Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə9/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

28 
 
xiyabanda  yerləşirdi.  Kruqerin  evi  çox  sadə  idi  və 
ətrafında bağ filan da yox idi. Qonşu evlərdən heç 
də fərqlənmirdi. Bir çox Perturya zənginlərinin evi 
prezidentin  evindən  daha  görkəmli  görünürdü. 
Prezident  Kruqerin  evinin  bu  qədər  sadə  olması 
dildən-dilə düşmüşdü. Ancaq prezident buna aldırış 
etmirdi. 
Prezidentin  evinin  önündə  bir  polis 
gözətçinin  olması  göstərirdi  ki,  orası  rəsmi  dövlət 
yetkilisinin evidir. 
Mən  hər  gün  burdan  keçir  və 
polisin durduğu nöqtənin kənarından gedirdim. Heç 
bir  zaman  da  kimsə  məni  bu  keçidləri  keçərkən 
əngəlləməmişdi. 
 
Gözətçinin 
dəyişildiyini 
görürdüm. 
Bir  gün  bu  gözətçilərdən  biri  məni 
uyarmadan, hətta heç bir söz demədən məni itələyib 
küçənin  ortasına  yıxdı.  Mən  dəhşətə  gəlmişdim. 
Mən  ondan  niyə  böylə  davranması  ilə  bağlı  sual 
sormaq  istəyirdim.  Bu  zaman  atının  üstündə 
təsadüfən ordan keçən cənab Kutisi gördüm. Kutis 
bağırdı:  
“Qandi, 
mən  hər  şeyi  gördüm.  Sən  bu  polisdən 
məhkəməyə  şikayət  etsən  mən  tanıq  olmağa 
hazıram. Çox üzgünəm ki, sənə böylə saldırdı.” 
Dedim:  “Üzgün  olmayın.  Bu  yazıq  adam  sanır  ki, 
bütün rəngli adamlrın hamısı kötüdür. Öz rəngində 
olmayan  hər  kəsi  kötü  görür.  Mən  özümə  söz 
vermişəm  ki,  öz  haqqımın  əzilməsi  ilə  bağlı  heç 
vaxt məhkəməyə baş vurmayacağam. Bu üzdən bu 
polisdən şikayət etməyi düşünmürəm.” 

 
Bu  olay  orada  yaşayan  hindlilərə  məni  daha  çox 
bağlayırdı.  Demək  ki,  hindlilər  bu  şəkildə 
aşağılanmalara  çox  məruz  qalırmışlar.  O  gündən 
başlayaraq  oradakı  hindlilərin  durumunu  dərindən 
və daha yaxından öyrənməyə çalşdım. Bu araşdırma 


29 
 
sadəcə  oxumaq  və  dinləməklə  sınırlı  olmurdu. 
Özüməməxsus  araşdırma  tərzi  gəlişdirmişdim. 
Düşünürdüm  ki,  özünə  hörmət  edən  bir  hind 
Afrikada necə yaşaya bilər? Sürəkli düşünürdüm ki, 
bu durumu necə düzəltmək olar? Bu zaman ümumi-
sosia
l işlərlə uğraşmağa vaxt tapdım, bu yolda bəzi 
təcrübələr əldə etdim. Tam bu çalışmalar ortamında 
məzhəbi  ruh  mənim  içimi  sarmış  oldu.  Bu zaman 
hüquqi və qanuni işlərlə bağlı önəmli gerçək bilgilər 
əldə etdim.  

 
Anladım ki, gerçək bir vəkilin işi qarşı tərəfləri bir-
birinə  yaxınlaşdırmaqdır.  Bu  düşüncə  mənimlə 
öyləsinə  iç-içə  oldu  ki,  20  illik  vəkillik  işlərimdə 
əsla  bir  ilkə  olaraq  məndən  ayrılmadı.  Böyləcə 
yüzlərcə  qarşı  tərəfləri  bir-biri  ilə  barışdıra  bildim. 
Bu  tür  çalışmamda  heç  bir  şey  itirmirdim.  Nə 
paramı itirirdim nə də vicdanımı.  

 
İnsan öz könlünün istədikləri kimi davransa, bir çox 
i
stəklərinə  çata  bilər.  Mən  öz  sınaqlarımda 
görür
düm  ki,  bu  yöntəm  doğru  yöntəmdir. 
Yoxsullara və yazıqlara yardım etmək könül istəyim 
olmuşdur.  Bu  istək  məni  onların  içinə  sövq  edirdi. 
Bu, mənə imkan verdi ki, özümü onlar kimi hiss edə 
bilim.  

 
Vəkillik  fəaliyətimdən  3-4  ay  keçmişdi.  Yenicə 
təsis etdiyimiz konqrə
*
 
hələ ilkin günlərini keçirirdi. 
Bir  gün  köhnə  cırıq  paltarla  bir  hindli  qırılmış 
dişləri  və  ağız-burnu  dolu  qanla  önümdə  durdu. 
Ağası  onu  sərtcə  döyüb  yaralamışdı.  İşçilərimin 
birinin yardımı ilə bu adam haqqında bilgi topladım. 
Balasundaram 
adlı  bu  adam  staj  yapmaq  üçün 
                                                 
*
 
Konqrə Qandinin Natalda hindlilərdən oluşdurduğu təşkilat idi. Bu təşkilat 
orada yaşayan hindlilərin haqlarını savunurdu.  


30 
 
Durbanda  sakin  olan  bir  avropalının  əlinin  altında 
çalışırdı.  Ağası  ona  qızmış  və  özünü  kontrol  edə 
bilməyib  Balasundaramı  bərk  döymüşdü.  Mən  onu 
müalicə  alması  üçün  doktora  göndərdim.  O zaman 
orada,  yalnız  ağdərili  doktorlar  var  idi.  İstəyirdim 
doktor onun döyülməsi ilə ilgili bir bəlgə versin. Bu 
bəlgəni  alıb  və  dirək  olaraq  Balasundaramla  bir 
yerdə  məhkəməyə  getdik.  Qazi durumu 
öyrəndikdən  sonra  sinirlənib  Balasundaramı  döyən 
işverəni məhkəməyə çağırdı.  

 
Bu  xəbər  qısa  sürədə  yayıldı  və  orada  çalışan 
hindililər məni öz yaxın dostları saymağa başladılar. 
Mən də ilişkilərin bu biçim gəlişməsindən çox razı 
idim. 
Yüzlərcə  staj  yapan  işçi  mənim  dəftərimə 
uğramağa  başladı.  Onların  dərdləri  ilə  tanış  olmaq 
üçün bu, mənim üçün yaxşı fürsət idi.  

 
Heç bir zaman bunu anlaya bilmədim ki, bir insan 
öz həmcinsini aşağılamaqdan necə qürur duya bilər? 

 
Bütün  vücudumla  insanlara  və  topluma  xidmət 
etməyə  çalışmağımın  səbəbi  özümü  tanımaq  idi. 
Xalqa xid
mət  etməyi  öz  məzhəbim  etmişdim. 
Düşünürdüm ki, yalnız xalqa xidmət edərək Tanrını 
tanımaq  olar.  Hindistana  xidmət  öz-özünə  ortaya 
çıxırdı.  Mən  səfər  və  səyahət  həm  də  öz  şəxsi 
həyatımı  təmin  etmək  üçün  Güney  Afrikaya 
getmişdim.  Ancaq  anlatdığım  kimi,  orada özümü 
Tanrının  axtarışına  həsr  etdim,  özümü  anlamağa 
çalışdım.  

 
İngilis  yasalarını  mənim  kimi  yaxşı  bilib  və  ona 
bağlı olan çox az adam tanıyıram. Indi anlayıram ki, 
mənim  doğruluğa  olan  inancım  yasalara  olan 
sayqımdan  qaynaqlanmış.  Heç bir zaman özümü 
s
axta  bir  şəkildə  hansısa  yasalara  bağlı  olaraq 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə