Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə16/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   12   13   14   15   16   17   18   19   ...   74

51 
 
eyiti
m sürəcində güclü ruha sahib olmanın önəmini 
gündən-günə daha dərindən dərk edirdim.  

 
O  günlər  Yuhansburq  və  Funiks
*
 
arasında  çox 
gəl-getdə  idim.  Bir  gün  Yuhansburqda  səfərdə 
olduğumda  xəbər  gəldi  ki,  “əşram”ın  iki  sakini 
əxlaqi  cəhətdən  süqut  etmişlər.  Çox  üzülmüşdüm. 
Satyaqraha”n
ın  yenilgə  xəbərini  duysaydım  bu 
qədər  üzülməzdim.  Bu  xəbər  ildırım  kimi  məni 
vurdu  sanki.  Xəbəri  eşitdiyim  gün  qatarla  funiksə 
getdim.  

 
Yol  boyunca  önümdə  olan  görəvimlə  ilgili  dərin-
dərin  düşünüdüm.  Düşünürdüm  ki,  bir  öyrətmən 
olaraq  bu  iki  adamın  əxlaqi  çöküşlərində  mən  də 
sorumluluq  daşımaqdayam.  Baş  verən  olay 
qarşısında  öz  sorumluluğumu  açıqca  hiss  edirdim. 
Xanımım bu haqda öncədən məni uyarmışdı. Ancaq 
başqasına  inanan  biri  olduğum  üçün  xanımın  bu 
uyarısına  aldırış  etməmişdim.  Düşünmüşdüm  ki, 
xanımım bu adamlar haqda yanılmaqdadır. Onların 
əxlaqi 
çöküşlərini 
ağlıma 
gətirməmişdim. 
Düşündüm  ki,  bu  çökmüşlər  öz  xətalarını  anlaya 
bilmələri  üçün  mən  özümü  cəzalandırmalıyam.  Bu 
üzdən qərara gəldim ki, yeddi gün oruc tutacağam v 
öz-
özümlə  peyman  bağladım  ki,  dörd  ay  yarım 
müddətində  hər  gün,  yalnız  bir  kərə  yemək 
yeyəcəm.  
                                                 
*
 
Funiks Qandinin Güney Afrikada təsis etdiyi bir başqa eyitim mərkəzi idi. 
Bu eyitim mərkəzi “əşram” şəklində idi. Əşram əski Hindistanda bir növ 
xaniqah imiş. Eyni ülküləri paylaşan çevrələr əşramda toplaşar, bəlli əxlaqi 
nizama uyqun şəkildə ortaqca yaşarmışlar. Qandinin təsis etdiyi Funiks 
eyitim mərkəzi də əşram qurallarına uyqun idarə edilirdi. Qandinin ən ünlü 
əşramı Qoceratda “Sabarmati” çayının sahilində Əhmədabad şəhrində 
yerləşirdi.   


52 
 

 
Mənim özümü cəzalandırmam hər kəsi çox rahatsız 
etdi, ancaq mühitin təmizlənməsinə səbəb oldu. Hər 
kəs  suçlu  olmanın  nə  qədər  kötü  bir  duyqu 
olduğunu  anladı.  O gündən  başlayaraq  da  istər  qız 
olsun,  istər  oğlan  bütün  öyrəncilərimlə  mənvi 
bağlarım daha da möhkəm və sarsılmaz oldu.  

 
Öz işimdə heç bir zaman haqsızlığa yol vermirdim.  
Mənim  qanuni  və  hüquqi  fəaliyətlərimin  çoxu 
ümumi  işlərə  həsr  olurdu.  Bu  yolda  başqalarından 
para  almaq  bir  yana  dursun,  həm  də  öz  cebimdən 
para ödəyirdim. Öyrənci olduğum illərdə eşitmişdik 
ki, vəkillik işi yalançılıqdır. Ancaq bu eşitdiklərim 
məni təsirləndirməmişdi. Çünkü yalan hesabına bir 
vəzifəyə  gəlmək  və  para  qazanmaq  niyyəti  məndə 
əsla  olmamışdı.  Mən  dürüstlük  ilkələrimi  Güney 
Afrikada bir neçə kərə test etdim. Bilirdim ki, qarşı 
vəkil müvəkkilinə bir sürü yalan söyləmiş. Mən də 
öz müvəkkilimə bir sürü yalan söyləyəcək olsaydım 
məhkəmədə  qalib  gələ  bilərdik.  Ancaq heç bir 
zaman bu i
şi  görmürdüm.  Xatırlayıram  ki,  bir 
davada  biz  qalib  gəlib  qazandıq.  Daha  sonra 
anladım  ki,  müvəkkilim  məni  aldatmışdır.  Hər 
zaman  qəlbimin  dərinliyində  arzu  etmişəm  ki, 
müvəkkilimin  haqlı  olduğu  davalarda  qazanmış 
olum. 
Zəhmət  haqqımı  heç  bir  zaman  məhkəməni 
qazanma  üzərindən  müəyyən  etmirdim.  Mənim 
müvəkkilim  istər  qalib  gəlsin,  istər  yenilsin  mən 
bəlirlədiyim  miqdardan  artıq  para  almırdım.  Mənə 
uğrayan müştərilərimə ilk başda deyirdim ki, mənə 
yalan  söyləməsin,  doğruları  söyləsin,  çünkü  doğru 
olmadığını  bilsəm  savunmamdan  vaz  keçəcəyəm. 
Sonuc 
böylə oldu ki, mən o qədər məşhurlaşdım ki, 
kimsə haqsız bir işindən dolayı mənə uğramırdı. Öz 


53 
 
işlərində  tam  haqlı  olmayan,  bir  az  şübhəli  olan 
müştərilər başqa vəkilə uğrayırdılar.  

 
Vəkilliklə  uğraşdığım  illərdə  ən  önəmli  bir 
xasiyətim də bu idi ki, heç bir zaman öz cəhalətimi 
müştərilərimdən 
və 
dostlarımdan 
gizlin 
saxlamazdım.  Bir  mövzu  haqqında  bilgisizliyimi 
hiss etdiyimdə müştərimə açıqca deyirdim ki, başqa 
vəkilə müraciət etsin, mən bu işi başarmayacağam. 
Mənim  bu  doğruluğum  müştəriləri  çox  məmnun 
etdiyindən gündən günə müştərilərimin sayı artırdı. 
Müştərilərim  deyirdilər  ki,  bizi  başqasının  üstünə 
göndərmə,  başqası  ilə  sən  özün  məsləhətləş,  onun 
da  parasını  biz  ödərik.  Təki  bizim  işlərimizi  sən 
yürüt. 
Müştərilərimin  mənə  olan  bu  sayqısı  daha 
sonra  mənim  toplumsal  ilişkilərimi  olumlu  yöndə 
etkiləyəcəkdi.  

 
Satyaqraha
” savaşı 1914-də bitdiyində Hindistan 
Milli  Azadlıq  Hərəkətinin  liderlərindən  olan 
Qogle´
dən mənə bir əmr gəldi. O, London yoluyla 
Hindistana dönməmi istəmişdi. Avqust ayının 4-də 
Birinci Dün
ya Savaşı başladı. Biz avqust ayının 6-
da londona çatdıq.  

 
Düşünürdüm  ki,  İngiltərədə  yaşayan  hindlilər  öz 
öhdəliklərini  bu  savaşda  yerinə  yetirməlidirlər. 
İngilis  öyrəncilər  könüllü  olaraq  orduya  gedirdilər. 
Hindlil
ərin  də  bu  şəkildə  davranmaları  gərəkdiyini 
düşünürdüm.  Ancaq  mənim  bu  görüşümə  qarşı  bir 
çox  müxalif  səslər  yüksəlirdi.  Onlara  görə  hindilər 
və  ingilislər  arasında  fərq  var  idi.  Biz  kölə 
sayılırdıq,  ingilislər  ağa.  Bir  kölə  zalim  ağasının 
ehtiyacı olduğunda ona necə yardım edə bilər? Əsir 
kölə  ağasının  möhtaclıq  durumdan  yararlanıb  öz 
azadlığını  əldə  etməsi  daha  yaxşı  olmazmı?  Bu 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə