Məmmədov Mahil İsa oğlu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

 

79 

 

Şəkil 7.7. Diskovod 

 

Disketlər  üzərində  oxuma  və  yazma  əməliyyatı  həyata 



keçirən  qurğulara  Floppy  Disk  yəni  Disket  Sürücü  deyilir. 

İngiliscəsi  Floppy  Disk  Drive  olan  bu  Disket  sürücülər 

günümüzdə çox istifadə olunmayan sürücülər olaraq qalmışdır. 

 

CD ROM 

Bu  tip  yaddaşlarda  informasiya  daşıyıcısı  CD  (Compact 

Disk)  və  ya  DVD-dir  (Digital  Versatile  Disk).  CD-ROM 

diametri 12 sm və qalınlığı 1,2 mm olan bir tərəfinə şəffaf lak 

qatı  ilə  zədələnmələrdən  mühafizə  edilən,  işığı  əks  etdirən 

alüminium 

qatı 


tozlandırılmış 

şəffaf 


polimer 

diskdir. 

Tozlanmanın  qalınlığı  bir  millimetrin  bir  neçə  on  mində  bir 

hissəsini təşkil edir. 

 

Şəkil 7.8. CD disk və CD ROM 

 

80 

Diskdəki  informasiya  diskin  oxu  yaxınlığındakı  sahədən 

çıxan spiral trekdə yerləşən çuxurların (diskdəki dərinliklərin) və 

çıxıntıların  (onların  səviyyəsi  diskin  səthinə  uyğun  gəlir) 

ardıcıllığı  şəklində  təsvir  edilir.  Diskin  radiusu  üzrə  hər  bir 

düymdə (2,54 sm) spiral trekin 16 min sarğısı yerləşir. Müqayisə 

üçün - sərt diskin səthində radius üzrə bir düymdə yalnız bir neçə 

yüz trek yerləşir. CD-nin tutumu 700 Mbayta çatır. İnformasiya 

diskə onun hazırlanması zamanı yazılır və dəyişdirilə bilməz. 

CD-ROM yüksək xüsusi informasiya tutumuna malikdir ki. 

İnformasiya  tutumuna  görə  bir  CD  təxminən  500  disketə 

bərabərdir.  CD-ROM-dan  informasiyanın  oxunması  kifayət 

qədər  yüksək  ancaq  sərt  diskdə  olan  yaddaş  qurğularının  iş 

sürətindən  hiss  olunacaq  dərəcədə  az  sürətlə  baş  verir.  CD-

ROM-lar  sadə  və  işdə  rahatdırlar,  verilənlərin  saxlanmasının 

aşağı  xüsusi  xərcinə  malikdirlər,  praktiki  olaraq  aşınmırlar, 

viruslarla zədələnə bilməzlər, onlardan təsadüfən informasiyanı 

pozmaq mümkün deyil. 

Maqnit  disklərindən  fərqli  olaraq,  kompakt-disk  çoxlu 

dairəvi treklərə deyil, bir spiral trekə malikdir. Bununla əlaqədar 

olaraq,  diskin  bucaq  fırlanma  sürəti  sabit  deyil.  Oxuyan  lazer 

başlığın  diskin  kənarına  irəliləməsi  prosesində  bucaq  fırlanma 

sürəti xətti azalır. 

CD-ROM-la  işləmək  üçün  kompyuterə  CD-ROM-un  sət-

hindəki  dərinliklərin  və  çıxıntıların  ardıcıllığını  ikilik  siqnallar 

ardıcıllığına  çevirən  CD-ROM  yaddaş  qurğusunu  qoşmaq 

lazımdır.  Bunun  üçün  mikrolazerli  və  işıq  diodlu  oxuyan 

başlıqdan  istifadə  edilir.  Diskin  səthində  çuxurların  dərinliyi 

lazer işıq dalğasının uzunluğunun dörddə birinə bərabərdir. Əgər 

informasiyanın oxunmasının iki ardığıl taktında lazer başlığının 

işıq  şüası  çıxıntıdan  çuxurun  dibinə  və  ya  əksinə  keçirsə,  bu 

downloaded from KitabYurdu.org



 

81 

taktlarda  işıq  yollarının  uzunluqları  fərqi  yarımdalğa  qədər 

dəyişir  ki,  bu da  işıq  dioduna  birgə  düşən  düz  və  diskdən  əks 

olunan işığın güclənməsi və ya zəifləməsinə səbəb olur. 

Əgər  ardıcıl  oxuma  faktlarında  işıq  yolunun  uzunluğu 

dəyişmirsə, onda işıq diodunun vəziyyəti də dəyişmir. Nəticədə 

işıq diodundan axan cərəyan trekdəki çuxurların və çıxıntıların 

kombinasiyasına  uyğun  olan  ikilik  elektrik  siqnallarının 

ardıcıllığını əmələ gətirir. 

İnformasiyanın iki ardıcıl oxuma taktında işıq şüasının optik 

yolunun  müxtəlif  uzunluğu  ikilik  vahidlərə  uyğun  gəlir.  Eyni 

uzunluq ikilik sıfırlara uyğun gəlir. 

Bu gün demək olar ki, bütün fərdi kompyuterlər CD-ROM 

yaddaş qurğusuna malikdir. Lakin bir çox multimedia interaktiv 

proqramları bir CD-yə  yerləşmək üçün həddən artıq böyükdür. 

Bu halda DVD disklər tətbiq edilir. Bu disklər adi CD-lər kimi 

ölçüyə  malikdirlər,  lakin  4,7-e-17  Qbayta  qədər  verilənləri 

saxlayırlar, yəni həcminə görə 20 standart CD-ROM diskini əvəz 

edirlər.  Belə  disklərdə  multimedia  oyunlarını  və  videofilmləri 

saxlamaq mümkündür. 

Yazan  CD-R  yaddaş  qurğusu  (Compact  Disk  Recordable) 

adi kompakt-diskləri oxumaqla yanaşı 700 Mbayt tutumlu optik 

disklərə informasiyanı  yaza bilir. CD-R disklərində əks etdirici 

qat  qızıl  təbəqədən  hazırlanmışdır.  Bu  qatla  polikarbonat  əsas 

arasında qızdırıldıqda qaralan üzvi materialdan olan qeyd edici 

qat  yerləşir.  Yazılma  zamanı  lazer  şüası  qatın  seçilmiş 

nöqtələrini qızdırır. Bu nöqtələr qaralır və çuxurlara analoji olan 

sahələri  əmələ  gətirərək  əks  etdirici  qata  işıq  buraxmağı 

dayandırır. 

CD-RW  maqnito-optik  kompakt  disklərində  olan  yaddaş 

qurğuları  (şək.  2.10).  CD-  RW  disklərindən  dəfələrlə  yazma 

 

82 

üçün  istifadə  etmək  olar.  Tutumu  128  Mbaytdan  2,6  Qbayta 

qədərdir. 

DVD-RW  yazan  yaddaş  qurğusu  CD  və  DVD  disklərini 

oxumaqla  yanaşı onlara informasiyanı  yaza da bilir. DVD-RW 

disklərindən dəfələrlə onlara informasiya  yazmaq üçün istifadə 

etmək  olar.  Onların  tutumu  4,7  Qbaytdan  17  Qbayta  qədər 

dəyişir. 

 

Fləş yaddaş (flash memory 

Kompyuterlərdə  və  rəqəmsal  qurğularda  informasiya 

mübadiləsinin  sürəti  və  verilənlərin  saxlanılmasının  böyük 

tutumu yaddaşın ən vacib xarakteristikalarıdır. 

 

Fləş-yaddaş  (USB  Flash  Drive)  kompyuterin  sərt 



disklərindən, disketlərdən, optik disklərdən prinsipial fərqlənir. 

Sadalanan  yaddaş  qurğuların  bir-neçə  çatışmayan  nöqsanı 

var.  Bu  ya  zəif  yazma/oxuma  sürəti,  ya  da  yaddaşın  az 

tutumudur.  Fləş-yaddaşdan  oxunma  və  yazma  sürəti  əməli 

yaddaşla  müqayisə  oluna  bilər,  lakin  əməli  yaddaşdan  fərqli 

olaraq  o,  kompyuterin  sönülü  vəziyyətində  də  məlumatları 

özündə saxlaya bilir. 

Fləş-yaddaşın əsas parametrləri aşağıdakilardır: 

>  yaddaşın tutumu (bir-neçə qiqabaytlarla ölçülür); 

downloaded from KitabYurdu.org




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə