Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə15/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

48 
 

 
Oruc  tutmaq  nəfsin  istəklərini  sınırlamağa  həsr 
olursa, 
heyvani  istəkləri  içimizdə  söndürə  bilər. 
Bəzi dostlarım etiraf edirlər ki, onlarda oruc tutma 
ləzzətli  yeməklərə  istəklərini  artırır  və  heyvani 
duyqularını da şiddətləndirir. Bundan da bu sonuca 
varmaq  olur  ki,  oruc  tutmaq  sürəkli  bir  iradə  ilə 
nəfsi  kontrol  edərək  gerçəkləşməzsə,  anlamsız  bir 
işdir.  

 
Oruc  tutmaq  və  buna  bənzər  disiplinlər  nəfsin 
istəklərini sınırlama araclarıdır. Ancaq işlər bunlarla 
bitmir.  Cismi oruc 
tutmaq  ruhi  və  fikri  oruc 
tutmaqla  bir  yerdə  olmazsa,  riyadan  başqa  bir  şey 
deyildir.  

 
Tolstoy
*
 
tarlasında  bir  qanun  həyata  keçirirdik. 
Öyrətmənlərinin  etmədikləri  işi  öyrəncilərin 
etməsini yasaqlamışdıq. Bu üzdən öyrəncilərdən bir 
iş istənildiyində onlara bir öyrətmən də qatılıb eyni 
işi  birlikdə  etməli  idilər.  Sonuc  böylə  oldu ki, 
çocuqlar  və  gənclər  öyrəndiklərini  böyük  bir 
həyəcanla öyrənirdilər.  

 
Dərs  kitabları  haqda  bu  qədər  söhbət  edilir.  Bu 
qonuda mənim heç bir əksikliyim olmamışdır. Hətta 
başqa kitabları da çox qullanmırdım. Çocuqlara bir 
sürü  kitab  yükləmək  istəmirdim.  Hər  zaman 
düşünürdüm  ki,  çocuqlar  üçün  ən  uyqun  kitab 
öyrətməndir.  Öyrətmənlərimin  kitabın  üzündən 
mənə  öyrətdiklərindən  heç  bir  şey  xatirimdə 
qalmamış.  Ancaq  kitabların  dışında  öyrətmənlərin 
özlərindən  öyrəndiklərimi  hər  zaman  xatırlaya 
bilirəm.  Çocuqlar  gözlərindən  daha  çox  qulaqları 
dolayısıyla  yaxşı  öyrənib  yadda  saxlaya  bilirlər. 
                                                 
*
 “
Tolstoy”  Qandinin Güney Afrikada təsis etdiyi bir mərkəz idi. Orada 
Qandi və yandaşları Tolstoyun öyrətiləri əsasında əməl etməyə çalışırdılar.  


49 
 
Hələ də xatırlamıram ki, hansısa bir kitabı başından 
sonuna  qədər  çocuqlarıma  oxumuş  olum.  Ancaq 
oxud
uğum kitabdan yadımda qalanları çocuqlarıma 
söyləyirdim. Çocuqlarım məndən eşitdiklərini daha 
sonra  gəncləşdikləri  zaman  bilə,  unutmamışdılar. 
Çocuqlarım kitablardan öyrəndiklərini xatırlamaqda 
çətinlik  çəkirdilər.  Ancaq  mənim  sadə  sözlərlə 
anlatdıqlarımı çox asanca xatırlaya bilirdilər. Kitab 
oxumaq  onlar  üçün  çətin  ödəv  idi.  Ancaq  mənim 
onlara  həyəcanla  anlatdıqlarımı  çox  rahatca 
mənimsəyə  bilirdilər.  Bu,  onlar  üçün  həm  də  bir 
əyləncə  olurdu.  Çocuqlarımla  danışdığımda 
onlardan  sorduğum  sorularla  anlama  güclərinin 
səviyəsinin ölçə bilirdim.  

 
Cismi  eyitmək  idman  yoluyla  olduğu  kimi,  ruhu 
eyitmək də bəzi mənəvi ödəvləri gerçəkləşdirməklə 
mümkün olur. 
Ruhi  tətbiqlər  ən  çox  öyrətmənin 
davranışları ilə mümkün ola bilir. İstər öyrəncilərin 
arasında  olsun,  ya  da  olmasın  öyrətmən  hər  an  öz 
danışıqlarına və davranışlarına diqqət etməlidir.  

 
Mən  yalançı  biri  isəm,  öyrəncilərimə  doğruluqdan 
danışmanın bir anlamı olmaz. Qorxaq bir öyrətmən 
heç  bir  zaman  öyrəncilərini  cəsur  tərbiyə  edə 
bilməz. Öz nəfsinin eyitimi ilə uğraşmayan birisinin 
başqasına  yardımçı  olması  mümkün  deyildir.  Bu 
üzdən hiss edirdim ki, eyitmək istədiyim qızlara və 
oğlanlara canlı bir örnək olmalıyam. Böyləcə onlar 
mənim  öyrətmənimə  dönüşürdülər.  Görürdüm  ki, 
onlar üçün olsa 
bilə,  daha  dürüst  və  doğru  biri 
olmalıyam.  Tolstoy  tarlasında  öz  nəfsim  üzərinə 
uyquladığım inzibat orada eyitimləri ilə uğraşdığım 
oyrəncilərim  üzündən  idi.  Bu  öyrəncilərdən  biri 
vəhşi, yalançı və aqressiv bir oğlan idi. Bir dəfə çox 


50 
 
aqressiv  bir  iş  gördü.  Mən  çox  sinirlənmişdim. 
Ge
nəldə  mən  öyrənciləri  cəzalandırmazdım,  ancaq 
bu  kəz  çox  sinirlənmişdim.  Ona  öyüd  verib  və 
aqressiv davranmamasını söyləyirdim. Ancaq o, çox 
sərt  və  aqressiv  davranışlarına  davam  edir,  məni 
aldatmağa  çalışırdı.  Birdən  əlimdəki  xətkeşlə  onun 
qoluna  bir  zərbə  vurdum.  Onu  vurarkən 
rahatsızlığımdan  titrəyirdim.  Bu aqressiv çocuq 
mənim  necə  bir  durumda  olduğumu  anlamışdı. 
Onlar  üçün  öyrətmənin  öyrəncini  tənbih  edərkən 
titrəməsi  yeni  olay  idi.  Gənc  aqressiv  adam 
ağlamağa  başlayıb  məndən  üzr  istədi.  Ancaq o, 
xətkeş zərbəsinin sərt olduğundan dolayı ağlamırdı. 
Elə olsaydı qarşılıq göstərib mənə saldıra bilərdi bu 
aqressiv adam. 
Çünkü 17 yaşında güclü bir gənc idi. 
O, 
mənim  böylə  davranışımdan  dolayı  necə  üzgün 
olduğumu görmüşdü. Bu olaydan sonra o, heç vaxt 
aqressiv 
davranmadı,  mənə  qarşı  çox  sayqılı  oldu. 
Ancaq mən hələ də ona qarşı qullandığım şiddətdən 
dolayı  peşmanam,  utanıram.  Düşünürəm  ki,  o  gün 
bu  gənc  adamın  qarşısında  mənim  ruhi  və  mənəvi 
gücümün yerinə heyvani gücüm əməl etmişdi. Mən 
hər  zaman  bədən  tənbihinə  qarşı  olmuşam.  Yalnız 
bu bir nümunə həyatımda olmuşdur. Ancaq bu günə 
qədər  hələ  qərar  verə  bilməmişəm  ki,  xətkeşi 
qullanmaqda  doğru  iş  görmüşəm  ya  yox?  Böyük 
olasılığa görə bu iş doğru deyildi. Çünkü bu işi öfkə 
ilə  etmişdim.  Əgər  bu  iş  gücsüzlük  duyqusundan 
qaynaqlansaydı, özümü haqlı saya bilərdim. Ancaq 
xətkeşlə  tənbih  olayında  içimdə  başqa  təmayüllər 
bir-
birinə  qarışmışdı.  Bu olaydan sonra bir çox 
şagirdlərim  aqressiv  davransalar da, artıq  heç  bir 
zaman  öfkələnib  tənbihə  əl  atmadım.  Bu  biçimdə 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə