Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə14/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

44 
 
zulu rəislərindən biri hökumətin yeni vergisini ibtal 
etmək  istəyində  bulunmuşdur.  Vergini toplamaqla 
görəvli olan bir çavuşa da “vergini ödəməyəcəyik” 
demişlər.  Bu  qədər.  Hər  halda  mənim  könlüm 
zululardan yana idi. 
Əməliyat qərargahında eşitdim 
ki, 
bizim  görəvimiz  zulu  yaralılarına  baxmaq 
olacaq. 
Çox sevinmişdim. Sağlıq işlərindən sorumlu 
olan zabit 
bizi  qarşılayaraq  dedi:  “ağdərililər  zulu 
y
aralılarına baxmaq istəmirlər. Onların yaraları çox 
ağırlaşmış.  Özüm  də  nə  edəcəyimi  bilmirəm.  Bu 
üzdən sizlərin gəlişiniz çox yaxşı oldu.” Daha sonra 
yaralara  baxmaq  üçün  gərəkən  əşyaları  verib bizi 
səhrada  qurulmuş  səyyar  xəstəxanaya  apardı. 
Zulular  bizi 
gördüklərinə  sevinmişdilər.   ِ◌Dəmir 
n
ərdələrin  arxasından  bizə  baxan  ağdərili  əsgərlər 
bizə  baxırdılar.  Çalışırdılar  bizim  onlara  yardım 
etməmizi  əngəlləsinlər.  Biz  onları  saymadığımız 
üçün əsəbləşir və zululara çirkin söyüş verirdilər.  

 
Bizə tapşırılan yaralılar savaşda yaralanmamışdılar. 
Onlardan  bir  qismi  sanli  (şübhəli)  olaraq 
yaxalanmış və komutan onlara işkəncə verdirmişdi. 
Şallaqlar  onları  sərt  bir  şəkildə  yaralamışdı. 
Yaralara baxılmadığından çirklənmişdilər. Bir dəstə 
yaralı  zululara  da  əsgərlər  yanlış  olaraq  güllə  atıb 
yaralamışdılar.  

 
Zulular
ın  qiyamı  mənim  üçün  yeni  hadisə  idi. 
Yaxşıca düşünməli idim. Boer savaşı məni bu qədər 
dəhşətə  gətirməmişdi.  Zululara  edilən  zülm  məni 
çox  təsirləndirdi.  Burada  əslində  savaş  olmamışdı. 
İnsanları durduqları yerdə ovlamışdılar. Sadəcə mən 
bu  fikirdə  deyildim.  Danışdığım  bir  çox  ingilis  də 
mənim  kimi  düşünürdü.  Hər  gün  günahsız 
kəndlərdən  gələn  silah  səsləri  məni  dəhşətə 


45 
 
gətirirdi.  Çox üzülürdüm. Ancaq  mən  bütün  bu 
acılara  dözürdüm.  Mən  böyük  bir  imanla  zululara 
xidmət  etməyə  çalışırdım.  Görürdüm  ki,  əgər  biz 
olmasaydıq,  onlara  baxan  olmayacaq  və  hamısı 
öləcəkdilər.  U  üzdən  etdiyim  işlər  vicdanımı  çox 
rahatladırdı.  

 
Brahmaçaryanı  fikirdə,  sözdə  və  əməldə  həyata 
keçirməyə  çox  diqqət  edirdim.  Satyaqrahanın  da 
mübar
izəsinə  çox  vaxt  ayırırdım.  Nəfsimi  təmiz 
saxlayaraq bu işə özümü həsr etməyə çalışırdım. Bu 
üzdən  yemək  qonusunda  özüm  üçün  bəzi 
sınırlamalar  gətirdim.  Daha  öncə  yemək 
proqramımda  etdiyim  dəyişikliklər  ən  çox  sağlıq 
amacı  ilə  idi.  Ancaq  yeni  yemək  sınaqlarım 
məzhəbi  və  ruhi  baxımdan  idi.  Oruc  tutmaq  və 
yemək  yeməyi  azaltmaq  həyatımda  önəmli 
olmuşdu.  Genəldə  insan  nəfsi  dadlı  yeməklərə 
meyllidir. 
Məndə  də  öylə  idi.  Öz  nəfsimə  hakim 
olmaq  üçün  çox  çətinliklərlə  rastlanırdım.  Hətta 
indinin özündə də bu çətinlikləri yaşamaqdayam və 
sürəkli öz nəfsimə hakim olmazsam, bütün əməyim 
boşuna  gedər.  Düşünürdüm  ki,  daha  çox  yemək 
yeyirəm.  Dostlarım  düşünürdülər  ki,  yemək 
qonusunda mən xəsislik edirəm. Ancaq öylə deyildi. 
Düşünürəm ki, yemək sınırlamamı indi olduğu kimi 
sınırlı  durumda  tutmasaydım,  heyvandan  da  daha 
aşağı səviyəyə düşə bilərdim. Bəlkə də çox öncələr 
ölə  bilərdim.  Bu  üzdən  də  yemək  kontroluna  çox 
aşırı  diqqət  eddirdim.  Bu  çalışmalar  sonucunda 
bədənimin  sağlığını  tam  olaraq  sağlaya  bildim. 
Bununla 
da 
üzərimə 
düşən 
görəvləri 
gerçəkləşdirmək üçün bədən sağlığı nemətinə sahib 
oldum.  


46 
 

 
Yeni  yemək  proqramımı  meyvələrlə  başladım. 
Ancaq meyvə yeməkdə də aşırılığa yol verməməyə 
ç
alışırdım.  Çünkü  alışqanlığa  dönüşdükdən  sonra 
meyvə  yeməkdə  də  çox  yemək  sorunu  ortaya  çıxa 
bilərdi.  Bu  üzdən  daha  çox  oruc  tutmağa  və  az 
yeməyə çalışırdım. Tətil günlərində, yalnız bir kərə 
yemək  yeyirdim.  Tövbə  etmək  və  riyazət  çəkmək 
üçün  bir  bəhanə  ortaya  çıxsaydı  o  bir  kərə 
yeməkdən də imtina edirdim. Ancaq bədənimin öz 
enerjisini daha 
təsirli  şəkildə  gerçəkləşdirdiyinə 
tanıq  olurdum.  Yeməklər  yeni  dad  qazanırdı  və 
iştiham da artırdı. Böyləcə mənə isbat oldu ki, oruc 
tutmaq  yeməyi  sınırlamaq  üçün  verimli  olduğu 
qədər  ifrat  yeməyi  də  önləyə  bilər.  Mənim  və 
digərlərinin daha sonrakı sınaqları bu gerçəyi daha 
da onaylayırdı. İlk öncə bədənimi daha yaxşı tərbiyə 
etmək istəyirdim. Daha sonra nəfsimə hakim olmağı 
denəməyə  başladım.  Bunun  üçün  də  yemək 
meyllərimə  diqqət  etməli  idim.  Bu  üzdən  bir  tək 
yemək növünü özüm üçün seçirdim. Bir sürə sonra 
başqa yemək növünə meyllənirdim. Ancaq getdikcə 
də yeməyin miqdarını azaldırdım. Yeməyin dadı və 
ləzzəti  məni  tərk  etmirdi.  Bir  yeməyi  buraxıb  bir 
başqasına  başladığım  zaman,  yeni  yeməyin  dadı 
mənim üçün çox çəkici olurdu. 

 
Sınaqlarım mənə öyrətdi ki, yemək seçimində onun 
dadına  diqqət  etməmək  gərəkir.  İnsan  yeməkdən 
zövq  almaq  üçün  yeməməlidir.  Yemək  sırf  bədəni 
diri saxlamağa adanmalıdır. Hər bir bədən üzvümüz 
və  hisslərimiz  zövq  almaq  üçün  deyil,  bədəni  diri 
saxlamaq  üçün  çalışsalar,  ruhumuz  aydınlanar. 
Yalnız  bu  yolla  bizim  hər  bir  hissimiz  öz  işini 
doğanın  ona  bəlli  etdiyi  doğrultuda  gerçəkləşdirə 


47 
 
bilər.  Doğa  ilə  bu  biçim  uyqunlaşmaq  üçün  nələr 
sınansa,  nə  kimi  fədakarlıq  edilsə,  yenə  də  azdır. 
Ancaq  nə  yazıq  ki,  bizim  əsrimizdə  olaylar  bunun 
tam  tərsinə  gəlişməkdədir.  Bizlər  utanmadan  öz 
bədənimizin  zövqü  üçün  minlərlə  canlınının 
həyatına qıya bilirik. Həm cismi öldürürük həm də 
canı... 

 
Mənim  həyatımdakı  ilk  sınağım  1908-ci  ildə 
zindanda  gerçəkləşdi.  Zindanda  hər  kəsin  əməl 
etməsi 
gərəkən 
sınırlılıqların 
hamısının 
brahmaçaryada  olduğunu  gördüm.  Könüllü 
brahmaçarya. 
Çünkü brahmaçaryaya əməl edən şəxs 
könüllü  şəkildə  öz  ehtiyaclarını  sınırlayır, 
başqasının 
əmri 
ilə 
deyil. 
Zindandakı 
uyqulamalardan  biri  də  bu  idi  ki,  son  yemək  gün 
batmadan öncə yeyilməli idi. Hindistanlı və afrikalı 
məhbuslara  çay  və  qəhvə  qullanımı  yasaq  idi. 
Yeməklərinə,  ancaq  duz  artırma  haqqına  sahib 
idilər.  Yeməklərin  dadlı  olması  üçün  ədviyə 
qullan
ımına izn vermirdilər.  

 
Sonunda  bu  sorun  çətinliklə  olsa  da  alışqanlığa 
dönüşüb  asanlaşırdı.  Bunlardan  əsas  amac  sağlıq 
imkanlarını  artırmaq  idi.  Ancaq  dışarıdan  tətbiq 
edilən yasaqlamalar istisna hallarda uğurlu ola bilər. 
Ancaq bu yasaqlamalar insan
ın öz iradəsi tərəfindən 
tətbiq edildiyində verimli sonuclar əldə etmək olur. 
Bu üzdən də zindandan azad olduqdan sonra bunları 
öz  iradəmlə  öz  həyatımda  gerçəkləşdirməyə 
başladım.  Mümkün  olduqca  çay  içməyi  ortadan 
qaldırmağa  başladım.  Gecə  yeməyimi  də  gün 
batmadan  öncə  yeyirdim.  Artıq  bu  iki  əməl  üçün 
çətinlik  yox  idi.  Çünkü  onlar  mənim  həyatımın 
alışqanlıqlarına dönüşmüşlər.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə