Məmmədov Mahil İsa oğlu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   19   20   21   22   23   24   25   26   27

 

103 

ƏLƏVALƏR 

Stiven Paul Cobs 

MƏNBƏ: http://beyaz.az/oxu/59566/page/1 

Stiv  Cobs,  Stiven  Paul  Cobs  (ing.  Steven  Paul "Steve"  Jobs;  24 

fevral  1955  –  5  oktyabr  2011)  —  tanınmış  Amerika  ixtiraçısı  və 

biznesmeni. O Apple Inc. şirkətinin yaradıcılarından biri, direktorlar 

şurasının  sədri  və  baş  icraçı  direktoru  idi.  Cobs  həmçinin  Pixar 

şirkətinin  icraçı  direktoru  idi;  2006-cı  ildə  Pixar  şirkəti  The  Walt 

Disney  Companynini  əldə  etdikdən  sonra  onun  direktorlar  şirkətinin 

üzvü olur. 

XX  əsrin  70-ci  illərin  sonunda  o,  Apple  Inc.-in  digər  təsisçiləri 

olan  Stiv  Voznyak,  Maykl  Markkula  və  digərlərilə  birlikdə  Apple  II 

seriyalı  kommersiya  cəhətcə  çox  uğurlu  olan  şəxsi  kompüteri 

layihələndirir,  istehsala  salır  və  satışını  təşkil  edir.  1980-ci  illərin 

əvvəlində  isə  o  Macintoshun  yaranmasına  gətirib  çıxaran  interfeys 

istifadəçisi üçün kompüter siçanı yaradır. 

1985-ci  ildə  direktorlar  şurasında  istədiyi  dəstəyi  ala  bilməyən 

Stiv  Cobs  Apple  Inc.dən gedərək  NEXT  şirkətini  yaradır.  yeni şirkət 

universitetlər  və  biznes-strukturlar  üçün  kompüter  platforması 

hazırlamağa  başlayır.  1996-cı  ildə  Apple  qarşılıqlı  razılaşma  ilə 

NEXT  şirkətini  alır  və  Jobs  yeni  konqlomeratın  sahiblərindən  birinə 

çevrilir.  O  həmçinin  1997-ci  ildən  şirkətin  müvəqqəti  baş  icraçı 

direktoru olur, 2000-ci ildən isə bu vəzifəyə daimi təyin edilir. 2011-ci 

ilin  avqust  ayından  icraçı  direktor  vəzifəsindən  gedərək,  vəfatına 

qədər Apple şirkətinin idarə heyətinin sədri olur. 

1986-cı ildə o Lucasfilm Ltdnin kompüter qrafikası bölməsini alır. 

1995-ci ildə "Oyuncaqlar trixi" adlı cizgi filmində icraçı direktor kimi 

iştirak  edir.  O  həmin  şirkətin  2006-cı  ildə  by  The  Walt  Disney 

Company  şirkəti  tərəfindən  alınana  qədər  direktoru  və  səhmlərinin 

50,1 faizinin sahibi olur. Həmin alqı-satqıdan sonra o yeni şirkətin 7 

faiz səhminə nail olur və direktorlar şurasının üzvü olur. 

Stiv  Cobs  5  oktyabr  2011-ci  ildə  Kaliforniyada  56  yaşında 

xərçəng xəstəliyindən vəfat edir. 

Uşaqlıq illəri Stiv Cobs San-Fransiskoda, amerikalı Coan Karol 

Sşieble  və  Suriya  əsilli  Abdulfattah  Con  Jandalinin  oğlu  olaraq 

dünyaya  gəlmişdir.  Anası  tələbə  olduğuna  və  körpə  uşağa  baxa 

bilmədiyinə  görə  onu  körpələr  evinə  verirlər.  Doğulandan  1  həftə 

sonra  kaliforniyadan  Pol  Cobs  və  Klara  Cobsun  (qızlıq  soyadı 

 

104 



Akopyan)  ailəsi  tərəfindən  övladlığa  götürülmüşdür.  Stivin  əsl  atası 

Suriyadan  olan  immiqrantlardan  Abdulfattah Con  Jandali  sonradan 

Nevada Universitetinin politologiya üzrə professoru oldu, hal-hazırda 

isə  Nevadanın  Rino  şəhərində  Boomtown  Hotel  Casinonun  vitse  -

prezidentidir. Anası İsveçrə və alman ailəsindən çıxmış aspirant Coan 

Sşieble  (sonradan  yeni  həyat  yoldaşının  soyadı  ilə  Simson),  dil 

patoloananatomu  olur.  Abdulfattah  Con  Jandali  və  Coan  Sşieble 

Coanın  atası  vəfat  etdikdən  sonra  evlənirlər  və  onların  1956-cı  ildə 

Mona adlı qızları olur. Onun bioloji ata-anası 1962-ci ildə ayrılırlar. 

Bacısı Mona sonradan atalığının soyadını götürərərk Mona Simpson 

olur  və 

gələcəkdə 

ABŞ-ın 

məşhur  roman 

yazıçısı  olur. 

Stiv  və  Mona  ilk  dəfə  1986-cı  ildə  görüşürlər  və  o  vaxtdan  yaxın 

münasibətləri  olur.  S.Jobs  vaxtaşırı  Manhettenə  öz  doğma  anasının 

yanına gedir və hətta onu bir neçə dəfə öz tədbirlərinə də dəvət edib. 

Atası  Jandali  iddia  edir  ki,  o  oğlunu  heç  zaman  övladlığa  vermək 

istəmirdi,  ancaq  qızın  valideynləri  qızlarının  suriyalı  ilə  əlaqələrini 

bəyənmirdilər.  Jandalinin  cəhdlərinə  baxmayaraq  Stiv  heç  zaman 

doğma atası ilə görüşmək istəməyib. 

Stivi  oğulluğa  götürən  Pol  Cobs  və  Klara  Cobs  sonradan 

övladlığa  Petti  adlı  bir  qız  da  götürürlər.  Pol  Cobs  elektronika 

şirkətlərinin  birində  mexanik  idi  və  Stivə  texnikanı  öyrədirdi.  Anası 

Klara  mühasib  işləyirdi.  1995-ci  ildəki  müsahibələrinin  birində 

"uşaqlarınıza nə öyrətmək istərdiniz sualına" o demişdi: " Mən atam 

kimi  onlara  yaxşı  ata  olmaq istərdim.  Mən  bu  barədə  həyatımın  hər 

günü  düşünürəm".  Ona  validynləri  haqqında  soruşanda  o  qətiyyətlə 

bildirmişdi " Pol və Klara Cobs mənim valideynlərimdir". 

Təhsili  və  həyatda  ilk  addımları  1972-ci  ildə  Stiv  Cobs 

Kaliforniyadakı  Cupertino  şəhərindəki  Homestead  High  School  orta 

məktəbinə  gedir.  Məktəbdən  sonra  Hewlett-Packard  -a  mühazirələr 

dinləməyə  gedir,  sonradan  isə  yay  aylarında  Stiv  Voznyakla  birgə 

orada mvsümü işçi kimi çalışır. 1972-ci ildə orta məktəbi bitirdikdən 

sonra Oreqon ştatının Portlend şəhərindəki kollecə daxil olur. Orada 

cəmi bir semestr təhsil almağına baxmayaraq, o kollecdə mühazirlər 

dinləməkdə davam edir. Bu zaman o dostlarının yanında, yataqxanada 

döşəmədə  yatır.  Boş  butulkaları  yığıb  təhvil  verərək  çörək  pulu 

qazanır,  yerli  krişnait  məbədində  hər  həftə  pulsuz  yemək  alırdı. 

Sonradan  o  deyirdi:  "əgər  o  zaman  mən  kollecdə  kalloqrafiya 

kurslarına yazılmasaydım, proporsional şriftlər olmayacaydı." 

1974-cü ildə Cobs Atari, Inc, şirkətinə video-oyun istehsalı üzrə 

downloaded from KitabYurdu.org




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə