Metallurgiya və metalşÜnasliq kafedrasi fənn haqqinda məlumat. Metallarin



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə23/196
tarix26.12.2022
ölçüsü5,37 Mb.
#97902
1   ...   19   20   21   22   23   24   25   26   ...   196
Materialşünaslıq Me ( 1 hissə)

Dendrit likvasiyası-
bərk məhlul əmələ gətirən ərintilərdə likvidus və solidus xətləri arasında sahədə
baş verir. Bu xətlər arsında sahə böyük olduqca, dendrit likvasiyası da müvafiq sürətdə inkişaf edir. Hə-
min xətlər arasındakı məsafə artdıqca, bərk məhlulun ilk və sonuncu kristallarının tərkibləri arasındakı
fərq çoxalır. Dendrit likivasiyası bərk məhlullarda diffuziya prosesinin aşağı temperaturlarda çətinləş-
məsinin nəticəsidir.Yayma və döymədən sonra dendritlər xırdallanaraq müəyyən istiqamətdə yönələrək
liflər əmələ gətirirlər. Xüsusi hallarda dendrit likivasiyasını yox etmək məqsədilə uzun müddət solidus
xəttinə yaxın temperaturlarda qızdırılma üsulundan istifadə edirlər. Buna diffuziyalı
yumşaltma əməliy-
yatı
deyilir. Nəticədə saf metalarda olduğu kimi bircinsli bərk məhlul dənələri alınır. Bəzi hallarda dendrit
likvasiyası kristallik dənənin daxilində baş verir. Belə hala
kristaldaxili likvasiya
deyilir.
Metallurgiya və Metalşünaslıq kafedrası
.


Yerli likvasiya-
qaynayan poladlarda təsadüf olunur. Burada birinci növbədə üst səthdə çox təmiz metal
kristallaşır. Qatışıqlarla, xüsusən fosfor və karbonla zənginləşmiş ərintinin daxili hissəsi axır-da
kristallaşdığından metal külçəsində bircinsli olmayan müxtəlif məntəqələr alınır. Belə metal kül-çəsini
nazik vərəqlər və ya çubuqlar şəklində yaydıqda, metalın təmiz səthi metal köynəklə ör-tül-müş olur,
daxili isə fosfor, karbon və s. ilə çirklənmiş olur.
Xüsusi çəkiyə görə likvasiya-
ərintinin komponentləri birr-birində həll olmadığı və onların xü-susi
çəkisi arasında fərq olduğu halda baş verir. Soyudulma sürəti azaldıqca likvasiya dərəcəsi də çox olur.
Ərintilərdə xüsusi çəkiyə görə likvasiya zərərli hal sayılır. Onun qarşısını almaq məqsədilə ərintini sürətlə
soyutmaqdan və ya çökməyə mane olacaq tor yarada bilən başqa komponentlərdən istifadə edirlər.

Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə