Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə8/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

24 
 
bulunmuşdu:  “Biz  Güney  Afrikada  çalışırıq  və 
müəssisəmiz  çox  böyükdür.  Oranın  məhkəməsində 
40 min məbləğində bir dava açmışıq. Bir sürədir bu 
dava sürməkdədir. Ən yaxşı hüquq danışmanları və 
vəkilləri  işə  almışıq.  Siz  də  qardaşınızı  ora 
göndərsəniz həm bizə həm də sizə çox yararlı olar. 
O,  bu  işdən  yaxşı  para  qazana  bilər,  ayrıca, 
dünyanın fərqli bir yerini görməsi üçün də bir fürsət 
əldə etmiş olur.” 

 
Mən  oraya  bir  vəkil  kimi  deyil,  müəssisənin  bir 
təmsilçisi  kimi  göndərildim.  Ancaq Hindistandan 
uzaqlaşmaq  istəyirdim.  Ayrıca,  yeni  bir  ölkəni 
görüb  fərqli  təcrübələri  yaşama  düşüncəsi  də  məni 
bu  işə  təhrik  edirdi.  Bunun  yanı  sıra  105  pund 
qardaşıma  yardım  edərək  ailənin  ağır  xərcinə 
yardımda  buluna  biləcəkdim.  Bu  üzdən  də  heç  bir 
etiraz  etmədən  önərini  qəbul  edərək  Afrikanın 
güneyinə yola düşdüm. 

 
Afrikanın  güneyinə  doğru  hərkət  edərkən, 
İngiltərəyə  getdiyim  kimi  ayrılıq  acısını  hiss 
etmirdim. 
Çünkü  artıq  anam  ölmüşdü.    Xarici 
ölkələrə  səfər  haqqında  təcrübələrim  var idi. 
Rackutdan Bəmbəiyə getmək də mənim üçün artıq 
çətin  iş  deyildi.  Bu  dəfə,  yalnız  xanımımdan  ayrı 
qalma  acıları  içimi  doldururdu.  İngiltərədən 
dönəndən  sonra  başqa  bir  evladımız  da  olmuşdu. 
Bizim sevgimiz hələ şəhvətdən arınmamışdı. Ancaq 
zaman keç
dikcə  daha  da  təmizlənirdi.  Mən 
Avropa
dan  döndükdən  sonra  bir  yerdə  çox az 
olurduq. 
Çünkü artıq həm də xanımımın öyrətməni 
olmuşdum.  Bir  az  laqeyd  davransam  da  ona  bəzi 
bilgiləri  öyrətməyə  çalışırdım.  Hər  ikimizdə 
inanırdıq  ki,  bu  islahatların  gerçəkləşməsi üçün 


25 
 
daha  çox  bir  yerdə  yaşamalıyıq.  Ancaq Güney 
Afrikanın cazibəsi ayrılıq acılarına üstün gəlirdi. 

 
Afrikaya  varışımızda  bizi  qarşılamağa  bir sürü 
adam  gəlmişdi.  Onlara  baxdığımda  gördüm  ki, 
hindililərə  hörmətləri  yoxdur.  Məni  görənlər  çox 
maraqla  mənə  baxırdılar.    Mənim  paltarım  digər 
hindlilərin  paltarından  fərqli  idi.  Əyinimdə  yaxası 
düyməli  pencək  və  başımda  əmmaməyə  bənzər 
sarıq var idi.  

 
Afrikaya  varşımın  üçüncü  günündə  Durban 
şəhrindəki  bir  məhkəmə  duruşmasını  izləməyə 
getdim.  Bizi Afrikaya aparan 
Abdulla  Şit  adında 
patron  məni  bir adama  təqdim  edib  öz  vəkillərinin 
yanında oturtdu. Məhkəmənin hakimi diqqətlə məni 
baxırdı.  Sonunda  üzünü  mənə  tutub  başımdan 
sarığımı çıxarmamı istədi. Məhkəmənin qanunlarına 
görə başı sarıqlı ya da papaqlı məhkəmə salonunda 
olmaq  hörmətsizlik  sayılırmış.  Mən  Qazinin  bu 
istəyini qəbul etməyib oranı tərk etdim. 

 
Varışımın  yeddinci  ya  da  səkkizinci  günü  idi. 
Durbandan Perturya´ya h
ərəkət etdim. Qatarda bir 
dərəcəli yer mənə rezerv edilmişdi. Gecə saat 9-da 
Qatar  Natalın  başkəndi  Martizburqa  çatdı.    
Genəldə 
yolçular 
yataq 
ləvazimatını 
bu 
dayanacaqda təmin edirdilər. Dəmiryolu işçilrindən 
biri  içəriyə  girib  yataq  istəyib  istəmədiyimi  sordu. 
Mən  də  “Yox,  mən  özümlə  yataq  ləvazimatını 
götürmüşəm”  dedim.  Adam  dışarı  çıxdı.  O 
çıxdıqdan  onar  içəriyə  başqa  birisi  girib  məni 
başdan ayağa süzdü və mənim “rəngli” bir müsafir 
olduğumu  gördü.  Bu  durumdan  adam  rahatsız 
görünürdü. 
Dışarıya çıxıb bir sürə  onar rsəmi iki 


26 
 
görəvli ilə geri dönüb mənə “Çıx dışarı, sən sizlərə 
özəl vaqona minməli idin. Burası sizlərə aid deyil.” 
Mən dedim: Ancaq mənim biletim buranı göstərir.  
Hamısı  bir  səslə  dedi:  Biletin  haranı  göstərməsi 
önəmli  deyil.  Sənə  dedik  ki,  başqa  vaqona 
getməlisən. “Rəngli”lərə məxsus olan vaqona.  
Mən  dedim:  Mən  də  sizə  deyirəm  ki, Durbanda 
mənim buraya minməyimə izn verdilər. Bu vaqonda 
oturmuşam  və  başqa  vaqona  da  getməyəcəyəm. 
Çünkü bura mənim yerimdir. 
Məmur  dedi:  Yox,  gedəcəksən.  Getməsən  polisi 
çağıracam səni burdan dışarı atacaq.  
Dedim:  Siz  polisi  çağıra  bilərsiniz.  İstərsəniz 
çağırın.  Ancaq  mən  öz  istəyimlə  buranı  tərk 
etməyəcəyəm. Çünkü burası mənim yerimdir. 
Polisi  çağırdılar.  Polis  mənim  əlimdən  tutub  zorla 
dışarı  atdı.  Yolçuluq  əşyalarımı  da  dışarı  atdılar. 
Mən  bir  başqa  vaqona  getməyi  qəbul  etmədim. 
Qatar  yola  düşüb  getdi.  Sadəcə  əlçantamı  alıb 
bəkləmə  odasına  getdim.  Digər  əşyalarım  orada 
dağıldığı  kimi  qaldı.  Dəmiryolu  işçiləri  əşyalarımı 
toparlamışdılar.  Qış  fəsli  idi.  Güney  Afrikanın 
yüksəkliklərində  qış  çox  sərt  olur.  Yüksəklikdə 
yerləşən  Maritzburq  da  çox  soyuq  idi. Paltovumu 
çamadanıma  qoymuşdum.  Təkrar  aşağılanmaq 
qorxusundan  paltomu  istəyə  bilmirdim.  Çarəsiz 
olaraq  orada  soyuqdan  titrəyərək  gözləməli  idim. 
Otaqda nə işıq var idi nə də çıraq. Gecəyarısı içəriyə 
bir  müsafir  gəldi.  Sanki  mənimlə  danışmaq 
istəyirdi. Ancaq danışmağa həvəsim yox idi.  

an öz görəvim haqda düşünürdüm: Burada qalıb 
öz  haqqımı  savunmalı  idim,  yoxsa  Hindistanamı 
dönməli  idim?    Ya  da  bu  aşağılanmaya  aldırış 
etmədən  Perturyayamı  getməli  və  oradakı 


27 
 
araşdırmamı  tamamlayıb  gerimi  dönməli  idim? 
Görəvimi 
bitirmədən 
Hindistana 
dönmək 
qorxaqlığın  göstərgəsi  olacaqdı.  Qarşılaşdığım 
çətinliklər  çox  ciddi  deyildi,  sadəcə  irqçiliyin 
bəlasına tuş olmuşdum. Bu bəla ilə savaşmalı idim. 
Savaş üçün də çətinliklərə qatlaşmaq gərəkirdi. Bu 
üzdən  də  bir  sonrakı  qatarla  Perturyaya  getməyə 
qərar verdim.  

 
İlk  görəvim  Perturyada  yaşayan  hindliləri  toplayıb 
onlara  irqçiliyin  kötülükləri  haqda  danışmaq  idi.  
Onları bu yöndə aydınlatmaq gərəkirdi.  

 
O mitinqdəki nitqim demək olar ki, bir toplantıdakı 
ilk  qonuşmam  sayılırdı.  Durum  haqqındakı 
söhbətimi öncədən çox diqqətlə hazırlamışdım. Hər 
zaman  tacirlərin  və  alverçilərin  ticarətdə 
doğruluğun  olmayacağı  söyləntilərini  eşitmişdim. 
Mən  bu  sözləri  qəbul  etmirdim  və  yenə  də  qəbul 
etmirəm.  İndinin  özündə  də  doğruluqla  ticarətin 
uyuşmayacağını  savunan  dostlarım  var.  Bunlara 
görə ticarət əməli və doğruluq isə, məzhəbi bir işdir. 
Bunlara  görə  əməli  işlə  məzhəbi  işlərin  sahələri 
başqadır.  Bu  üzdən  doğruluğun  ticarətdə  keçərli 
olmayacağına  inanırlar.  Mən  öz  qonuşmamda 
şiddətlə  bu  tür  baxışa  qarşı  çıxdım.  Tacirləri  və 
alverçiləri dürüst və doğru olmağa səslədim. Bu işin 
iki  baxımdan  Hindistan  üçün  yararlı  olacağını 
savundum.  Birincisi  doğruluğun  zəruri  olmasını 
düşünmək  gərəkirdi  və  ikincisi  də  bu  ki,  onların 
yabancı  bir  ölkədə  doğru  olmamalarının  görüntüsü 
milyonlarca vətəndaşlarının hesabına yazılacaqdı. 

 
Yol ke
çidlərindən yararlanmaq da bir neçə  kərə 
m
ənə  sorun  çıxardı.  Mən  genəldə  Prezident 
xiyabanından keçirdim. Prezident Kruqerin evi bu 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə