Məmmədov Mahil İsa oğlu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

 

75 

fraqmentasiyaya  daha  meyllidir  (xüsusilə  disk  80%  dolduqdan 

sonra). Bu da diskin işini əməlli çətinləşdirə bilər. 

 

Üstünlükləri: 



 1. Operativ yaddaşa olan tələbatın azlığı. 

2. Orta və kiçik həcmli fayllarla işin effektli olması. 

3. Defraqmentasiyası üçün yaxşı utilitlərin olması. 

 

Mənfikləri: 



 1. Sistem səhvlərindən müdafiənin zəifliyi. 

 2. Böyük həcmli disklərlə işin ləng olması. 

3. Fraqmentasiya zamanı diskin işinin ləngiməsi. 

 4. Çoxlu fayl olan kataloqlarla zəif işləməsi. 

 5. Kiçik həcmli klasterləri dəstəkləməməsi. 

 

NTFS-in  üstünlüyü  isə  onun  təhlükəsizliyidir.  NTFS 



sistemi FAT 32-yə nisbətən daha gec dağılır. Məsələn, sistemdə 

bir neçə prosses fəaliyyətdə olarkən kompüterin sönməsi zamanı 

və s. bu kimi hallarda NTFS daha dözümlüdür və demək olar ki 

hər dəfə sistem səhvsiz bərpa oluna bilir. Həmçinin NTFS-in öz 

şifrələnmə  sistemi  var  ki,  bu  da  məlumatın  saxlanmasında 

arxayınlıq yaradır. 

Üstünlükləri: 

 1. Kiçik həcmli fayllarla işin sürətli olması. 

2. Səhvlər zamanı sistemin rahatlıqla bərpa olunması. 

3. Məlumatın effektli qorunması. 

4. Böyük informasiya massivləri və kataloqlarla işin sürətli 

olması. 


5. Klasterin həcmi çox kiçik təyin edilə bilər. 

Mənfilikləri: 

 

76 

1. Operativ yaddaşa tələbatın çox olması. 

2. Sistem kiçik və sadə bölmələr üçün effektli deyil. (1 Gb-

a qədər) 

 3.Klasterlərin  doldurulması  alqoritmi  ideal  deyil  və 

fraqmentlənməklə nəticələnir. 

 4.Adi üsullarla (Windows-daxili imkanlarla) defraqmen-

tasiyanın mümkünsüz olması. 

Nəticədə  görünür  ki,  hər  iki  sistemin  mənfilikləri  və 

müsbət  cəhətləri  var.  Lakin,  müasir  kompüterə  sahib  olanlar 

üçün  NTFS-in  bir  neçə  mənfiliyini  silmək  olar.  Demək, 

günümüzün  kompüterinə  sahib  olan  hər  kəs,  sisteminin 

təhlükəsizliyini təmin etmək üçün NTFS-dən istifadə edə bilər. 

Əgər  NTFS  quraşdırmaq  istəsəniz,  onu  təmiz  diskə 

quraşdırın  və  ya  vinçesteri  birbaşa  bu  sistemdə  formatlayın. 

FAT-da  olan  diski  NTFS-ə  çevirməyin.  Bu  faylların  güclü 

fraqmentlənməsi ilə nəticələnir. 

 

Elastiki maqnit diskləri (FDD) 

Disket,  (ing.  Floppy  disk,  ing.  diskette)  kompüterdəki 

məlumatı  daşımaq  üçün  istifadə  edilən,  üzərinə  dəmir  oksid 

örtülmüş  bir  plastik  (eastik)  diskin,  plastik  bir  qab  içərisinə 

yerləşdirilmiş  maqnetik  üsulla  informasiya  saxlama  mühitinə 

malik  qurğudur.  Plastik  diskin  elastik  olması  səbəbiylə  floppy 

adı verilir, floppi disk və ya disket kimi ifadə olunur. 

 Adətən  kiçik  ölçülərdəki  faylların  saxlanması  və  bir 

kompüterdən  digərinə  köçürülməsi  üçün  kompüterlərin  oxucu 

qurğusuna  (diskovod)  yerləşdirilərək  istifadə  edilən  val 

formasında  maqnetik  xüsusiyyətli  bir  vasitədir.  Disketlərdən, 

kompüterin  sistem  bloku  üzərində  olan  disket  sürücü  ilə 

informasiya  mübadiləsi  aparılır.  Məlumatlar  silinərək  disket 

downloaded from KitabYurdu.org



 

77 

içindəki maqnetik yaddaş sahəsi təkrar-təkrar istifadə edilə bilər.  

USB Driverlar çıxdıqdan sonra artıq Disket kompüterlərdə 

bir əhəmiyyəti qalmamışdır. 

İlk disket, 1960-cı illərin sonunda ixtira edilib. İlk vaxtlar 

bir adı yoxidi. İlk disketin diametri 8 düym (200 mm) olmuşdur. 

1960-ci illərin sonunda ixtira edilsə də disket ancaq 1971-ci ildə 

ticari olaraq istifadə edilməyə başlayıb. İlk kommersiya disketini 

IBM  firması  istehsal  edib.  Daha  sonralar  Memorex,  Shugart 

Associates  və  Burroughs  Corporation  kimi  şirkətlər  disket 

istehsalçısı kimi tanınmağa başlayıb. Disket termini 1970-ci ildə 

istifadə  edilməyə  başlandı.  1980-ci  illərdə  disketlərə  bir  sıra 

yeniliklər gətirilib. Bir disket ən çox 5 düym ölçüyə malik idi. O 

vaxta qədər orijinal disketlər 8 düym diametrə malik idi və çox 

böyük  idilər. 1990-cı illərə  gəldikdə isə artıq disketlər 2 düym 

kiçilib  3  düym  olmuşdular.  Və  disketlər  ilk  dəfə  o  zamanlar 

plastik materiallardan istehsal edilməyə başlandı. 

 

Şəkil 7.5. 5,25-lik disketlər  

 

Disketlər, fərqli ölçü və həcmlərə malikdirlər. Bir disketin 



fiziki ölşüsü bir kənarının düym olaraq uzunluğu ilə hesablanır. 

Son  illərədək  istifadəsi  ən  geniş  yayılmış  olan  disket  növü  3,5 

 

78 

düyümlük (3.5") disketlər olmuşdur. Keçmişdə 5,25 düyümlük 

və 8 düyümlük olanları da istifadə edilmişdir. 

Disketlər informasiya saxlama tutumuna görə də siniflərə 

bölünür.  Disket  tutumu  sağ  üst  küncündə  yazılan  DD  və  HD 

hərflərindən  istifadə  edilərək  fərqləndirilir.  DD  (Double 

Density)  disketlər  720  KB,  HD  (Hight  Density)  disketlər  1,44 

MB-lıq informasiya saxlama tutumuna malikdir. 

 Fərdi  kompüterlərdə  istifadə  edilməkdə  olan  disket 

növləri aşağıdakı cədvəldə verilmişdir. Bunlardan başqa Amiga 

Kompüterləri DD Disketlərə 880 KB, HD Disketlərə də 1.76 MB 

informasiya yaz bilirlər. 

 

Ölçü 

İnformasiya qeydiyyat 

tipi 

Tutumu 

5,25 dyüm  Bir istiqamətli 

180 KB 

5,25 dyüm  İki istiqamətli 



360 KB 

5,25 dyüm  Yüksək sıxlıqlı  

1,38 MB (HD) 

3,5 dyüm 

Bir  istiqamətli 

720 KB (DD) 

3,5 dyüm 

İki  istiqamətli 

1,44 MB (HD) 

 

Disketlər, sabit disklərə oxşar olaraq cığır və sektorlardan 



ibarət olan materiallardır. Quruluşlarında səs və video kasetlərin 

də istifadə edilən lentə bənzəyən dairəvi bir lent istifadə edilir. 

Ancaq  cığır  və  sektorlardan  meydana  gəlmələri  səbəbindən 

göstəricilər  səs  və  video  kasetlərin  də  olduğu  kimi  zamanlı 

yazılmaz. Məsələn, faylın bir hissəsi 1 saylı sektorda yer alır və 

ikinci hissəsi 15 nömrəli sektorda yer alırsa, yazma/okuma başı 

1den 15-ci sektora gedə bilər. 

downloaded from KitabYurdu.org




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə