Metallurgiya və metalşÜnasliq kafedrasi fənn haqqinda məlumat. Metallarin



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə18/196
tarix26.12.2022
ölçüsü5,37 Mb.
#97902
1   ...   14   15   16   17   18   19   20   21   ...   196
Materialşünaslıq Me ( 1 hissə)

spontan
proses
adlanır.
Texniki metallarda həmişə çoxlu miqdarda müxtəlif qatışıqlar olur. Bu qatışıqlar müəyyən şə-
raitdə kristal özəklərinin yaranmasını asanlaşdırır. Qatişiqlar aşağıda göstərilən şəraitdə kristal
özəklərinin yaranma prosesinə təsir edir:
- qatışıqların ərimə temperaturu əsas metalınkından yüksək olmalıdır;
- qatışıq ilə özəyin ayrılma sərhəddi arasında səthi gərilmə qüvvəsi, yaranan özəklə maye metal
arasındakı səthi gərilmə qüvvvəsindən az olmalıdır.
Metalda qatışıq nə qədər çox olarsa , kristal mərkəzləri bir o qədər çox olur. Bu səbəbdən də-
nələr xırda alınır. Kristal özəklərinin bu qayda ilə yaranması
heterogen proses
adlanır.
Maye metalda həll olmuş qatışıqlar da dənənin ölüçlərini kiçildərək, onun formasını dəyişə bi-
lər. Bu halda metal kristallaşarkən qatışıqlar nazik qat şəklində böyüyən kristalın səthinə çökür və
onun başqa kristallarla birləşib böyüməsinə imkan vermir. Odur ki, kristal dənəsi xırda alınır.
Metallurgiya və Metalşünaslıq kafedrası
.


Məsələn maye metalda nitridlər bu qayda ilə xırda dənəli struktur qurluşunun alınmasına səbəb olur.
Metalı onun ərimə temperaturundan yüksək qızdırdıqda iri dənəli kristal qurluşu yaranır. Buna
səbəb qatışıqların maye metalda həll olması və beləliklə , kristal mərkəzlərinin az olmasıdır. İfrat
qızdırılmış metalı aşağı temperaturadək soyudub və həmin temperaturda bir müddət saxladıqda me-
talda həll olmuş qatışıqlar ayrılaraq yenidən fəal özəklər rolunu oynayır.Bu halda metalda xırdadə-
nəli struktur alınır.
Xırda dənəli struktur qurluşu almaq məqsədilə maye metala cüzi miqdarda (maye metalın çə-
kisinin
1%-nə
qədər) başqa elementlərin daxil edilməsi prosesinə
modifikasiyalaşdırma
deyilir.
Metala verilən bu elementlər isə
modifikatorlar
adlanır.
Modifikatorla praktiki olaraq metalın kimyəvi tərkibini dəyişməyib, ancaq kristallaşma zamanı
dənələrin xırdalanmasına səbəb olur.Nəticədə metalın mexaniki xassələri yüksəlir. Modifikasiya
olunmuş metal dənəsinin ölçüsü

Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə