Metallurgiya və metalşÜnasliq kafedrasi fənn haqqinda məlumat. Metallarin



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə21/196
tarix26.12.2022
ölçüsü5,37 Mb.
#97902
1   ...   17   18   19   20   21   22   23   24   ...   196
Materialşünaslıq Me ( 1 hissə)

transkristallaşma
de-yilir. Sütunvari kristalların yaranması metalların kimyəvi tərkibindən, ifrat qızma dərəcəsindən,
Metallurgiya və Metalşünaslıq kafedrası
.


töküyün ölçülərindən, tökmə sürətindən metal qəlibin divarının temperaturundan, qalınlığından, qurulu-
şundan və s. asılıdır.
Bu amillər istiliyin ayrılma sürətinə təsir göstərərək kristallaşan metalın daxili həc-
mində müxtəlif temperatur qradienti yaradır. Nisbətən yavaş sürətlə soyuyan töküyün mərkəzində bəra-
bəroxlu kristallar əmələ gəlir. Bəzi töküklərdə beş-altı kristallaşma sahəsi yaranır. Maye metalın həcmi
kristallaşan metalın həcminə nisbətən böyük olur. Odur ki, qəlibə tökülmüş metal kristallaşdıqda öz həc-
mini kiçildərək tökükdə müəyyən boşluq yaradır. Buna
yığılma boşluğu
deyilir.
Yığılma böşluğu töküyün müəyən yerində və bütün həcmində yarana bilər.Yaxşı reduksiya edilmiş
sakit poladlarda yığılma boşluğu töküyün üst hissəsində yerləşdiyi üçün onun həcmində az miqdarda böş-
luq və qaz qabarcıqları olur.
Metallurgiya və Metalşünaslıq kafedrası
.
BƏRKİMİŞ METALLARDA ÇEVRİLMƏ VƏ ALLOTROPİYA 
Allotropik çevrfilmə, maqnit çevrilməsi, bərk məhlulun nizamlanması, soyutmada ifrat
doymuş bərk məhluldan ayrılma və qızdırmada bərk məhlulda həll olma, soyutmada evtektoidin par-
çalanması və qızdırmada evtektoidin əmələ gəlməsi, bərk məhlulda həll olma və s.bərkimiş metallarda
baş verə bilən çevrilmələrə aiddir.
Temperaturdan asılı olaraq müxtəlif atom – kristallik fəza qəfəslərinə malik olma qabiliy-
yətlərinə
allotrpik şəkildəyişmə
(modifikasiya) və ya
polmarfizim
deyilir.
Allotropik şəkildəyişməsi olan metalda aşağı temperaturda yaşayan dayanıqlı modifika-
siyanı
α
ilə bir qədər yüksək temperaturda yaşayan modifikasiyanı
və daha yüksək tempera-
turlada olanları isə ardıcıl olaraq
,
və s . yunan hərfləri ilə işarə edirlər
Metalin bir allotropik modifikasiyadan digərinə keçməsi müvazinət halında, sabit tempe-
raturda, yeni kristal mərkəzlərinin yaranması və onların böyüməsi ilə baş verir.Əgər çevrilmə, metalın
soyudulması zamanı gedərsə istiliyin ayrılması, qızdırılması zamanı gedərsə istiliyin udulması ilə
müşahidə olunur.

 


Bu səbəbdən də şəkil 3-də göstərilən qızdırma və soyuma əyrisinin çevrilmə temperaturunda
horizontal xətt yaranır.

Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə