Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə12/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

38 
 
köynəklərimin  yaxasını  dəyişdirməli  idim.  Çünkü 
vəkillər ingiltərə yasalarına uyqun olaraq geyinməli 
idilər.  Köynəyi  hər  gün  dəyişməsəydim  də  iki 
gündən bir dəyişməli idim. Köynək xərci həddindən 
artıq çox idi. Daha az para xərclənsin deyə, özümə 
paltaryuma 
məlzəmələri aldım. Paltaryuma ilə ilgili 
bir də bir kitab aldım. Bu kitabın içindəki bilgiləri 
xanımıma  oxuyub  anlatdım.  Əlbəttə  ki,  bütün bu 
işlər  vaxtımı  çox  alsa  da,  ancaq  mənə  xoş  gəlirdi. 
Birinci  dəfə  özüm  öz  yaxalığımı  yumağımı  heç 
unutmuram. 
Yaxalığa  həddindən  artıq  parlatıcı 
maddə  vurmuşdum.  Ütü  də  yetərincə  isti  deyildi 
çünkü  yandıracağımdan  qorxurdum.  Yaxalıq  düm-
düz dursa da 
parlatıcı  maddə  damırdı.  Mən  elə  o 
yaxalıqla  məhkəməyə  getdim  və  mənim  bu 
görüntümü 
hər  kəs  məsxərə  edib  gülməyə  başladı. 
Ancaq  artıq  o  günlərdə  hər  növ  məsxərə  gülüşlər 
qarşısında  dözə  biləcək  ruhi  möhkəmliyim 
sabitlənmişdi.  

 
Paltaryuma 
qonusunda 
bağlılığımı 
ortadan 
qaldırdıqdan  sonra  saçlarımı  kəsdirmə  ilə  ilgili  də 
öz-
özümə girişimlərdə bulundum. Bərbərə uğramaq 
istəmirdim.  İngiltərəyə  gedən  hər  kəs  orada  ən  az 
üzünü  qırmağı  öyrənir.  Ancaq  kimsə  öz  saçlarını 
özü qısaltmanı öyrənməz. Mən bunu da özüm etmək 
istəyirdim.  Peruryada  bir  dəfə  ingilis  bir  bərbərin 
yanına  getdim.  O,  kibirli  bir  biçimdə  mənim 
saçlarımı  qırxmaqdan  imtina  etdi.  Çünkü  əllərinin 
“rəngli”  adamın  saçlarına  toxunmasını  istəmirdi. 
Onun  bu  davranışı  məni  çox  üzdü.  Həmən bir 
saçqırxma  makınası  alıb  güzgünün  önündə  öz 
saçlarımı  kəsməyə  başladım.  Başımın  ön  tərəfinin 
tüklərini  yaxşı  kəsmişdim,  ancaq  arxa  tərəf  bərbad 


39 
 
durumda idi. 
Yenə  də  bu  durumumla  məhkəməyə 
getdim. Orada
kılar mənim bu durumuma həddindən 
artıq güldülər. Biri dedi: “Qandi, saçlarına nə oldu? 
Sanki  saçlarını  sıçanlar  didmiş!”  Mən  də  dedim:  “ 
Yox,  ağdərili  bərbər  mənim  saçlarımı  qırxacaq 
dərəcədə  özünü  alçaltmadı.  Mən  də  öz  saçlarımı 
özüm qırxmağı tərcih etdim. Yaxşı qırxmamışamsa 
da  önəmli  deyil.”  Mənim  bu  cavabım  dostlarımı 
şaşırdı. Əlbəttə mənim saçlarımı qırxmaqdan imtina 
edən  bərbərin  günahı  yox  idi.  Çünkü  mənim 
saçlarımı  qırxsa  idi,  böyük  olasılığa  görə  bir  çox 
müştərisini itirərdi. 

 
Boer 
savaşı  başladığında  onlara  qarşı  məsuliyət 
duyqusu hiss edirdim. 
Ancaq o zaman düşünürdüm 
ki,  öz  duyqularım  əsasında  davranmağa  hüququm 
yoxdur. 
Bu haqda “Güney Afrikada 
Satyaqrahan
ın  tarixi”
1
 
adlı  kitabımda  çox  geniş 
şəkildə  yazmışam.  O  mövzuları  burda  təkrar 
yazmaq  istəmirəm.  Kimsə  maraqlanarsa,  o  kitabı 
oxuya  bilər.  Burada  sadəcə  bunu  demək  istəyirəm 
ki,  bu  savaşda  İngiltərəyə  vəfadarlıq  duyqusu 
ingilisləri 
dəstəkləməyimə 
səbəb 
olurdu. 
Düşünürdüm ki, ingilis yasaları əsasında öz haqqımı 
və digərlərinin hüquqlarını qorumağa çalışaramsa, o 
zaman İngiltərənin də mənafeyini savunmalıyam. O 
zaman 
böylə  düşünürdüm  ki,  Hindistan  öz 
azadlığını  ancaq  İngiltərə  imperatorluğunun  içində 
əldə  edə  bilər.  Bu  üzdən  də  bir  çox  yaxın 
Hindistanlı  arxadaşlarımı  bir  yerə  toplayıb  Boer 
                                                 
1
 
Satyaqraha, əslində doğruluğun yanlısı olmaq deməkdir. Ancaq Qandi bu 
sözü özünəxas biçimdə qeyri—aqressiv dirəniş və savaş yöntəmi kimi 
seçmişdir. 


40 
 
savaşının yaralılarını daşımaqda hökumətə yardımçı 
olmalarını istədim.  

 
Hindis
tanlıların Güney Afrikadakı bu fədakarlıqları 
doğruya  ulaşmanın  yeni  mərhələsini  qarşımızda 
açmışdı. Doğruluq (həqiqət) böyük ağac kimidir. Nə 
qədər  çox  suvarılsa  bir  o  qədər  də  çox  bar  verər. 
Doğruluq  mədən  kimidir.  Nə  qədər  çox  dərininə 
varılsa,  daha çox  qiymətli  əşyalar  tapılar.  Bütün 
bunlar  da  yeni  xidmət  imkanlarını  xidmət  etmək 
istəyənlərə göstərər.  

 
İnsan  və  onun  əməlləri  bir-birindən  ayrı  iki 
məsələdir.  Yaxşı  və  xeyir  işləri  hər  zaman 
alqışlamaq, pis işləri də danlamaq gərəkir. Yaxşı və 
ya pis işi görənlər etdikləri əməlin ölçüsünə görə ya 
təqdir  ya  da  tənqid  edilməlidirlər.  “Günaha  nifrət 
etmək  lazımdır,  günahkara  deyil.” Bu, 
anlaşılması çox asan, ancaq əməl edilməsi çox çox 
çətin  bir  məsələdir.  Zatən  bu  üzdən  nifrət  və  kin 
zəhərləri dünyanı doldurmaqdadır. Ahimsa doğrunu 
aramanın  əsasıdır.  Gün  keçdikcə,  mən  bu  gerçəyi 
daha  da  dərindən  qəbul  edirəm  ki,  doğrunuarama 
ahimsa 
ilkəsinə dayanmazsa, heç bir önəmi yoxdur. 
Yanlış  bir  durum  və  basqıcı  uyqulama  qarşısında 
dirənmək  çox  doğrudur.  Ancaq bu sistemi 
uyqulayanlara  qarşı  saldırıya  keçmək  insanın  öz 
nəfsinə  qarşı  savaşmasıdır,  öz  həm  cinsinə  qarşı 
çıxmasıdır.  Çünkü  biz  hamımız  insanıq.  İçimizdə 
olan  tanrısal  imkanlar  sonsuzdur.  Bir  insanı 
dəyərsiz  görmək,  onda  olan  Tanrını  dəyərsiz 
görməkdir.  Bu  yanaşma  bütün  dünya  və  insanlıq 
üçün zərərlidir.  

 
Həyatımdakı  müxtəlif  olaylar  müxtəlif  insanlar  və 
siniflərlə  tanış  olmağıma  səbəb  olurdu.  Həyat 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə