Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə19/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   15   16   17   18   19   20   21   22   ...   74

60 
 
yanlışlıqlarıma  etiraf  etməklə  özümü  güclü  hiss 
edirəm.  Hədəfə  çatmaq  üçün  doğruluğu  və 
dürüstlüyü  bir  ilkə  olaraq  qəbul  etmək  gərəkir. 
Yanlış tutumda və davranışda israr edən bir şəxs öz 
hədəfinə çata bilməz.  

 
Mən  özümü  “mahatma”  ləqəbinə  layiq  görmürəm. 
Dövlətlə əməkdaşlığım olmasa da, məni “mahatma” 
adlandıran, məni “müqədds” görən insanların suçlu 
sayılması yolunda bir qanunun çıxarılmasına böyük 
məmnuniyətlə  dəstək  verərəm.  Öz  kontrolumda 
olan “əşram”da böylə qanunların olması yasaqdır.  

 
Sanıram  bu  bölümü  bitirmənin  zamanı  gəlmişdir... 
Bundan sonrakı mənim həyatım ümumi həyatla elə 
qaynayıb qarışmışdır ki, orda olanların hamısını hər 
kəs  bilməkdədir.  Hər  kəs  istərsə,  bundan  sonrakı 
həyatımı ayrıntıları ilə anlaya bilər. Mənim həyatım 
açıq bir kitab kimidir. Heç bir gizlin tərəfim yoxdur. 
Heç bir gizlin olayı da təşviq etmir, dəstəkləmirəm.  

 
Sürəkli  təcrübələrim  məni  inandırmışdır  ki, 
doğruluqdan  (həqiqətdən)  başqa  bir  Tanrı  yoxdur. 
Burada  yazdıqlarım  ahimsa  gerçəyini  açıqlamırsa, 
yazdıqlarımın heç bir anlamı yoxdur. Bu doğrultuda 
mənim  çalışmalarım  verimsiz  isə,  oxucular 
anlamalıdırlar 
ki, 
bunlar 
mənim 
bəyan 
əksikliyimdən  asılı  olmuşdur,  mütləq  həqiqətin 
əsasının yanlış olduğundan asılı deyildir.  

 
Hindistana döndüyümdən sonra içimdə yatmış olan 
gizlin  şəhvət  duyquları  oyanmağa  başlamışdı. 
İçimdə  baş  qaldıran  bu  duyqular  məni  məğlub 
etməyi  başarmasalar  da,  ancaq  ciddi  şəkildə 
utanırdım.  Bu  duyqularım  üzərinə  qalib  gəlmə 
çalışmalarım məni daha da canlı tutur, güclü qılırdı. 
Ancaq  bilirəm  ki,  önümdə  keçməm  gərəkən  daha 


61 
 
çətin yollar var. Özümü tam olaraq heçliyə çatdırıb 
sıfırlaşdırmalıyam.  İnsan  öz  iradəsi  ilə  özünü  öz 
həmcinsləri  yanında  sıfır  görmədikcə,  onun 
qurtuluşu  mümkün  deyildir.  Ahimsa  ən  yüksək 
alçaqkönüllülük gərəkdirməkdədir.  

 
İnsanların  məni  öymələri  məni  gerçəkdən  də 
xəstələndirir.  Əgər  üzümə  tüpürsəydilər  bu 
öymələrdən daha  yaxşı olar  və  mən  daha  məmnun 
qalardım.  Böylə  olsaydı,  bu  qədər  etiraflara,  öz 
durumumu revizə etməyə gərək qalmazdı.  

 
Öz  şəxsi  həyatımda  rənglilik  oluşduracaq,  mənə 
həyəcanlar və zövqlər yaşadacaq olaylara ehtiyacım 
yoxdur. 
Bunlar  şahların  sarayında  bər-bəzək  olan 
araclardır.  Mən  hindulara  xidmət  etdiyim  qədər 
müsəlmanlara, xristianlara və yəhudilərə də özümü 
mənsub bilirəm. Gerçək bir xidmətçinin heysiyyətə 
(etibara)  deyil,  məhəbbətə  ehtiyacı  var.  Vəfalı  bir 
xidmətçi olduğum sürəcə ümumi  məhəbbət  mənim 
üçün təmin olacaqdır.  

 
Səbəblərindən  asılı  olmayaraq  Avropanı  və 
Amerikanı  görmək  istəmirəm.  Oralara  səfər 
etməkdən qorxuram. Bu, öz millətimi onlardan daha 
artıq  sevdiyimdən  dolayı  deyildir.  Özümə 
güvənmədiyimdən  dolayı  böylə  düşünürəm. 
Müalicə  üçün,  hətta  səyahət  üçün  Qərbə  getmək 
istəmirəm.  Ümumi  toplantılarda  qonuşmağa  da 
həvəsim  yoxdur.  Adamları  öz  çevrəmə  toplayıb 
şəhrət  qazanmaqdan  xoşlanmıram.  Tanrı  məni 
Qərbə  göndərsə,  bu,    orada  yaşayan  insanların 
könlündə  məhəbbəti  gücləndirmək  üçün  olacaqdır. 
Ancaq  düşünürəm  ki,  Qərbə  söyləyəcək  özəl  bir 
məsajım  yoxdur.  Mənim  məsajımın  cahanşümul 
tərəfinin  olmamasına  baxmayaraq,  düşünürəm  ki, 


62 
 
öz  vətənimdə  çalışaraq  dünyaya  xidmət  edə 
bilərəm.  Dünyaya  olumlu  məsaj  verə  bilərəm. 
Hindistanda parlaq bir uğur qazana bilərsəm, onun 
işığı  dünyanı  da  etkiləyəcəkdir.  Hindistana  faydalı 
ola  bilməyəcəyimi  görsəm,  başqa  bir  yerə  də 
getməyəcəyəm.  Hindistanın  mənim  məsajlarımı 
anlamış  olması  təqdirdə  başqa  bir  yerə  səfər  edə 
bilərəm.  Bu  üzdən  Qərbdə  yaşayan  dostlarımın 
dəvətlərini ehtiyatla qarşılarkən, ancaq düşünürdüm 
ki, 
Romən Rollan
1
ı görmək üçün olsa da Avropaya 
getməyə  dəyər.  Özümə  güvənim  olmadığından  o 
böyük  insanla  görüşü  bu  səfərim  üçün  bəhanə 
gətirirdim.  Bu  üzdən  də  Romən  Rollanla  açıqca 
danışdım.  Ona  dedim  ki,  mənim  bu  səfərimi  sırf 
səni görmək ölçüsündə tərtib edə bilərikmi? Romən 
Rollan 
da  dedi  ki,  həqiqət  adına  bu  səfər 
gerçəkləşərsə,  onu  sırf  məni  görməklə  sınırlamaq 
olmaz  və  mən  buna  razı  deyiləm.  O da böylə 
düşündü ki, sırf onunla görşmək üçün Hindistandakı 
işlərimi  yarımçıq  buraxıb  getməm  doğru  olmaz. 
Gerçək  budur  ki,  bu  görüşün  dışında  məni 
Avropaya aparacaq 
başqa  bir  cazibə  ortada 
olmamışdır. Bu qərarımdan dolayı üzgün olsam da 
doğru  olduğuna  inanıram.  Çünkü  bir  tərəfdən 
Avropaya getmək üçün heç bir ruhi və daxili zərurət 
hiss  etmirəm,  digər  tərəfdən  vicdanımdan  bir  səs 
hayqırır  ki,  Hindistanda  etmən  gərəkən  çox  işlər 
var.  

 
Özümü  elə  tərbiyə  etmişəm  ki,  bütün  yer  üzündə 
heç  bir  şeyə  nifrət  etmirəm.  Qırx  illik  davamlı 
inzibat və sürəkli dualarla kimsəyə nifrət etməməyi 
alışqanlıq  halına  gətirmişəm.  Bilirəm  ki,  bu,  çox 
                                                 
1
 
Böyük humanist fransız yazarı.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə