Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı


Böyük itkilər insanları dərinləĢdirir



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə2/96
tarix18.05.2022
ölçüsü2,47 Mb.
#87285
1   2   3   4   5   6   7   8   9   ...   96
nəşriyyat pdf

Böyük itkilər insanları dərinləĢdirir. 
NitĢe 
Qısa ömrünə üç müdrik insan ömrünü sığdırma-
ğı bacarmış, şərəfli, ləyaqətli bir həyat sürmüş
qohumları, dostları arasında böyük hörmət 
qazanmış, ailəmizin qüruru, iftixarı, fəxri olan, 
mənəvi borcunu heç bir zaman ödəyə bilməyəcə-
yim çox hörmətli qayınatam 
Hacı Seyfulla Ağacan oğlu Musayevin
əziz 
xatirəsinə sonsuz ehtiramla ithaf edirəm.
ÖN SÖZ 
 
Ġnsanların duyğularını, düĢüncələrini, mədəniyyətlərini və 
biliklərini baĢqa nəsillərə çatdırmaq üçün istifadə etdikləri ən mü-
hüm vasitə yazı olmuĢdur. Yazı ixtira olunmamıĢdan öncə insan-
lar, Ģəkil və simvollardan istifadə etmiĢlər. Daha sonra kağızın 
kəĢfi və əlyazma kitablarının meydana gəlməsi insan cəmiyyətinin 
mədəni tərəqqisinə öz dəyərli töhfəsini vermiĢdir.
Bütün orta əsrlər boyu Azərbaycanda kitab sənətkarlığı insa-
nın ictimai fəaliyyətinin ən sayılan, möhtəĢəm saray emalatxanala-
rından tutmuĢ məktəb, mədrəsələrədək hər yerdə yüksək qiymət-
ləndirilən mötəbər və nüfuzlu bir sahəsi hesab edilmiĢdir. Yüzillər 
ərzində Azərbaycan elmi və mədəniyyəti, o cümlədən kitab mədə-
niyyəti öz himayədarı olan Azərbaycan aristokratiyasının – Ģahlıq, 
xanlıq və bəyzadəlik dünyasının vəsaiti ilə çiçəklənmiĢ, Müsəl-
man ġərqinin ümumi mədəniyyətinin zinətləndirilməsinə xidmət 
etmiĢdir. Ölkənin iri Ģəhərlərində yaradılmıĢ kitab emalatxanala-
rında və zəngin kitabxanalarda dünyanın ən böyük elm və mədə-
niyyət korifeylərinin əsərləri köçürülərək tirajlanır və yayılırdı
1

1
Adilov M. Azərbaycan paleoqrafiyası. Bakı, 2010, s.180. 


Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri

Orta əsrlərdə ġərq aləmində kitaba böyük dəyər verilirdi. Bu 
baxımdan XVI əsr Osmanlı Ģairi və təzkirəçisi Lətifinin kitab haq-
qında yazdığı bir qəzəl xüsusilə diqqəti cəlb edir: 
“Hər dəm əhli-dillərün yanında yarıdur kitab, 
Munisi-ovqatı, yari-qəmküsarıdur kitab. 
Nitəkim əyləncəsidür malu-cahı cahilün, 
Əhli-irfanun da mali-bi-Ģümarıdur kitab. 
Yeg durur bin kani-zərdən əhli-fəzlə bir vərəq, 
Cahil almaz bir pula, netsün, nə karıdur kitab?! 
Kənzi-la-yəfnaya irər, padiĢahi-vəqt olur, 
Hər kimün gəncinəvü-gəncinədarıdur kitab. 
Gəl bərü, ey zülmət içrə abi-heyvan istəyən
Bu səvad içrə o eynün çeĢməsarıdur kitab. 
QönçəvəĢ diltəng olanun könlün açar gül gibi, 
San güli-sədbərgi-fəsli-novbaharıdur kitab. 
Ol kiĢi buldı cahan içində yari-bi-xələl, 
Ey Lətifi, hər kimün yanında yarıdur kitab”
2

Taxta qəliblərlə kitab çapı (ksiloqrafiya) VII əsrdə Çində 
meydana gəlmiĢ və bu çap üsulu yaponlar, koreyalılar və uyğur 
türkləri arasında da yayılmıĢdır. Minlərcə simvoldan ibarət Çin 
yazısı üçün bu cür çap olduqca yararlı idi. Ksiloqrafik çapda hər 
hansı bir mətnin bir səhifəsi ağac qəlibinə güzgü görüntüsü Ģəklin-
də qazıldıqdan sonra qəlib üzərinə mürəkkəb gəzdirilib, kağıza ba-
sılaraq çap edilirdi. Bir müddət sonra ksiloqrafik çap metodunun 
ġərqi Türküstan üzərindən Ġslam dünyasına keçdiyinin Ģahidi olu-
ruq. Belə ki, Misiri idarə etmiĢ Fatimilər sülaləsinin hakimiyyəti 
2
Latifi. TezkiretüĢ-Ģuara ve tabsıratün-nuzama (inceleme – metin). Hazırlayan: 
R.Canım. Ankara, 2000, s.86.


Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri

dövründə (909-1171) “Quran”dan bəzi ayələri ehtiva edən dua ki-
tabçaları taxta qəliblər vasitəsilə çap edilmiĢdir. Eyni zamanda, 
Əndəlüs hökmdarı olan Əbdürrəhman ən-Nəsrin (912-961) öz va-
lilərinə çap olunmuĢ əmrnamələr göndərdiyi məlumdur
3
.
1040-cı illərdə çinli Pi ġeng (990-1051) hər heroqlif üçün 
ayrıca qəlib düzəldərək, mütəhərrik (hərəkət edən literlərlə) kitab 
çapı metodunu icad etmiĢdir. Bu üsul çoxsaylı heroqliflərə malik 
Çin yazısı üçün effektli olmasa da, Pi ġengin icadından dörd əsr 
sonra Avropada uğurla tətbiq olunmağa baĢladı. Məhz 1440-cı 
illərdə Almaniyada Ġohann Qutenberqin (1400-1468) ilk mətbəəni 
açması ilə kitab nəĢri tarixində yeni dövr baĢladı. Mütəhərrik kitab 
çapı Avropada istifadə edilən əlifbalar üçün daha münasib idi. 
Çünki hərflərin sayı olduqca azdır, hər hərf üçün ayrıca qəlib dü-
zəldilir, hərflər ayrı-ayrı tökülür və bunlardan sözlər, cümlələr, sə-
hifələr və mətnlər düzülürdü. Beləliklə, kitab çapına dair ilk təĢəb-
büslər və təcrübələr Çindən baĢlayaraq bir sıra ġərq ölkələrində sı-
naqdan keçirilsə də, mətbəə iĢi Avropada özünə yeni həyat tapdı 
və sürətli inkiĢaf yoluna qədəm qoydu. 
Azərbaycanda ilk mətbəələr XIX əsrdə yaradılsa da, nəĢriy-
yat iĢi XX əsrdən inkiĢaf etməyə baĢlamıĢdır. Azərbaycanda ilk 
mətbəənin qurulması XIX əsrin birinci rübünə təsadüf etmiĢdir. 
Qacarlar sülaləsindən olan Fətəli Ģahın böyük oğlu, vəliəhdi və 
Azərbaycan hakimi Abbas mirzənin (öl. 1833) himayəsi ilə Təb-
rizdə ilk mətbəə yaradılmıĢdır. Lakin bu mətbəənin qurulma tarixi 
ilə bağlı fikir ayrılığı mövcuddur. Belə ki, mövcud ədəbiyyatda bu 
hadisənin 1812-ci, 1817-ci və 1818-19-cu illərdə baĢ verməsi haq-
qında fikirlər səsləndirilmiĢdir
4

3
Orlin Sabev (Orhan Salih). Ġbrahim Müteferrika ya da ilk Osmanlı matbaa 
serüveni (1726-1746). Ġstanbul, 2006, s.18.
4
Mirəhmədov Ə. Bir neçə söz // Azərbaycan kitabı (biblioqrafiya). Üç cilddə. I 
c. Tərtib edəni: Ə.Y.Əliyev. Bakı, 1963, s.XXX; Zəkiyev Ġ., Ġsmayılov R., 
Əliyeva Z. Azərbaycanda nəĢriyyat iĢi. Bakı, 2000, s.52; Zərinəzadə H. Fars di-



Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə