Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə13/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

41 
 
təcrübələrimə  dayanaraq  deyirəm  ki,  yaxınlarımın, 
uzaqlarımın,  müxtəlif  rəngli  insanların,  müxtəlif 
dinə  mənsub  olan  adamların  mənim  üçün  heç  bir 
fərqi  olmamışdır.  İstər  xristian,  yəhudi  ya  da 
müsəlman  olsun.  Qəlbim  heç  bir  zaman  insanlar 
arasında ayrım yapmağa izn verməmişdir.  

 
Sanskrit 
dili  haqqında  dərin  bilgim  yoxdur. 
Vedalar
ı  və  Opanişadları  tərcümə  yolu  ilə 
anlamışam.  Bu  üzdən  bu  kitablar  haqqında 
bilgilərim  alimanə  olmaya  bilər.  Mən  bu  kitabları 
bir hindistanlı kimi oxumuşam. Ancaq bu kitabların 
gerçək ruhlarını mənimsədiyimi və anladığımı iddia 
edə  bilərəm.  21  yaşıma  qədər  müxtəlif  dinlər 
haqqında  araşdırma  yapdım. Bir zamanlar 
xristianlıq  və  induizm  arasında  hansını  seçəcəyim 
haqda  şübhə  daşıyırdım.  Fikir  dəngəm  yerində 
oturduqdan  sonra  anladım  ki,  mənim  qurtuluşum 
Hind  məzhəbi  yoluyla  mümkün  olacaqdır.  O 
zamandan  bəri  inancım  bu  məzhəbə  gündən  günə 
artdı.  Artdıqca  da  içim  işıqla  dolurdu.  Ancaq bu 
məzhəbi qəbul etdikdən sonra da bir təbəqənin nəcis 
sayılmasını qəbul etmədim, hətta Hind məzhəbinin 
bir parçası olsa bilə. Mən böylə məzhəbi qəbul edə 
bilmərəm.  

 
Öncələr  oxumuşdum  ki,  insanların  öz  xatirələrini 
anlatması  tarix  sayılmazmış.  Bu  gün  bu  məsələni 
daha  açıqca  anlayıram.  Bilirəm  ki,  bu  xatirəmdə 
bütün xatırladıqlarımı yazmıram. Kim deyə bilər ki, 
doğruluğun  bəyanı  üçün  nəyi  yazmaq  və  nəyi 
yazmamaq  gərəkir?  Mənim  həyatımın  olaylarının 
bir tərəfli anlatımının nə kimi dəyəri ola bilər? Əgər 
bir araşdırmaçı bu yazdıqlarımı incələrsə, bəlkə bir 
çox  gerçəkləri  də  özü  kəşf  edə  bilər.  Eləcə  də  bir 


42 
 
tənqidçi  mənim  bu  yazdıqlarımı  incələrsə,  rahatca 
və 
özünə 
güvənərək, 
“mənim 
boş-boş 
danışdıqlarımı”  söyləyə  bilər.  Bu  üzdən  bəzən  öz-
özümə  düşünürəm  ki,  bu  xatirələri  yazmağı 
durdursam  daha  yaxşı  olmazmı?  Ancaq  içərimdən 
bir  səs  mənim  yazmamı  əngəlləmədikçə  yazmağa 
davam  edəcəyəm.  Öz-özümə  düşünürəm  ki,  bu 
ağıllıca  öyüdü  dinləmək  lazımdır  ki,  əxlaqi 
baxımdan yanlış deyilsə, başlanmış bir işi yarımçıq 
buraxmaq 
doğru olmaz.  

 
Güney  Afrikada  “Hindi  görüşlər”  anlamına  gələn 

İndian  Opinion”  adında  bir  qəzet  təsis  etdim. 
Qəzetin  ilk  yayımından  sonra    anladım  ki, 
qəzetçiliyin  ilk  amacı  xalqa  xidmət  olmalıdır. 
Qəzetəcilikdə  inanılmaz  böyük  güc  vardır.  Ancaq 
güclü bir selin kəndləri, tarlaları məhv etdiyi kimi, 
kontrol və nəzarət altında olmayan qələmin də gücü 
böyük xərabəliklər, təxribatlar törədə bilər. Kontrol 
sansor dolayısı ilə olursa, bu da bir növ təxribatdır. 
Gerçək  kontrol  içəridən,  yazarın  mənəviyatından 
qaynaqlanmalıdır. Bu dəlil doğrudursa, dünyada bu 
dürüstlüyə  tabe  olan  neçə  qəzetin  olduğunu  iddia 
etmək 
olar? 
Mənəviyatsız 
qonuların 
yayımlanmasını  önləyəcəyək  olan  kimdir?  Bu 
haqda  kim  doğru  qərar  verə  bilər?  Faydalı  və 
faydas
ız  qəzetlər  yaxşı  və  pis  kimi  bir-birinin 
yanında  olmalıdırlar  və  insan  bu  arada  özü  yaxşı 
olanı seçməlidir.  

 
Raskin ünlü ingilis yazardır.  İlk dəfə idi onun “Bu 
sona  qədər”  adlı  kitabını  oxuyurdum.  Öyrənim 
illərimdə  dərs  kitablarından  başqa  heç  bir  şey 
o
xumazdım.  Sonra  da  həyatımın  ehtiyaclarını 
bərtərəf  etmək  üçün  çabaladığım  üçün  kitab 


43 
 
oxumağa vaxt qalmırdı. Bu üzdən kitablar haqqında 
geniş  bilgilərimin  olduğunu  iddia  edə  bilmərəm. 
Ancaq  az  oxumağıma  baxmayaraq,  oxuduqlarımı 
yaxşı özümsəyib həzm edirdim. Həyatımı dərindən 
etkiləyən  kitablardan  biri  də  Raskinin  “Bu  sona 
qədər”  əsəri  idi.  Daha  sonralar  bu  kitabı  qocerati 
dilinə  tərcümə  etdim.  Adını  da  “Sərv  daya” 
(kollektiv  zənginlik)  qoydum.    Raskinin bu böyük 
əsərində  öz  inanclarımın  dərin  inikasını  görürdüm. 
Bu üzdən məni dərindən etkilədi və həyatımda çox 
dəyişikliklər  oluşdurdu.  Şair  o  kəsdir  ki,  insanın 
köksündəki  yaxşılıqları  və  gözəllikləri  sözlərlə 
təsvir  edə  bilir.  Ancaq  şairlər  bütün  insanlara  eyni 
təsiri  buraxmazlar.  Çünkü bütün insanlar eyni 
dərəcədə gəlişmiş deyillər.  

 
Yuhansburq
da  yerləşdikdən  sonra  da  hüzurlu 
həyata  qovuşa  bilmirdim.  Tam  arxayınlaşıb  yeni 
nəfəs  almaq  istərkən  yeni  bir  olay  baş  verirdi. 
Qəzetlər  Natalda  zuluların  qiyamından  yazırdılar. 
Onlar  hindlilərə  zərər  verməzdilər.  Hətta  onların 

qiyam”  etmələrinə  də  inanmırdım.  O zaman 

şünürdüm  ki,  İngiltərə  imperatorluğunun  varlığı 
dünyada  barış  və  qardaşlığı  qorumaq  üçündür. 
Mənim  bu  düşüncəm  İngiltərəni  kötü  görməyə  izn 
vermirdi. 
Bu  üzdən  “qiyam”ın  doğruluğu  bilə, 
mənim vəfadarlığımı dəyişdirə bilmirdi. Natalın bir 
savunma birimi var idi. 
Bu  birimə  daha  çox  nəfər 
cəlb  edirdilər.  Qəzetlərdə  oxudum  ki,  bu  birim 
“qiyam”ı yatırmaq, basdırmaq üçün qullanılacaq.  

 
“Qiyam”  səhnəsinə  çatdığımda  gördüm  ki,  orda 
“qiyam”  adlandırılacaq  heç  bir  hadisə  olmamışdır. 
Hətta  gözə  çarpacaq  bir  dirəniş  də  olmamışdır. 
Bunun “qiyam” adlandırılmasının səbəbi bu imiş ki, 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə