzarema  xəstəliyini  insana  ağcaqanad,  hünü,  göyün,  nəmlik  milçəyi  keçirir) 

yalnız bitki və heyvanlara deyil, insanlara da yaya bilirlər. İnsanlar çox vaxt həmin 



xəstəlik tö’rədən virus və mikrobların yayılıb törəməsində təbii mərkəzə çevrilirlər.  

İNSANIN BU XƏSTƏLIKLƏRƏ TUTULMASI VƏ XƏSTƏLIYIN YAYILMA 

INTENSIVLIYI TƏBII ŞƏRAITIN VƏZIYYƏTI ILƏ BAĞLIDIR. İNSANLAR TƏBII 

MƏNBƏƏLI XƏSTƏLIKLƏRLƏ O ZAMAN XƏSTƏLƏNIRLƏR KI, ONLAR 

BILAVASITƏ HƏMIN TƏBII MƏNBƏƏLI XƏSTƏLIKLƏRIN YAYILMASI ÜÇÜN 

ƏLVERIŞLI OLAN ŞƏRAITƏ DÜŞÜRLƏR. ONA GÖRƏ TƏBII ŞƏRAITI DƏRK 

 

Kataloq: kurs-isleri
kurs-isleri -> Mülkiyyət hüququ anlayışı öz mənbəyini Roma hüququndan götürmüşdür
kurs-isleri -> Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək
kurs-isleri -> İqtisadiyyat insanlar arasında məlumat mübadiləsinə, öz iqtisadi fəaliyyətində
kurs-isleri -> Bank Əməliyyatlarının hüquqi əsasları Maddə Bank sistemi və onun hüquqi əsasları
kurs-isleri -> Qeyd etdiyimiz kimi bu mövzuda bizim əsas məqsədimiz məcmu tələb və məcmu
kurs-isleri -> Magistr I kurs (Qədim Misir mədəniyyəti)
kurs-isleri -> Mövzu : Bağdad xilafəti və Səlcuq türkləri
kurs-isleri -> \\ddfalınma sözlər: Müasir Azərbaycan ədəbi dilində işlənən sözlərin bir
kurs-isleri -> Səyahət və turizm kimi bir-birinə bağlı bu iki anlayış müəyyən həyat

Yüklə 165,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə