91
bir maus üçün quraşdırma və test aparmaq üçün proqram
təminatını təşkil edən xüsusi "drayverləf olur. Bəzi "ağılir
mauslar "Paint Brust” tipli sadə şəkil çəkmək üçün proqramlara
malik olurlar.
Ardıcıl interfeysə malik olan "Microsoft” firmasının istehsal
etdiyi mausların prosessora öz hərəkətləri haqqında məlumat
vermək üçün 3 bayt formatından istifadə edirlər. "Mouse Sys-
tem” tipli mauslar isə bu məqsəd üçün 5 baytlıq formatdan
istifadə edirlər. Ona görə də belə mauslar bir-birini əvəz edə
bilmirlər.
8.1.3. Trekbol və Coystik
Maus ideyası özünün bir sıra müsbət xüsusiyyətlərinə
baxmayaraq, müəyyən çətinliklər də törədir. Onu stol üzərində
hərəkət etdirdikdə kabeli nəyəsə ilişir və s. Bu problemləri
aradan qaldırmaq üçün trekbol adlanan qurğu kəşf edilmişdir.
Bu halda maus tərsinə çevrilir və mausun özü hərəkət etmir, biz
yalnız barmağımızla kürəni hərəkət etdiririk. Trekbollar mausa
nisbətən daha baha olur və əsasən tətbiqi qrafiki işlərdə,
avtomatlaşdırılmış layihə sistemlərində geniş tətbiq edilir.
Coystik adətən qol-dəstəkdir, hansının ki, şaquli vəziy-
yətdən meyletməsi kursorun monitorun ekranında uyğun istiqa-
mətdə yerdəyişməsinə gətirir. Tez-tez kompyuter oyunlarında
istifadə olunur. Bəzi modellərdə coystiklərdə təzyiq vericisi
montaj edilir. Bu halda istifadəçi dəstəyi nə qədər qüvvətli
sıxırsa, kursor displeyin ekranında o qədər cəld hərəkət edir.
8.1.4. Sensor paneli (Taçpad)
İdarə qurğularından biri də
ən çox noutbuklarda istifadə
olunan sensor paneli və ya taçpaddır (ing. touchpad – sensor
sahə).
Sensor panelindən barmağı qurğunun səthində hərəkət
etdirməklə kursorun ekranda hərəkətini təmin etmək üçün
92
istifadə olunur.
8.1.5. Qrafiki planşet (digitayzer)
Skanerdə olduğu kimi, qrafik planşet də iki əsas parametrlə
xarakterizə edilir: işçi sahənin ölçüsü və seyrəklik qabiliyyəti.
Qrafik planetlə işləyən zaman nöqtəli təsvirlə deyil, ayrı-ayrı
xətlərdən istfadə edildiyi üçün seyrəklik qabiliyyəti də nöqtələrlə
deyil, bir dyümə düşən xətlərlə (lpi – line per inch) ifadə olunur.
8.1.6. Web-kamera
Web-kamera vasitəsilə İnternetə videotəsvirlər çıxarılır. Bu
zaman ötürülən təsvirin seyrəklik dərəcəsi 640x480 olur. Bu
qurğu Microsoft NetMeeting adlı səs və videomüraciət proqram
təminatı ilə işləyir. Son illərdə istehsal edilən Web-kameraların
əksəriyyəti kompüterə USB portu vasitəsilə qoşulur və əlavə
qida mənbəyi tələb etmir.
8.1.7. Skaner
Kağız üzərindəki istənilən informasiyanın oxunub, kompü-
terə daxil edilməsini təmin edir. Skaner fotoşəkil, rəsm, əl
yazması, qəzet, jurnal, kitab və s. surətlərinin kompüterdə təkrar
istifadə edilməsinə imkan verir. Ən geniş yayılmış iki tip skaner
mövcuddur: əl ilə işləyən (hand-held) və stolüstü (desktop).
Əl ilə işləyən skaner yığcam qurğu olub, kifayət qədər
çevikdir və bir yerdən başqa yerə aparmaq nöqteyi-nəzərindən
yararlıdır. Təsviri daxil etmək üçün skaneri təsvirin üzərində
sürüşdürmək lazımdır. Skanerin mətni əhatə etdiyi eni 4 dyüm
(10 sm) olur, uzunluğu isə proqram təminatı ilə məhdudlaşır.
Stolüstü skanerlərə çox vaxt səhifəlik, planşet və ya
avtoskaner deyilir. Bu skaner vasitəsilə 8,5 x 11 və ya 8,5 x 14
dyüm ölçülü təsvirləri kompüterə daxil etmək mümkündür.
downloaded from KitabYurdu.org
93
Skanerin aktiv imkanları 1 dyümə düşən nöqtələrin sayı ilə
(dpi – dot per inch) təyin olunur.
Bir qayda olaraq, təsvir obrazları kompüterdə qrafiki fayl
şəklində - TIFF (Tagged Image File Format) və ya PCX
formatında saxlanılır.
Skanerin əsasən aşağıdakı növləri vardır.
Planşet skaner. Yalnız 1 vərəqi skan edən və surət çıxarma
maşınlarını xatırladan qurğu.
Sənəd skaner. Sənəd-skanerlərdə əlavə kağızötürücü hissə
olur, çoxlu kağız qoyulur və sənədlər avtomatik dalbadal skan
olur. Bu skanerlər sürətli işləyirlər.
Kitab skaner. Kitab-skanerlər kitab, jurnal, qədim
materiallar, xəritələr, çertyojlar üçün istifadə olunur. Bu
skanerlərdə kölgələr düşmür və xüsusi işıqlandırmaya ehtiyac
yoxdur. Bu cür texnologiya vasitəsilə “işıqdan qorxan ” köhnə
sənədləri skan etmək olur. Rulon skaner. Adından göründüyü
kimi uzun kağızları skan etmək üçündür.
Barkod skaner. Bizim dildə ştrix-kod skaner deyilir,
ticarətdə istifadə olunur. Ştrix- kod müəyyən məlumatları ağ-
qara zolaqlar şəklində özündə saxlayır və əmtəə malın üzərinə
yapışdırılır. Ştrix-kod skaner vasitəsilə bu məlumatlar
kompyuterə və ya kassa aparatına ötürülür. Bu skanerlərin əl ilə
daşınan və hərəkətsiz növləri olur.
Baraban skaner. Baraban skanerlər şəkilləri keyfiyyətli skan
etmək üçündür. Qiyməti yüksək olur. Poliqrafik məqsədlər üçün
istifadə olunur.
Pasport skaner. Adından göründüyü kimi sənədlər üçün
istifadə olunur. Reproskaner. Reproskanerlərə şəkil skanerlər də
deyilir, belə skanerlər böyük şəkilləri skan etmək üçündür.
Slayd skaner. Slayd-skanerlər fotoqraflar və rəssamlar üçün
münasib olan aparatdır. Şəkillərin neqativdən kompyuterin
yaddaşına verilməsi üçün istifadə olunur.
3D skaner. Bu skanerlər həcmli obyekti skan edir və onun
uçölçülü modelini yaradır. 3D skanerin foto-kameradan fərqi
ondadır ki, foto-kamera 2 ölçülü formada, skaner isə 3 ölçülü
formada yaddaşa götürür. 3D skaner obyekti müxtəlif tərəflərdən
94
skan edir və proqram təminatı müxtəlif fraqmentləri birləşdirir,
bununla da rəqəmli yaddaşda 3D obyekt yaranır.
Tibbi skanerlər. Tibbin müxtəlif sahələrində müxtəlif cür
skanerlər istifadə olunur. Məsələn, ultra-səs müəyinədə, gözlərin
yoxlanılmasında, maqnit-rezonans tomoqrafiyada və s.
8.2. Çixiş qurğulari
8.2.1. Monitor
Monitor (displey) – kompüterə daxil edilən və kompüterdən
alınan mətn və qrafik informasiyanı əks etdirən qurğudur.
Monitorun iki iş rejimi var: qrafik iş rejimi və mətn iş rejimi.
Qrafik iş rejimi ekrana qrafiklərin, şəkillərin çıxarılmasını təmin
edir, mətn iş rejimi isə mətn tipli informasiyanın ekrana
verilməsi üçün nəzərdə tutulmuşdur.
Monitorların növləri
Hazrlanma texnologiyasına görə monitorlar əsasən 3 qrupa
bölünür:
Elektron şüa borulu;
Maye-kristallı;
Plazma ekranlı.
Yaxın vaxtlara qədər elektron-şüa borusu (EŞB) əsasında
qurulmuş monitorlar ən geniş yayılmışdırlar. Belə monitorun iş
prinsipi adi televizorun iş prinsipindən heç də fərqlənmir.
Bugünkü gündə EŞB-monitorlar tam təkmilləşdirilmiş və
qiyməti çox da baha olmayan qurğulardır. Onun əsas mənfi
cəhəti – çəkisi və qabarit ölçüləridir. Bundan əlavə, güclü enerji
sərfinə malikdirlər və istifadəçiyə zərərli şüalarla təsir edirlər.
CRT monitorun əsas elementi elektron-şüa borusudur. Onun
içəri tərəfdən ön hissəsi lüminoforla - üzərinə cəld elektronlar
düşdükdə işıq şüalandıra bilən xüsusi maddə ilə örtülmüşdür.
Lüminofor üç əsas rəngin - qırmızı, yaşıl və göy rənglərin
nöqtələr yığımı şəklində üstdən çəkilir. Bu rənglər ona görə əsas
downloaded from KitabYurdu.org