Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə22/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

69 
 
atmışam.  Bu imtinalardan sonra hiss etdim ki
özümə güvənərək davrana bilərəm. Xalqıma xidmət 
etmək üçün önümü kəsəcək heç bir şey qalmamışdı. 
O  gündən  başlayaraq  içim  inanılmaz  işıqla  və 
mutluluqla  dolmuşdu.  Daha  sonra  bir  şeyə  sahib 
olsaydım  da  onu  bir  dərdsər  kimi  görürdüm.  Bu 
imtinalarımdan  sonra  içimi  dolduran  mutluluğun 
səbəbini  aradım  və  böylə  bir sonuca vardım:  Bir 
şeyi  öz  şəxsi  malım  kimi  saxlasaydım,  qorunması 
üçün  onu  bütün  dünya  qarşısında  savunmalı  idim. 
Bir  çox  yoxsul  və  möhtac  insanları  görürdüm.  Bir 
şey saxlayacaq olsaydım bu yoxsul və acların mənə 
saldırıb  əlimdəkiləri  almaq  istədiklərində  polisə 
uğramaq 
zorunda 
qalacaqdım. 
Öz-
özümə 
düşünürdüm  ki,  böylə  bir  hadisə  olsa,  mənə 
saldıranlar  kötülükləri  üzündən  saldırqan  olmaya 
bilərlər.  Yəqin  ki,  onların  məndə  olanlara  məndən 
daha çox ehtiyacları var. Daha sonra da bu düşüncə 
məndə  oluşmağa  başladı  ki,  bir  şeyə  sahib  olmaq 
günahdır. Mən yalnız başqalarının sahib ola biləcəyi 
şeylərə  sahib  ola  bilərəm.  Ancaq bilindiyi kimi, 
böylə  bir  şey  mümkün  deyildir.  Bu  üzdən  də  hər 
kəsin  sahib ola  biləcəyi  tək  şey  heç  bir  şeyə  sahib 
olmamaqdır.  Başqa  bir  deyimlə  hər  şeydən  iradi 
olaraq  əl  çəkmək.  Bu  mütləq  inanc  məndə  özünə 
yer  etdikdən  sonra  bədənimin  də  Tanrı  iradəsinə 
təslim olma təmayülü ortaya çıxmalı idi. Bu üzdən 
də  bədənim  öz  ixtiyarımda  olduğu  müddətcə 
əyləncələrə  meyllənməməli,  zövq  arxasınca 
getməməli  idi.  Bədənim  hər  an  xidmət  arxasınca 
yürüməli,  bütün  oyaqlıq  vaxtımı  xidmətə  həsr 
etməli idi. Bu qonu bədənim haqqında keçərli isə, o 
zaman paltarlarım və digər şeylərim üçün də keçərli 
olmalı  idi.  Bu  üzdən  də  yoxsulca  bir  həyat  tərzi 


70 
 
seçməyə qərar verdim. Şübhəsiz ki, bu yolda mütləq 
kamala çatmaq qeyri-mümkündür. Ancaq insan 
başardığı  qədər  bu  yolda  irəliləməlidir.  Bu yolda 
daha  da  irəlilərə  varıb  hər  şeydən  imtina  edənlər 
dünyanın  ən  bahalı  xəzinələrinə  sahib  olduqlarını 
görmüş olurlar.  

 
Ilk g
ənclik  çağlarımdan  dini  kitabları  əxlaqi 
öyrətilərini  dəyərləndirərək  oxumağa  alışmışdım. 
Mənim üçün möcüzələrin dəyəri yox idi, ilgi çəkici 
deyildi. 
Peyqəmbərlərin  möcüzələr  göstərdiyini 
deyirdilər.  Bu  möcüzələri  söylənildiyi  kimi  qəbul 
etsəydim  də,  onların  eyiticilik  açısından  mənim 
üçün heç bir dəyəri yox idi. Əxlaqın kürəsəl üsulları 
ilə  bu  möcüzələrin  heç  bir  ilişkisi  yoxdur.  Dini 
öndərlərin  sözləri  ruhumda  canlı  və  etkili  güc 
qaynaqları oyadır. Bu sözləri adi xalq kütlələrindən 
duyduğumda bənzər təsirə qapılmıram. Sanıram bu 
sözlər  məzhəblərin  milyonlarca  tərəfdarlarına  da 
eyni təsiri göstərirlər. Məncə Hz. İsa da dünyanın ən 
böyük öyrətmənlərindən biridir. Heç şübhəsiz ki, O, 
öz  zamanında  vəfalı  tərəfdarlarının  arasında 
“Tanrının  biricik  oğlu”  idi.  Ancaq  mənim  də  o 
şəkildə  inanmağıma  ehtiyac  yoxdur.  Hz.  İsanın 
öyrətiləri  mənə  də  çox  təsir  etmişdi.  Çünkü  mən 
Onu Tanrının oğullarından biri sayıram. Hz. İsa öz 
zamanında  Tanrıya  ən  yaxın  olan  şəxs  olmuşdur. 
Hz.  İsa  Ona  inananların  günahlarının  cəzasını  öz 
üzərinə götürürdü. Onlara xətasız bir örnək olmağa 
çalışırdı.  Ancaq  əzaba  qatlaşmayaraq  rahatca 
yaşamaq istəyənlər üçün bu örnək olmanın heç bir 
dəyəri  yox  idi.  Arınmış  altun  arınmamış  altundan 
hasil  olduğu  kimi,  islah  edilmiş  bir  şəxs  də  islah 
edilməyə ehtiyacı olan şəxsdən hasil olur. Mən çox 


71 
 
açıq bir şəkildə öz suçlarımı etiraf edirəm. Bu yolla 
da  Tanrıya  doğru  hərəkət  etdiyimi  düşünürəm. 
Tanrıya doğru bu hərəkətimdə günəşin istisini hiss 
etməm  yetərlidir.  Özümü  islah  etmək  üçün  sadəcə 
qaçınmalarıma, oruclarıma, dualarıma dayanmamın 
çox  dəyərsiz  olduğunu  bilirəm.  Ancaq  başqa  bir 
açıdan  onların  mənim  üçün  böyük  önəmi  var. 
Çünkü  bu  yolla  məni  yaradanın  qucağına 
sığınacağıma inanıram.  

 
İngilis  bir  dostum  30  il  müddətində  mənə  isbat 
etməyə çalışmış ki, hind məzhəbi kafirlikdən başqa 
bir  şey  deyildir  və  mən  xristian  olmalıyam. 
Zindanda olduğum zaman müxtəlif qaynaqlardan ən 
az  üç  tür  “Müqəddəs  Tərz  bacı”
*
 
kitabını  mənə 
göndərdilər.  Bu  ümidlə  ki,  mən  onun  həyatından 
ibrət  dərsi  alıb  Hz.  İsanı  Tanrının  tək  oğlu  kimi 
qəbul  edəcəyəm.  Mən  bu  kitabı  böyük  bir  həvəslə 
oxudum. Ancaq “
Müqəddəs  Tərzin”  dəlillərini 
qəbul  edə  bilmədim.  Geniş  bir  zehn  gücünə  sahib 
olduğumu  söyləyə  bilərəm.  Həyatın  bu olqun 
evrəsəində  bu  qonular  haqda  geniş  və  açıq  zehnlə 
düşünmək mümkündür. Bu gün yayqın xristianlığa 
qarşı  üsyan  etmişəm.  Məncə  bu  günkü  xristianliq 
Hz.  İsanın  öyrətilərinin  tərsinədir.  Hz.  İsa 
düşüncələrini  dəyişik  yollarla  topluma  çatdıran  bir 
asiyal
ı  idi.  Ancaq  Roma  imperatorluğu  xristianlğı 
qəbul  etdikdən  və  onu  dövlət  politikası  durumuna 
gətirdikdən sonra xristianlıq bir imperialist məzhəb 
halına  dönüşdü.  Bu  günə  qədər  də  o  şəkildə 
qalmaqdadır.  Şübhəsiz  ki,  xristianlıq  dünyasında 
nəcabətli  istisnalar da var. Ancaq  onun  genəl 
təmayülləri söylədiyim kimidir. 
                                                 
*
 Xristianl
arın təbliğat kitablarından.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə