Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə11/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

35 
 
hindlilərə  məxsus  bir  xəstəxanada  könüllü  olaraq 
çalışmağa başladım. Bu iş hər gün iki saat vaxtımı 
alırdı.  Bu  iş  bir  ölçüdə  mənim  ruhi  rahatlığıma 
səbəb  olurdu.  Xəstəxanadakı  işim  xəstələrin 
şikayətinə  baxmaq,  doktorlara  tibbi  ləvazimat 
daşımaq  və  alınan  dərmanları  xəstəxanaya 
gətirməkdən  ibarət  idi.  Bu  işim  əzab  çəkən 
hindlilərlə  daha  yaxından  tanış  olmağıma  səbəb 
olurdu. 
Bu xəstələrin çoxu Hindistanın quzeyindən 
olan işçilər idi. Bu iş mənim üçün çox yaxşı oldu və 
Boer 
savaşında  tibb  bacısı  işində  çalışdığımda 
buradakı təcrübələrim çox yarar sağladı.   

 
Sonbeşik  evladımız  dünyaya  gəldiyində  ciddi  bir 
sınaq  qarşısında  idim.  Xanımımın  doğum  sancısı 
birdən  başladı.  Dərhal  həkim  çağırmaq  mümkün 
deyildi. 
Bir  az  da  zaman  mama  tapmağa  getdi. 
Ancaq  mama  olsaydı  da  doğuma  yardımçı  ola 
bilməyəcəkdi.  Bu  üzdən  mən  özüm  bütün  işləri 
etmək zorunda qaldım.  

 
Düşünürəm  ki,  çocuqların  tərbiyəsi  və  bəslənməsi 
üçün ata-
ana  bu  qonuda  bilgiləndirilməlidirlər.  Bu 
haqda  əldə  etdiyim  nəzəri  bilgilərin  yararını 
çocuqları  tərbiyə  zamanı  gördüm.  Əgər  bu  nəzəri 
bilgilərim  olmasaydı,  çocuqlarımızın  böylə  sağlıqlı 
olacağına  əmin  deyildim.  Biz  hamımız  xürafi 
inanclarla  davranırıq.  Bu  xürafi  inanışa  görə  uşaq 
beş  yaşına  qədər  heç  bir  şey  öyrənmirmiş.  Tam 
tərsinə.  Uşaq  beş  yaşına  qədər  öyrəndiklərini 
ömrünün  axırına  qədər  unutmur  və  daha  sonralar 
onları öyrənə bilmir. Çocuğun tərbiyəsi onda ortaya 
çıxan təsəvvürlərə görə başlayır.  

 
Bu  gerçəyi  dərk  edən  ər  və  qadın  sırf  şəhvətlərini 
bərtərəf etmək üçün cinsi ilişkiyə girməzlər. Ancaq 


36 
 
evlad  istədiklərində  cinsi  ilişkiyə  girərlər. 
Düşünürəm  ki,  cinsi  ilişkini  yemək-içmək  kimi 
zəruri  saymaq  insanın  cəhalətindən  qaynaqlanır. 
Həyat  öz  davamı  üçün  nəsl  artımına  möhtacdır. 
Bütün varlıq Tanrı iradəsinin görüntüsü olduğundan 
cinsi ilişkiləri də bu şəkildə anlamaq lazımdır. Yəni 
cinsi  ilişki  varlıqda  düzən  sağlamanın  yollarından 
biridir. 
Bu dərin mövzunu və bu gerçəyi bilən adam 
öz şəhvətini kontrol altına ala bilər. Sonra da böyük 
bir ruh gücü ilə özünü evladlarının tərbiyəsinə həsr 
edə  bilər.  Bu  bilgi  və  təcrübə  nəsldən  nəslə 
ötürülürsə, bəşər daha çox barış içində yaşaya bilər.  

 
Uzun dartışmalardan və ölçümlərdən sonra 1906-ci 
ildə  Brahmaçarya
*
 
ilə  ilgili  öz-özümə  bir  əhd 
bağladım.  O  günə  qədər  düşüncələrimi  xanımımla 
ortaya  qoymamışdım.  Yalnız  ara-sıra  qeyri-ciddi 
şəkildə  bu  haqda  xanımımla  danışırdım.  O, etiraz 
etmirdi,  susurdu.  Ancaq  mənim  kəsin  qərara 
gəlməyim çətin məsələ idi. Bu qərara gəlmək üçün 
yetərincə iradə sahibi deyildim. Öz şəhvətimə necə 
hakim ola bilərdim? O zaman adamın öz qadını ilə 
bütün cinsi ilişkiləri ortadan qaldırması çox anormal 
iş  kimi  görünürdü.  Ancaq  Tanrıya  güvənərək  bu 
çətin işi gerçəkləşdirmək istədim. İndi 20 il o kəsin 
qərarımın  üzərindən  keçməkdədir.  Geriyə  dönüb 
baxdığımda çox sevinirəm. 1901-ci ildən başlayaraq 
yavaş-yavaş  özümü  kontrol  etməyə  başlamışdım. 
Ancaq  mənim  mütləq  xoşbəxtliyimi  sağlayacaq 
olan qəti qərarım 1906-cı ildə həyata keçdi. Bu əhdi 
bağlamadan öncə hər an nəfsimin təhriklərinə qapıla 
bilərdim.  Ancaq  öz  vicdanımda  bağladığım  əhd 
                                                 
*
 
Brahmaçarya insanın öz nəfsinə hər yönlü hakim olması və qadınla da, 
ancaq evlad 
doğurmaq üçün cinsi ilişkiyə girməsidir.  


37 
 
məni  sakitləşdirdi.  Nəfsimin  təhriklərinə  qapılmaz 
oldum.  

 
Bu qərar mənə sonsuz mutluluq gətirdiysə də, ancaq 
onun  həyata  keçməsinin  çox  da  asan  olmadığını 
söyləməm  gərəkir.  56  yaşımı  keçdiyim  bu  anda 
geriyə  dönüm  baxdığımda  necə  çətin  bir  iş 
gördüyümü düşünürəm. Gün keçdikcə hiss edirdim 
ki, bu qərar iti bir qılıcın kəsərli tərəfi üstündə yol 
getməyə  bənzəyir.  Bu  üzdən  yaralanmamam  üçün 
çox  diqqətli  olmalı  idim.  Bu  qərara  əməl  etmənin 
ilk  şərti  yeməyi  kontrol  altına  almaqdır.  Təcrübə 
mənə göstərdi ki, yeməyi bir düzənə tabe etmək bu 
əməli  gerçəkləşdirmənin  ən  uyqun  yoludur.  Bu 
üzdən  də  yemək  proqramımı  sadəcə  ətyeməzlik 
şərtlərinə görə deyil, həm də brahmaçarya ilkələrinə 
görə düzənlədim.  

 
B
əziləri  hesab  edirlər  ki,  ruhun  yeyilib  içilənlərlə 
ilişkisi  yoxdur.  Çünkü  ruh  nə  bir  şey  yeyir,  nə  də 
içir. 
Ruh  mövzusunda  xaricdən  daxilə  tökülənlərin 
önəmi  yoxdur.  Önəmli  olan  iç  halların  xarici 
görünümüdür. 
Şübhəsiz  ki,  bu  görüşün  önəmi 
vardır. Ancaq mən bu görüşü öz həyatımda sınamaq 
yerinə öz əqidəmi bildirmək istərdim. Tanrı sevgisi 
ilə  doğruluğu  axtaran  bir  insan  üçün  yeməyin 
miqdarı  və  növü  çox  önəmlidir.  Düşüncə  və 
söyləmə  edilən  diqqət  qədər  bu  qonuya  diqqət 
edilməlidir.  

 
Rahat  və  arxayın  bir  həyata  başlamışdım.  Ancaq 
bunun ömrü az oldu. 
Evimə ən yeni mebil və digər 
ev əşyaları alsam da, bunlar məni məmnun etmirdi. 
Get-
gedə  ev  xərclərini  azaltmağa  başlamışdım. 
Paltar
yuma  xərci  həddindən  çox  idi.  Özəlliklə  nə 
qədər  köynək  alsaydım  da  çatmırdı.  Hər  gün 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə