99
ucuz materiallarla (rəngli lent və kağız) işləməyi təmin edir,
həm standart formalı kağızdan, həm də rulon tipli kağızdan
istifadə etməyə imkan verir.
Printerin başlığı 9, 18 və ya 24 iynəli ola bilirlər. Printerin
modelləri arasında həm geniş karetkalı (A3- formatı), həm də
ensiz karetkalı (format-A4) modellərə rast gəlinir. Yüksək çap
keyfiyyəti NLQ (Near Letter Quality - tam makinə keyfiyyətinə
yaxın) rejimində işləyən 9 iynəli printerlərdə, həm də LQ (Letter
Quality -makinə keyfiyyətli) 24 iynəli printerlərdə əldə edilir.
Bir qayda olaraq, müasir printerlər "rezident” və ya yüklənən
miqyaslı şriftlərlə təmin olunurlar. Bu sahədə Epson, Star,
Micronics,
Okidata
firmalarının
məhsulları daha
çox
yayılmışdır.
Şırnaqlı printerlər. Bu
printerlər
mürəkkəblə işləyir.
Şırnaqlı printerlər matris tipli zərbəsiz işləyən çap qurğularına
aid edilə bilərlər.
Termoprinterlər. Bu üsulla təsviri kağıza çap etmək üçün
kağızın ayrıca götürülmüş hər hansı bir hissəsi qızdırılır. Belə
halda kağız müəyyən nazik termohəssas örtüklə örtülür. Lokal
qızdırma zamanı həmin örtüyün təsviryaradıcı birinci
komponenti əvvəlcədən rəngsiz rənglə qarışaraq kağız üzərində
görünən ləkə yaradır. Ümumiyyətlə, bu üsulla müxtəlif
rənglərdə çap etmək mümkündür. Bir qayda olaraq, çap vaxtı
qara rəngli təsviri təmin edən örtük daha yüksək temperatur və
çap başlığınmm böyük təzyiqini tələb edir.
Lazer və LED (Light Emitting Diode) printerləri. Bu
printerlərdə quru toz hissəciklərindən istifadə edilir. Quru toz
kağız üzərində yerləşdirilən “toner”dən ibarətdir. Lazer
printerinin əsas hissəsi yarımkeçirici lazer olan fotohəssas çap
barabanı və optik-mexaniki sistemdir. LED printerlərində isə
yarımkeçirici lazeri xırda işıq diodları əvəz edir.
Çap rənginə görə isə printerlər 3 qrupa bölünür:
Ağ-qara printerlər;
Rəngli çap funksiyasına malik olan ağ-qara printerlər (bu
modelə matrisli və şırnaqlı printerlərdə rast gəlinir);
Rəngli printerlər.
100
Çoxfunksiyalı qurğular. Bir gövdədə birləşən printer,
skaner, surət çıxaran (kseroks), bəzi hallarda isə faks
çoxfunksiyalı qurğu və ya “
kombayn” adlanır. “Kombayn”ın
tərkibində olan qurğular üçün heç bir standart olmur: məsələn,
printer çox vaxt şırnaqlı, bəzi halda isə lazer ola bilər və s.
Nəzərə almaq lazımdır ki, bu qurğu sıradan çıxdıqda, biz eyni
zamanda 3-4 qurğudan məhrum olmuş oluruq.
8.2.3. Plotter
Plotter mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli
təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə
çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən
konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan
təşkilatlarda istifadə olunur.
8.2.4. Akustik sistemlər (səsucaldıcılar)
Akustik sistemlər audioinformasiya ilə işi təmin edir. Buna
səs ucaldıcıları, qulaqcıqları, mikrofonu aid etmək olar. Akustik
sistemlər 2 cür olur: daxili və xarici.
8.3. Rabitə qurğuları və verilənlərin ötürülməsi
8.3.1. Modem
downloaded from KitabYurdu.org
101
Rabitə qurğularından telefon kanalı vasitəsilə İnternetə
qoşulmaq üçün istifadə edilir. Onların tipik nümayəndəsi
modemdir.
Modem – kompüterin İnternet şəbəkəsinə qoşulmasını
təmin edən qurğudur. Bu qurğu, kompüter və telefon xətləri
arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya
əksinə avtomatik çevirir. Bu çevrilmə onunla əlaqədardır ki,
kompüter rəqəmli siqnallarla işlədiyi halda, telefon analoq
siqnallarla işləyir. Texnikada rəqəmli siqnalların analoq
siqnallarına
çevrilməsinə
modulyasiya,
əks
prosesə
demodulyasiya deyilir.
Modemin buraxma qabiliyyəti iki parametr: informasiyanın
ötürülmə sürəti və informasiyanın tutumu ilə səciyyələndirilir.
İnformasiyanın ötürülmə sürəti bod ilə ölçülür. Yəni əgər
modem saniyə ərzində analoq siqnallarının xarakteristikasını
2400 dəfə dəyişirsə, deməli onun informasiyanı xəttə ötürmə
sürəti 2400 boddur. İnformasiyanın tutumu isə analoq
siqnallarının sayı, yəni bit ilə təyin edilir.
Modemlər istifadə olunan kompüterlərin tiplərindən asılı
olaraq daxili (sistem blokun daxilində yerləşdirilir) və xarici
(ayrıca qurğu kimi kompüterə qoşulur) olurlar.
Modemlər 3 yerə bölünür:
1. Dial-up modemlər;
2. ADSL modemlər;
3. 3G modemlər.
Demək olar ki, bütün modemlər faksların funksiyalarına da
malikdirlər.
Faks — telefon şəbəkəsi ilə təsvirin faksimil ötürülməsi
qurğusudur. "Faks" adı çap vasitələri ilə qrafiki orijinalın (imza,
sənəd və s.) dəqiq surətini çıxarma mənasını verən "faksimile"
(latınca fac simüe — oxşarını düzəlt) sözündən törəmişdir.
Verilənləri faks kimi ötürə və ala bilən modern faks-modem
adlanır.
102
downloaded from KitabYurdu.org