MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə6/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   2   3   4   5   6   7   8   9   ...   106

_____________Milli Kitabxana______________

4

Şəhriyarın  boyük  həyati  problemlər  qaldıran  irsi  məhdud,  məhəlli

səciyyə daşımayıb, vüsətli, yaşan mahiyyətdədir. Onun əsərlərində özünün

kəskin və amansız ifşasını tapan sosial eybəcərliklər, mənəvi qüsurlar təkcə

vaxtilə Rza  şah  rejimi  altında  inləyən  İrana  deyil, elə Stalin rejimi  altında

yaman günlərə qalmış keçmis Sovetlər İttifaqına da aid idi.

Mərkəzin zəhhakları zülmü səmayə qaldırır,

Ta ki, baş qaldıra bir gün Azəristan Gavəsi.

- deyən Şəhriyar hər iki ölkənin, bütünlükdə isə geniş miqyaslı regionun

insan azadlığına qənim kəsilmiş ədalətsiz qanunlarını ayaqlayaraq yüksəlir,

oxucu  və dinləyiciləri  pak  və ülvi  duyğular,  bəşəri  ideallar  uğrunda  öz

zəhhaklarımıza  qarşı  çarpışmağa  səsləyirdi,  Bu  bir  həqiqətdir  ki,

"Heydərbabaya  salam" əsəri ədəbiyyatımızın  şedevrlərindən  biri  olmaqla

qalmayıb,  bütünlüklə Azərbaycan  bədii  təfəkkürü  sahəsində yeni  bir

mərhələnin  başlanğıcını qoymuşdur. Bu  poema  İranda  şahlıq  rejiminin,

Azərbaycanda şəxsiyyətə pərəstiş əhvaliruhiyyəsinin tilsiminə düşmüş şeir

üçün bir növ "İsrafilin suru" rolunu oynamışdır.

Heç  kəsə sirr  deyil  ki,  Şəhriyarın  özü  də bura  daxil  olmaqla  Cənubi

Azərbaycan şairləri əksər hallarda öz əsərlərini fars dilində yazırdılar. Bu,

əlbəttə,  ölkədə bütün  savadlı  oxucuların,  hər  halda  onların  böyük

çoxluğunun yaxşı bildiyi dil olduğu üçün həmin şairlərin şərəfinə, şöhrətinə

kəsr  gətirmirdi.  Bundan  fərqli  olaraq  Şimali  Azərbaycanda  şeir  ana

dilimizdə yazılırdısa da, yenə nadir istisnaları çıxmaq şərtilə, xalqın dərdi-

odu onda özünün köklü inikasını tapa bilmirdi. Kommunist rejimini, onun

bədnam  liderlərinin  tərənnümü  şeirdə geniş  yer  tuturdu. Günahsız

insanların kütləvi  qırğınları ilə əlamətdar  olan oktyabr  (1917)  çevrilişinə,

ilk Azərbaycan Demokratik Cümhuriyyətini zorakı yolla devirən 28 Aprel

(1920)  çevrilişinə,  öz  müdhiş  fikir  və əməlləri  ilə Rusiya  imperiyasının,

burada  məskun  olan  bütün  xalqların tarixinə sinfi  çaxnaşmalar,  qırğınlar

gətirmiş Leninə, xalqımızın ən ağıllı, qeyrətli oğullarını




_____________Milli Kitabxana______________

müntəzəm  surətdə qırmış  Stalinə,  milli  fəlakətlərimizə "qanun"  donu

geydirən sosializm quruluşuna, təqvimlərdə qırmızı rənglə verilən cürbəcür

qondarma  "bayram"  günlərinə minlərcə şeir  həsr  olunmuşdu.  İş  o  yerə

çatmışdı  ki,  böyük  söz  ustası  Mirzə Əli Möcüz  Şəbüstəri  də bu  cəhətdən

özünü  saxlaya  bilməmiş,  şimallı  qardaşlarını təsiri  ilə "Tutaq  Lenin

ətəyindən,  ona  pənah  aparaq,  Zəmanəmizdəki  həllali-müşkülat  odur"

misraları da  daxil olmaqla  Vladimir  İliçə xüsusi əsər  həsr  etmişdir. Sovet

Azərbaycanı  şairlərinin  tamamilə başqa  mövzularda  yazılmış  bir  cox

şeirləri  isə əksər  hallarda  Stalinin  adı  ilə yekunlaşdırılır  və bu  xalqlar

cəlladı  "bəşəriyyətin  xilaskarı",  "bütün  zamanların əvəzolunmaz  dövlət

xadimi", "sərkərdələr sərkərdəsi" kimi təriflənirdi.

50-ci  illərin  ortalarından  etibarən  "Heydərbabaya  salam"nı  müxtəlif

yollarla  Bakıya  gəlib  çıxması,  dönə-dönə nəşr  edilib  yayılması,  heç

şübhəsiz, ölkədə əmələ gələn ciddi ictimai təbəddülat şəraitində, doğrudan

da,  köhnə,  konyunktur,  kommunist  partiyalı  şerin iflasını  sürətləndirdi.

Onun  öz  təbii  axarına  düşməsi  prosesinə elə qüvvətli  bir  təkan  verdi  ki,

həmin  təkanın nəcib  təsirindən  şerimiz  öz  varlığında,  xalqın  çağdaş

həyatına,  tarixinə münasibətində,  bədiilik  axtarışlarının  istiqamətində bu

gün də məmnun-məmnun barınmaqdadır.

Şəhriyarın  həyat  və yaradıcılıq  yolu  haqqında  az  yazılmayıb.  Lakin

deyilənlərdən  də göründüyü  kimi,  onun  sənətinin  bəzi  problemləri  bizdə

hələ də şairin  adına  layiq  yüksək  səviyyədə öyrənilməyibdir.  21  il əvvəl

tanınmış şair və şərqşünas alim Hökumə Büllurinin yazdığı kitabı və 42 il

əvvəl  klassik  irsin  görkəmli  tədqiqatçılarından  prof.  Q.Beqdelinin  çap

etdirdiyi  kitabçanı  nəzərə almasaq,  Şəhriyar  haqqında  bizim  nə geniş  və

hərtərəfli,  sanballı  monoqrafiyamız,  nə də elmi-kütləvi  səciyyə daşıyan

kitabçamız  var. Halbuki  onun  irsini  dönə-dönə, əsaslı şəkildə öyrənməyin

bir  çox  cəhətdən  ciddi əhəmiyyətə malik  olması  danılmaz  həqiqətdir.

Şəhriyarın həm farsca, həm də ana dilində, həm klassik üslubda, həm də bir

novator  kimi  yeni  səpkidə yazdığı əsərlərin,  onlarda  qaldırılan  milli  və

bəşəri  problemlərin  araşdırılıb  təhlil  edilməsinin  yaşadığımız  bu  millətlər

yarışı zamanında bir çox xalqların öz müqəddəratlarını təyin etmək yoluna

düşmək  üçün  çarpışdığı  indiki  vəziyyətdə milli  özünüdərk  baxımından

böyük əhəmiyyəti vardır.



_____________Milli Kitabxana______________

5

"Heydərbabaya  salam"  poeması  şairin  göz  açıb  gördüyü  doğma  ellər,

Cənubi Azərbaycan haqqında, milli həyatımız, məişətimiz, psixologiyamız

haqqında  vüsətli  bir  şairanə ensiklopediyadır.  On  illər  boyu doğma

yerlərdən, əziz  adamlarından  ayrı düşmüş  Şəhriyar  Heydərbaba  mühiti

barəsində ürəyinin  başında  gəzdirdiyi,  düşünüb  daşındığı  mətləbləri  bu

əsərində yüksək dərəcədə təbii və zərif boyalarla tərənnüm etmişdir.

Başdan-başa  Azərbaycan  şifahi  xalq ədəbiyyatının  ruhu  ilə aşılanmış

"Heydərbabaya 

salam" 


axar-baxarlı, 

zəngin 


Azərbaycan 

dilinin


özünəməxsus  orijinal  ahəngi  olan  cənub  dialektində yazılmışdır. Əsər

bilavasitə təbiətin ən  böyük, əzəmətli, ən  yaşarı  tərkib  hissəsi  olan  dağa

(Heydərbabaya)  muraciət  şəklində qurulmuşdur. Bunun özü  də onun

xəlqilik ruhunu qüvvətləndirən bir əlamətdir. Azərbaycan folklorunda, aşıq

ədəbiyyatında, klassik və cağdaş poeziyamızda dağlara müraciətlə deyilmiş

və yazılmış  yüzlərlə poetik  nümunə mövcuddur.  Heydərbaba  dağına  canlı

xüsusiyyətlər  verən  şair  özü  bu əsərini  nə üçün  məhz  dağa  müraciətlə

yazmasının səbəbini belə izah etmişdir: "Dağ göylərə yaxındır. O, təbiətin

şah əsərlərindən  biridir.  Dağ  tarixin əbədi  olaraq  görən  açıq  gözüdür.  O,

vətəndə baş  verən  hadisələri  seyr  edərək öz  sinə dəftərinə yazır.  Şairin

göylərə qalxan  nalələrini əks  etdirib  bütün  yer  üzünə yayaraq  hamının

qulağına çatdırmağı təkcə o bacarır".

"Heydərbabaya  salam"  poeması  iki  hissədən  ibarətdir. Onun  birinci

hissəsində 77,  ikinci  hissəsində isə 48  bənd  var. Bəndlərin  hər  biri 5

misradan hörülmüşdür. İlk üç misra aaa, dördüncü, beşinci misralar isə bb

şəklində qafiyələniblər.  Hamısı  birlikdə kamil bir əsər  kimi  poemanın

vəhdətini təmin  edən  bəndlər,  eyni  zamanda,  hərəsi  ayrılıqda,  bir  lövhəni,

hadisəni,  obrazı,  yaxud  xatirəni əks  etdirən  bitkin  bədii  vahid  təsiri

bağışlayır,

Diqqətli  oxucu əsərdə ilin  bir-birindən  gözəl  olan  fəsillərini,  bu

fəsillərin  yer  üzünə gətirdiyi əlvan  lövhələri  görür,  dağətəyi  yamaclarda

əkinin-biçinin,  bağın-bostanın gözəlliyinə tamaşa  edir,  burada  bir parça

çorək üçün əlləşib-vuruşan insanların təkrarsız mənəvi aləminə dalır, elin-

obanın toy-bayramında, dərdli-matəmli




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə