MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə9/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   5   6   7   8   9   10   11   12   ...   106

_____________Milli Kitabxana______________

Çox maraqlıdır ki, ustadın hansı şerini diqqətlə oxuyuruqsa qəlbimizdə

bu  baxımdan  aydın intibahlar  oyadır,  inam  hissimizi  qüvvətləndirir.

Şəhriyarın bu qəbildən olan əsərləri 1970-ci iliərin sonlarında İranda, 1980-

cı illərin sonlarında Qafqazda, Orta Asiyada və Qazaxıstanda avtoritarizmin

süqutu  üçün  adamları ruhən  hazırlayırdı.  Şəhriyar  öz  ölkəsindəki  rejimin

eybəcərliklərini,  Savak  başkəsənlərini  öz  amansız  taziyanələrinə hədəf

edəndə dünyanın bir  sıra  digər  ölkələrində hökm  sürən  qeyri-insani

rejimləri,  o  cümlədən  də yaxın  qonşuluqdakı  dindaşlarını əsarət  altında

saxlayan  bolşevik-daşnak  qaragüruhunu  da  biabırçılıq  sütununa  mıxlamış

olurdu. Bu  nöqteyi-nəzərdən  yanaşdıqda  Şəhriyarın  demək  olar  ki,  bütün

şeirləri güclü düşündürmə, duyğulandırma imkanlarına malikdir:

Barilaha! Sən bizə ver bu şəyatindən nicat,

İnsanın nəslin kəsib, ver insə bu cindən nicat.

... Şurəvidən də nicat umduq ki, bir xeyir olmadı,

Olmasa çay sandığında, qoy gələ Çindən nicat.



("İnsü cin")

Məsəl  var,  deyərlər:  "İmanım  bir  yerə,  gümanım  bir  yerə". Şair

gümanım,  səyyar  xəyalının,  simurqu  da  min  dəfələrdən birində dolana-

dolana,  dolaşa-dolaşa  gedib  Şurəvi  üstünə qonmuşdur. Fəqət  dərhal  hiss

edib,  başa  düşmüşdür  ki,  ondan  heç  bir  xeyir  gözləmək  olmaz. Doğrudan

da  axı,  Şurəvi  milyonların  başına  bəla  kəsilən  öz  dövlətində məskun

qövmlərə bir  gün  vermədiyi  halda,  İrana  necə nicat  verə bilərdi?  Yəqin

məhz bu qənaətdə olduğu üçün şair sözünə davam edərək demişdir:

Şəhriyarın da əzizim, bir tutarlı ahı var,

Düşməni Əhrimən olsun, tapmaz ahımdan nicat!

Dərgahi-alidə peyğəmbərlərdən  sonra  ikinci  yerdə şərəflənən əsil

şairlərin  ahı  isə həqiqətən  də çox  tutarlı olur.  Hələ XII əsrdə Şəhriyarın

sənətdə ulu babalarından olan Əfzələddin Xaqani əbəs yerə deməmişdi ki,

Hər səhər qalxar göyə ah ilə əfqanım mənim,

Qərq olar qanda şəfəq tək çeşmi-giryanım mənim.



_____________Milli Kitabxana______________

...Ah odumla hər dəfə aldım hədəf, etdim şikar,

Ol qoca qurdu ayaqdan saldı peykanım mənim.

Pas kimi sardı məni dövran ki, yandırsın, həmən

Ah odunda yandı, his oldu o dövranım mənim!

("Həbsiyyə")

Bəli,  mürtəce  şah  mütləqiyyətinin  və kommunst Əhriməninin  çöküb

darmadağın  olması  hər  iki  ölkədə ilk  növbədə ictimai-siyasi  proseslərin

nəticəsidir. Lakin  bu  işdə Allahın sevdiyi,  böyük  istedad  və daşı  deşən  ah

əta etdiyi, dualarının müstəcəb qıldığı Xaqani, Füzuli, Şəhriyar kimi, habelə

Şurəvi  zindanlarnnda  qətlə yetirilmiş  Seyid  Hüseyn, Əhməd  Cavad,

Mikayıl  Müşfiq  kimi  böyük ədəbi  simaların  ah-naləsinin  də labüd  rolu

vardır. Şəhriyarın aşağıdakı  beyti  də fəqət  bu  kontekstdə düzgün  başa

düşülə bilər:

Küfrü gördüz necə çiy-çiy yedi islam cigərin?

Siz də Küfrün cigərin indi kabab etməlisiz!

("Qeyrət vəqtidir")

Ustad Şəhriyarın "Allah bayrağı" şerində də çox dərin mənalı, ibrətamiz

beytlərlə qarşılaşırıq. İrandakı İslam inqilabı ərəfəsinin və o gərgin günlərin

bəzi  dəhşətli  məqamlarını yada  salan  bu əsərlərində şair  sonsuz  bir  iftixar

duyğusu ilə deyirdi ki, uzun müddət şeytanın yuxuya verdiyi və oyanışına

bütün  vasitələrlə mane  olduğu  xalqı  bu  qəflət  yuxusundan  islam  oyatdı.

Ona görə də dünyagörmüş şair Qurani-Kərimin "Baqara" surəsindəki 138-

ci ayəni ("Allahın rənginə bəyan; kimin rəngi onunkundan gözəldir?") əsas

götürüb  öz  həmvətənlərinə müraciət  edərək  onları ağı  qaradan  seçməyə,

zahiri  parıltılara  uymayıb  mahiyyətə varmağa,  islami  dəyərlərə sadiq

qalmağa təkidlə dəvət edirdi:

Hər rəngi at, fəqət boyan Allah boyağına,

Hər aldadan boyaqlara qəlbin boyanmasın!

Xəlqin gözün oyardı şahın mərqəzəbləri,

Qoy bir oyulsun öz gözü, ta göz oyammasın!



_____________Milli Kitabxana______________

Dinimizdən,  onun  fəaliyyətindən  cin-bismillahdan  qorxan  kimi qorxub

vahiməyə düşən  bolşevik  hökmranlığı  xalqımızı  öz  dini - mübarəki  olan

İslamdan, şair demiş, Allah boyağından ayrı salmaq üçün çox hoqqalardan

çıxdı,  çox  ağır  cinayətlər  törətdi,  çox  məscidləri  bağlayıb,  xarabazara

çevirdi.  Məscidlərin  bir  qismindən  fabrik,  zavod,  anbar,  idarə,  kino  klubu

kimi  istifadə etdilər, bəsirət əhlini  göz  görə-görə gözsüz  qoydular.  Ağzı

dualı minlərcə din  xadimini  minbərlərdən  düşürdüb  səhhətinə və yaşına

baxmadan  həbs  etdilər,  Sibirə,  Uzaq  Şərqə sürgün  etdilər,  qətlə yetirditər.

Keçmişdə Bakıda  qazi  olub  Qurani-Kərimi  Azərbaycan  dilində şərh  etmiş

Mir Məhəmməd Kərim ağa milisin zirzəmisində güllələnəndə onun 84 yaşı

var idi...

Bu  işdə çox  canfəşanlıq  eləyən  o  zamankı  rəhbərliyin  başçısı  Mircəfər

Bağırov  olub  ki,  xalq  arasında  gizlində deyilən  ikinci  adı  bir  an əvvəl

Şəhriyardan  gətirdiyim  birinci  beytdə nifrətlə yad  olunan  Mirqəzəb  idi.

Mirqəzəb  Bağırov  bədnam  Stalinin  Bakıda  heç  bir  məhdudiyyət  bilməyən

buyruqçusu idi. O öz iradəsi və şəxsən öz əllərilə çox xalqsevər ziyalını o

cümlədən  də nüfuzlu  din  xadimlərini  qanına  qəltan  etmiş,  ocaqları

söndürmüş, qapıları bağlı qoymuşdu.

Fəqət yenə də şair demiş, şeytan bu mənfur əməllərini çox davam etdirə

bilmədi, haqq öz yerini aldı, öz istiqlaliyyətinə qovuşandan sonra xalqın ilk

nəcib, vacib kütləvi tədbirlərindən biri bu oldu ki, Azərbaycanda məscidlər

bərpa  edildi,  yeni,  daha  vüsətli  Allah  evləri  tikildi,  Bayıl  qəsəbəsində

vaxtilə partladılmış  Səkinə xanım  məscidinin  yerində ucaldılan  gözəl  bir

Allah evinin bünövrəsinə isə ilk daşı Qafqaz Müsəlmanları İdarəsinin rəisi

Şeyxülislam  Hacı  Allahşükür  Pasazadə ilə birlikdə müstəqil Azərbaycan

Respublikasının Prezidenti Heydər Əliyev cənabları özləri qoydular!

Azərbaycan  Prezidenti  Heydər Əliyev İslam  konfransının  VIII  zirvə toplantısı

münasibətilə Tehranda  olarkən İranın Ali  dini  rəhbəri  Ayətullah  Seyid Əli

Xamneyi  cənabları ilə görüşəndə ona  demişdir: "Xalqımızı  70  il ərzində İslam

dinindən ayırmağa çalışıblar. Bilirsiniz ki, biz Sovetlər İttifaqının tərkibində ateist

tərbiyəsi,  təbliğatı  altında  yaşamışıq.  Ancaq  buna  baxmayaraq,  xalqımız  öz

dinindən  heç  vaxt  ayrılmayıbdır,  onu  qəlbində,  ürəyində saxlayıb  və imkan  olan

kimi hər şey açılıbdır. Bu da dinimizin - İslam dininin nə qədər qüdrətə, gücə malik

olduğunu göstərir. Bir daha bəyan edirəm ki,



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə