Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə5/96
tarix18.05.2022
ölçüsü2,47 Mb.
#87285
1   2   3   4   5   6   7   8   9   ...   96
nəşriyyat pdf

Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
10 
təmin edirdi. Bazar iqtisadiyyatına keçid dövründə bu sistem iflasa 
uğradı. "Azərkitab"ın mağazalarının əksəriyyəti özəlləĢdirildi və 
öz profilini dəyiĢdi. 
Hazırda kitab yayımı ilə ya nəĢriyyatlar, ya da kitab müəllif-
ləri özləri məĢğul olurlar. NəĢriyyatların, çox az qisminin öz ma-
ğazası var.
Hal-hazrda marketinq və reklam iĢi ilə “Kitab Klubu” məĢ-
ğul olur. “Kitab Klubu” 2003-cü ildə yaradılmıĢdır. Klubun məq-
sədi Azərbaycanda nəĢriyyat iĢinin səmərəli qurulması və kitab 
bazarının normal qaydalar üzrə iĢləməsinə yardım göstərməkdir. 
Birinci növbədə kitab bazarının vəziyyəti öyrənilməli, bu barədə 
məlumatları naĢirlərə və müəlliflərə, yeni nəĢr olunmuĢ və oluna-
caq kitablar haqqında informasiyanı isə potensial oxuculara çatdı-
rılmalıdır. Bunu həyata keçirmək üçün kitab bazarının öyrənilməsi 
məqsədilə sorğular aparılmalı, yeni kitab kataloqları buraxılmalı 
və yayılmalı, kitab sərgiləri təĢkil edilməli, yeni kitabların təqdi-
matı, müzakirəsi, müəlliflərlə görüĢlər keçirilməli, müəlliflərə ki-
tabın tərtibatı və çapında yardım göstərilməli, yeni kitabların satıĢı 
üçün sifariĢlər toplanılmalı, kitab iĢi üzrə mütəxəssislərin və müəl-
liflərin iĢtirakı ilə vaxtaĢırı görüĢlər, seminarlar, konfranslar keçi-
rilməli, ölkələrin kitab klubları və kitabxanaları ilə kitab mübadi-
ləsi, kitabxana və oxu zalı xidməti göstərilməlidir
15

Azərbaycanda oxucu kütləsini Ģərti olaraq üç qrupa ayırmaq 
olar: 

Həm kiril, həm də latın qrafikasında sərbəst oxuya bilən-
lər. Bunların xüsusi çəkisi azdır və buraya hər cür yaĢ 
qrupundan oxucu daxildir; 

Yalnız kiril əlifbasında sərbəst oxuyanlar. Bu qrupa nisbə-
tən yaĢlı nəslin nümayəndələri aiddir. 
15
 http://www.kitabklubu.org/ 


Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
11 

Yalnız latın qrafikasında sərbəst oxuyanlar. Bu qrupa isə
bu gün müxtəlif təhsil müəssisələrində təhsil alan bütün 
gənc oxucular daxildir
16

Müstəqillik dövründə Azərbaycanda kitab nəĢri sahəsində 
inkiĢaf və müəyyən nailiyyətlər müĢahidə edilir. Belə ki, nəĢriy-
yat-poliqrafiya fəaliyyəti sahəsində özəl sektor xeyli möhkəmlə-
nib və onun iĢində hiss ediləcək canlanma yaranıb. 90-cı illərin 
əvvəllərində fəaliyyətə baĢlayan özəl mətbəələrin çoxu bu gün 
xeyli təkmilləĢdirilmiĢ poliqrafiya bazasına malikdirlər. Belə ki, 
özəl mətbəələr, bəzi hallarda öz məhsuldarlığına, maddi-texniki 
və kadr bazasına görə dövlət nəĢriyyatlarını üstələyirlər
17
. Hazırda 
Azərbaycanda özünün kiçik poliqrafiya bazası olan yüzdən çox 
müəssisə vardır. Poliqrafiya avadanlıqlarının keyfiyyəti nəĢriyyat-
lar arasında rəqabətin mühüm amilinə çevrilir, bu səbəbdən yerli 
nəĢriyyatlar tez-tez xarici mətbəələrə müraciət edirlər
18

Redaktə nəĢriyyat iĢinin ən mühüm mərhələlərindəndir. Re-
daktə latın sözü olub, «düzəldilmiĢ, qaydaya salınmıĢ» mənasını 
ifadə edir. Müxtəlif növ nəĢrlərin redaktor hazırlığı çətin, çoxas-
pektli prosesdir. Belə ki, hər Ģeydən öncə redaktor kitab bazarını 
öyrənir, oxucu tələbatını və sorğuları araĢdırır, nəĢrin repertuarını, 
problem-tematik və növ-tipoloji tərkibini müəyyən edir, təkrar 
nəĢr üçün əsas ola biləcək kitabları üzə çıxarır. Bundan baĢqa, re-
daktor gələcək kitabın konsepsiyasını tərtib edir, gələcək nəĢrin 
modelini iĢləyir, nəĢrin aparatının və onun ayrı-ayrı elementlərinin 
hazırlanmasını təmin edir, bədii redaktorla birlikdə kitabın tərtiba-
tına və illüstrasiyaların verilməsinə ümumi yanaĢmanı müəyyən 
edir. 
16
http://mct.gov.az/?/az/culturehistory/693/211 
17
bax: http://www.indigo.az/az; http://www.eastwest.az/; http://altun-kitab.com/ 
18
http://mct.gov.az/?/az/culturehistory/693/211 



Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə