Məmmədov Mahil İsa oğlu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

 

83 

>  Verilənlərin 

oxuma 

sürəti. 


Bütün 

fləş-qurğular 

kompyuterə və ya digər rəqəmsal qurğulara USB port vasitəsi ilə 

birləşdirilir.  Adətən,  yazma  sürəti  10  meqabayt/san,  oxuma 

surəti isə 15 meqabayt/san təşkil edir. 

Fləş-yaddaşın  yeni  bir  növü  U3-dür.  Bu  cür  qurğular 

kompyuter  tərəfindən  2  disk  kimi  tanınır.  Birində  verilənlər 

saxlanılır, digər diskdən isə proqram təminatını  yükləmək olar, 

məsələn  əməliyyat  sistemini.  U3  qurğunun  üstünlüyü  ondan 

ibarətdir  ki,  istənilən  kompyuterdə bu qurğu  vasitəsilə  işləmək 

olar, və bu işdən sonra həmin kompyuterdə sizin işiniz haqqında 

heç bir əsər-əlamət qalmayacaq. 

Fləş-yaddaş  elektrik  silinən  və  proqramlaşdırılan  daimi 

yaddaş qurğusunun bir növüdür. Bu yaddaş elə təşkil olunub ki, 

hətta  bir  baytın  yazılması  üçün  oxuma-silmə-  yazma  siklini 

həyata  keçirmək  lazım  gəlir.  Fləş-yaddaşın  çatışmamazlığı 

ondan  ibarətdir  ki,  yaddaş  səhifələrin  yenidən  yazma  sikllərin 

sayı  təxminən  10000-dir.  Yeni  modellərdə  bu  rəqəmi  bir 

milliona çatdırıblar. 

Fləş-yaddaş  qurğuların  əksəriyyəti  NAND  ventillər 

əsasında təşkil olunur. 

 

Maqnit lentlər 

Strimer  (stream  -  uzun  lent)  informasiyanı  maqnit  lentinə 

yazan  xüsusi  imkanlı  maqnitafondur.  Ondan  sərt  maqnit 

diskində  olan  informasiyanın  ehtiyatda  saxlanılması  üçün 

istifadə edirlər. Əgər həddindən artıq vacib olan informasiya sərt 

maqnit  diskindədirsə,  onu  strimmerdə  saxlamaq  məsləhət 

görülür.  Strimerin  kassetləri  böyük  tutuma  (120  Mbaytdan  5 

Hbayta qədər) malikdir.  

Strimer  (ingiliscə  -tape,  streamer)  böyük  həcmdə 

 

84 

informasiyanın  ehtiyat  köçürülməsi  üçün  qurğudur.  Daşıyıcı 

kimi burada 1¸2 Qbayt və daha çox tutumlu maqnit lentli kasetlər 

istifadə olunur.  

Strimerlər  maqnit  lentli  kiçik  kasetə  çox  böyük  miqdarda 

informasiya  yazmağa  imkan  verir.    Strimerin    daxilində  

qurulmuş    aparatla    sıxma    vasitələri    yazılmadan    əvvəl 

informasiyanı  avtomatik  sıxlaşdırmağa  və  oxunmadan  sonra 

bərpa etməyə imkan verirlər ki, bu da saxlanılan informasiyanın 

həcmini artırır. 

 

Şəkil 7.9. Strimmer və lent yaddaş qurğusu 

 

Müasir  strimerlərdə  lent  seqmentlərə  bölünür.  Seqmentlər  



nömrələnir.    Seqmentlər  bir-birinə  paralel  olan  treklərdən 

ibarətdir. Hər bir trekə müraciət etmək mümkündür.   

Strimerlərin  çatışmazlığı  onların  informasiyanı  nisbətən  

aşağı    yazma,    axtarma    və  oxuma  sürətidir.  Böyük  tutumluq, 

etibarlılıq  və  iqtisadi  səmərəlilik  bu  qurğunun  istifadəsini  çox 

faydalı edir. 

 

 

downloaded from KitabYurdu.org




 

85 

8. PERİFERİYA QURĞULARI 

Verilənlərin  sistem  blokuna  daxil  edilməsi  və  ya  xaric 

edilməsi,  həmçinin  blokda  uzun  müddət  saxlanması  üçün 

istifadə edilən qurğulara periferiya qurğuları deyilir. Periferiya 

qurğuları  fərdi  kompüterdə  köməkçi  əməliyyatları  yerinə 

yetirmək üçün istifadə edilir. 

Periferiya  qurğuları  təyinatına  görə  aşağıdakı  kimi 

qruplaşdırılır: 

  verilənləri  daxil  edən  qurğular  (giriş  qurğuları)  – 

klaviatura, skaner, rəqəmli kamera, mikrofon, qrafik planşet və 

s.; 

  verilənləri  xaric  edən  qurğular  (çıxış  qurğuları)  – 



printer, plotter (qrafik çəkən qurğu), səs gücləndirici, monitor və 

s.; 


  verilənləri  saxlayan  qurğular  (xarici  yadda  saxlama 

qurğuları)  –  strimmer  (informasiyanı  maqnit  lentinə  yazan 

qurğu); 


  verilənləri mübadilə edən qurğular – modem  

  kursoru  idarə  edən  qurğular  –  maus,  coystik,  sensor 

paneli və s. 

8.1. Giriş qurğulari 

8.1.1.Klaviatura 

Klaviatura  eyni  zamanda  həm  giriş,  həm  də  idarəetmə 

qurğusudur.  O,  informasiyanın  kompüterə  daxil  edilməsi  və 

kompüterin  işinin  idarə  edilməsi  üçün  nəzərdə  tutulmuşdur. 

Fərdi kompüterin  yarandığı gündən bu günə qədər, demək olar 

ki,  klaviaturanın  xarici  görünüşü  və  strukturu  dəyişməmişdir. 

Lakin 1995-ci ildə, Windows əməliyyat sisteminin  yaradılması 

ilə  əlaqədar olaraq 101 düyməli  qurğu 104/105 düyməli  qurğu 

 

86 

ilə əvəz olunmuşdur.  

 

Şəkil 8.1. Klaviatura. 

 

Müasir dövrdə klaviaturanın əlifba-rəqəm hissəsinin yuxarı 



sol  cərgəsində  yerləşən  düymələrə  görə  QWERTY  («kverti» 

oxunur) adlanan düzülüşə malik klaviatura ən çox yayılmışdır.  

Ənənəvi olaraq, klaviaturanın düymələri aşağdakı qruplara 

bölünür: 



1)  Hərf-rəqəm  düymələri.  Bu  düymələr  çap  makinası 

rolunu  oynayırlar,  hərf,  rəqəm  və  bəzi  simvolları  kompüterə 

daxil etmək üçündür:  

A-Z, <, >, , , . , ? , /, {, }, [ , ] , ; , : , ‘, “, 1, 2, 3, 4, 5, 6, 7, 8, 

9, 0, !, @, #, $, %, ^, &, *, ( , ) , - , _ , =, + , `, ~ , \ , | 

Hərf  düymələri  həm  latın  hərfləri  rejimində,  həm  də digər 

hərf rejimində işləyə bilirlər. 

2)  Funksional  düymələr  -  F1,  F2,  ...,  F12.  Bu  düymələr 

klaviaturanın  yuxarı  hissəsində  yerləşir.  İstifadə  olunan 

əməliyyat  sistemlərindən  və  proqramlardan  asılı  olaraq  bu 

düymələrin  funksiyaları  da  dəyişir.  Məsələn,  demək  olar  ki, 

bütün  proqramlarda  F1  düyməsi  həmin  proqrama  aid 

informasiya pəncərəsini açır. 



3)  Kursoru idarə edən düymələr – proqramın işçi sahəsi 

üzrə  kursoru  idarə  etmək  üçün  istifadə  edilir.  Bu  düymələr 

aşağıdakılardır: 

downloaded from KitabYurdu.org




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə