Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə23/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   19   20   21   22   23   24   25   26   ...   74

72 
 

 
Mənim  sınırlı  zehni  imkanlarım  var.  Çox  kitab  və 
məqalə  oxumamışam.  Dünyanın  çox  yerlərini 
görməmişəm.  Mən  diqqətimi  əsasən  həyatın  bəzi 
mövzuları və sorunları üzərinə mərkəzləşdirmişəm. 
Bunların ötəsində başqa şeylərə rəğbətim yoxdur.  

 
Düşünürəm  ki,  qeyri-aqressiv  yaşamaq  və  ölmək 
sənətini bilirəm. Ancaq bu sənətimi davranışlarımla 
göstərməliyəm.  

 
“Qandism”  adında  bir  şey  yoxdur.  Öz  ardıcıllarım 
kimi  bir  cərəyan  miras  buraxmaq  istəmirəm.  Yeni 
bir 
nəzəriyə və ya üsulun qurucusu olduğumu iddia 
etmirəm.  Mən  özüməxas  çox  sadə  yolla  əbədi 
həqiqətləri  gündəlik  həyat  məsələləri  ilə 
uyqunlaşdırmağa çalışmışam. Bu üzdən də Meno
**
 
kimi  yasalar  qoymaq  fikrində  deyiləm.  Əslində 
məni o böyük qanun yazarı ilə ölçmək doğru olmaz. 
Özüm  üçün  əldə etdiyim  bilgilər  və  inancların  heç 
biri  kəsin  deyil.  Yarın  bunları  dəyişdirə  bilərəm. 
Dünyaya  öyrədəcək  yeni  bir  sözüm  yoxdur. 
Doğruluq və qeyri-aqressiv siyasət dağlar qədər əski 
bir mövzudur. 
Mənim etdiyim sadəcə bu olmuşdur 
ki,  həqiqət  və  qeyri-aqressivliyi  geniş  boyutda  test 
etməyə  çalışmışam.  Bu  testlərimdə  bəzən  xətalar 
etmişəm.  Yolumu  itirmişəm.  Daha  sonra  öz 
xətalarımdan ibrət dərsi almışam. Bu şəkildə həyat 
və  onun  sorunları  mənim  üçün  həqiqəti  həyata 
keçirmək  üçün  müxtəlif  denəmələr  bütünü 
olmuşdur. Mən yaradılışım etibarı ilə doğru danışan 
və  doğruluğun  yandaşı  olan  biriyəm.  Ancaq qeyri-
aqressivlik  qonusunda  öylə  deyildir.  Bir gün bir 
                                                 
**
 Meno 
əski Hind tarixinin qanun yazan şəxsiyətlərindən biri olmuş.  


73 
 
Ceyn
***
 
məzhəbinin  öndərlərindən  bir  “muni” 
arxadaşıma  demişdi:  “Qandi  həqiqətin  yandaşı 
olduğu ölçüdə “ahimsa”nın tərəfdarı olmamışdır.”  
Həqiqət mənim üçün birinci və ahimsa ikinci yerdə 
olmuşdur.  Çünki  muninin  də  dediyi  kimi,  mən 
ahimsa
nı  həqiqətə  fəda  edə  bilərəm.  Gerçək  olan 
budur ki, mən həqiqəti ararkən ahimsanı kəşf etdim. 
Əski  Hind  inanclarının  qutsal  kitabları  yazırlar  ki, 
həqiqətdən  daha  yüksəkdə  olan  heç  bir 

dəharma
****
  yoxdur. 
Ancaq  israrla  yazırlar  ki, 
qeyri-
aqressivlik  ən  yüksək  “dəharma”dır.  Məncə 
yuxarıdakı  iki  cümlədə  “dəharma”  iki  müxtəlif 
anlamda qullanılmışdır.  
Ö
zət olaraq bunu demək istəyirəm ki, mənim bütün 
fəlsəfəm  (əgər  bu  böyük  sözü  burada  qullanmaq 
doğru  olarsa)  söylədiklərimdə  açıqca  anlaşılır. 
Ancaq bunu “qandism” anlayışı ilə açıqlamaq doğru 
olmaz. 
Bu qonuda heç bir “ism” keçərli ola bilməz. 
Bunun üçün he
ç  tür  araşdırmaya,  açıqlamaya  da 
gərək  yoxdur.  Bir  neçə  kərə  müqəddəs  kitablardan 
bir neçə cümlə mənə qarşı qullanmışlar. Ancaq gün 
keçdikcə  bu  inancımda  daha  da  möhkəm  olmuşam 
ki, nə olursa olsun, heç bir amac üçün həqiqəti fəda 
etmək  olmaz.  Məncə  sadə  doğrulara  inananlar, 
ancaq  o  doğrulara  uyqun  şəkildə  yaşayaraq  onu 
təbliğ edə bilərlər. Bəzi adamlar mənim cəhrəmə (ip 
əyirmə  aracı)  gülmüşlər.  Məni  aşırı  tənqid 
edənlərdən biri demiş ki, mən öldüyümdə cəhrəmin 
taxtalarını  məni  yaxmaq  üçün  qullanacaqmışlar. 
                                                 
***
 
Ceyn məzhəbinin Hindistanda 25000 illik sabiqəsi var. Ahimsa Ceyn 
məzhəbinin əsasını təşkil edər. Ceyn məzhəbinin ruhanilərinə muni deyilir.  
****
 
Dəharma, yəni qutsal görəv və ya qutsal məzhəb.  


74 
 
Onun  bu  söylədiyi  mənim  cəhrəmə  olan  möhkəm 
inancımı sarsıtmadı.  
Kitablar  yazaraq  dünyanı  inandıra  bilmərəm  ki, 
mənim 
bütün 
planlarım 
qeyri-
aqressivliyə 
dayanmış,  ahimsa  kökənli  olmuşdur.  Yalnız 
yaşamaqla,  həyat  tərzi  ilə  bu mövzunu dünyaya 
göstərmək mümkündür.  

 
Siz 
Toro
*****
nu  mənim  öyrətmənim  olaraq 
sayırsınız.  Toro  “Mədəni  itaətsizlik  vəzifəsi”  adlı 
əsərində  mənim  Güney  Afrikada  etdiklərimi  elmi 
biçimdə  açıqlamışdır.  Böyük Britaniya Raskin
mənə  verdi.  Raskinin “Bu  sona  qədər”  kitabı  bir 
gecənin  içində  həyatımı  dəyişdirdi.  Bu  kitab  məni 
şəhərli  bir  vəkil  olmaqdan  alıb  “Durban”dan  çox 
uzaqda  bir  kəndliyə  çevirdi.  Rusiya  da  Tolstoy
mənə  verdi.  Tolstoy  qeyri-aqressiv davranmam 
üçün  məndə  ümid  oluşdurdu.  Afrikada  yenicə 
başladığım  və  çocuqluq  dönəmini  yaşayan 
hərəkətimi  Tolstoy  təqdir  etdi.  Mən  hələ  də  o 
çocuqluq 
dönəmini  yaşayan  Afrikadakı  hərəkətin 
inanılmaz olanaqlarından dərs almaqdayam. Tolstoy 
mənə  yazdığı  bir  məktubda  gələcəyimlə  bağlı 
öngörüdə  bulunmuşdu.  Tolstoy  mənə  yazmışdı  ki, 
yaxın  gələcəkdə  yer  üzündə  əziyət  çəkən  bütün 
insanlara  dərs  verəcək  bir  hərəkətin  sorumlusu 
olacağam.  Göründüyü  kimi  mən  heç  bir  zaman 
İngiltərəyə  və  Qərbə  düşmənlik  əsasında  bu 
hərəkətə başlamamışam. Raskinin “Bu sona qədər” 
əsəri  ilə  tanış  olduqdan  sonra  böylə  bir  günaha 
bulaşa  bilməzdim.  Faşismi  və  nazismi  qəbul  edə 
bilməzdim.  Çünkü  onların  amacları  fərdi  və  fərdi 
azadlıqları məhv etməyə yönəlik idi.  
                                                 
*****
 
Toro məhəbbət və dostluqdan yana olan Amerikalı filosof olmuş.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə