MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə5/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   2   3   4   5   6   7   8   9   ...   106

_____________Milli Kitabxana______________

müəllifin təbiətindəki səmimiyyətin, şuxluğun lirik təzahüründən ibarətdir.

Diqqət  edilərsə,  Vaqifin  də,  Şəhriyarın  da  qəhrəmanlar evində başına

dolanmalı sahib  camalın  (mələyin)  yoxluğundan  şikayət  edirlər.  Hər  iki

şeirdə sahibcamalın yoxluğu  ilə bu  lirik  qəhrəmanlar  kamal  payından  da

"məğmun"  qaldıqları  barədə yalnız  şairlərə məxsus  bir  səmimiyyətlə

gileylənirlər.

İndi  də M.Ə.Sabirin  "Ey  dərbədər  gəzib  ürəyi  qan olan  cocuq"  misrası

ilə başlayan satirasını və Şəhriyarın "Yetim" şerini götürək:

Ey dərbədər gəzib ürəyi qan olan cocuq!

Bir löqmə nan üçün gözü giryan olan cocuq!

(M.Ə.Sabir)

Öz yurdunda sən nələr cəkdin, nələr, ey yetim!

Ayaqyalın, başaçıq, sən dərbədər, ey yetim!

(M.Şəhriyar)

Məsələ təkcə onda deyil ki, gətirilən və gətirilməyən beytlərdə iki böyük

şairin  bu  və ya  digər  sözü,  ifadəsi üst-üstə düşür. Məsələ hətta  onda  deyil

ki, hər iki sənətkar eyni mövzuda yazmış, ikisi də müraciət şəklini seçmiş,

hər  ikisinin  də xitab  obyekti  kimsəsiz,  ac-yalavac,  dərbədər,  yetim  bir

uşaqdır. 

Bu

əsərlərdə



diqqəti 

cəlb 


edən 

daha 


çox 

onların


kompozisiyasındakı, süjet dönümündəki səsləşmə və məzmun uyarlığıdır.

Hər  iki  şerin əvvəlində yetim  bir  uşağın ürəkləri  parçalayan  ağır  bir

vəziyyəti  təsvir  edilir;  sonra  isə hər  iki  müəllif  bu  vəziyyəti  doğuran

səbəblər üzərində düşünür və ikisi də təqsiri cəmiyyətdə, onun öz gələcəyi

olan övladlarına ədalətsiz münasibətində də görür:

İnsan kimi bilinsə idi qədrü-qiymətin,

Açmış olurdu məktəbi-milli cəmiyyətin.

Həqlı deyil o kim, sənə der: var qəbahətin;

Məncə qəbahət isə olur halı millətin.

Etsəydi tərbiyət səni əhli vilayətin,




_____________Milli Kitabxana______________

Sailliyə qalırdımı hərgiz də rəğbətin?!

Başsız qalıb ayaqlara üftan olan cocuq.

Ey dərbədər gəzib, ürəyi qan olan cocuq!



(M.Ə.Sabir)

Xalq düşünə bilsəydi sənin səadətini,

Dünya bilsəydi elmə tükənməz rəğbətini,

Əl acıb dilənməzdin bu böyük hümmətinlə,

Yandırmazdın məni də kövrək təbiətinlə.

Sən bağbansız, baxımsız qalan bir körpə ağac;

Ömür sürən dərbədər, ac-yalavac, ey yetim!

Məktəb sənin dərdinə qılar əlac, ey yetim!



(M.Şəhriyar)

Qoyulan  məsələ ilə əlaqədar  bircə nümunə də gətirməklə fikrimi

yekunlaşdırıram. S.Ə.Şirvani keçən əsrin ortalarında yazıb:

Getmə, tərsa balası, mən də sənə sayə gəlim,

Damənindən yapışıb səhni kəlisayə gəlim.

Bu da M.Şəhriyarın kəlamı:

Getmə, tərsa balası, mən də sənə sayə gəlim,

Əl qatanda sənə məşşatə təmaşayə gəlim.

(Bu  sonuncu  səsləşməyə prof.  Həmid  Məmmədzadə diqqəti  cəlb

etmişdir).

Bütün bu müxtəsər xatırlamalardan, beləcə kiçik ekskursiyalardan sonra

kim deyə bilər ki, M.Şəhriyar M.P.Vaqifin və S.Ə.Şirvaninin lirikasından,

yaxud  M.Ə.Sabirin  satirasından  təsirlənməmiş,  yeri  gələndə onlardan əsil

böyük 


sənətkarlara 

məxsus 


bir 

tərzdə


yaradıcılıq 

yolu 


ilə

bəhrələnməmişdir?  Buradaca  Səhəndə məktubunu  yada  salmaq  yerinə

düşərdi.  Səmimi  etirafından  belə məlum  olur  ki,  Şəhriyar  bir  şair  olaraq

fəaliyyətə başlayandan özünü ruhən, mənən Sabirə borclu bilmişdir...




_____________Milli Kitabxana______________

Ümumiyyətlə,  Şəhriyarın  həyat  və yaradıcılığı ətrafında  araşdırmalar

apaılmalı məsələlər hələ çoxdur. Sadə bir məsələni, şairin tərcümeyihalını,

daha  konkret  desək,  təvəllüd  tarixini  götürək.  Şəhriyarın  doğulduğu  il son

vaxtlarda nəzərdən keçirdiyim mənbələrdə ən azı beş cür yazılıb:

1904 (Y.Gədikli.  "Şəhriyar  və bütün  türkcə şerləri"  kitabı,  səh.  18,

İstanbul, 1990);

1905 (H.Billuri.  "Məhəmmədhüseyn  Şəhriyar"  kitabı,  səh.  19,  Bakı,

Elm, 1984);

1906 (Azərbaycan  Sovet  Ensiklopediyası.  10-cu  cild,  səh.  25,  Bakı,

1987; Prof. H.Məmmədzadə də "Xalqın sevimli şairi" adlı müqəddiməsində

Şəhriyarın təvəllüd tarixini 1906-cı il kimi qeyd etmişdir. Bax. M.Şəhriyar.

"Aman ayrılıq". Bakı, 1981, səh 4);

1906-1907 (Q.Beqdeli.  "Məhəmmədhüseyn  Şəhriyar"  kitabçası,  səh.  5,

Bakı, Azərnəşr, 1963);

1907-1908  (Əhməd  Atəş.  "Şəhriyar  və Heydərbabaya  salam"  kitabı,

səh.7, Ankara, 1964).

Bunları  oxuyur  və düşünürəm:  axı,  Şəhriyar  qədim,  yaxud  erkən  orta

əsrlərin  qaranlıqları  içərisində uzun  müddət  naməlum  qalıb  təzəcə aşkara

çıxarılan  şairlərdən  biri  deyil.  O  bizim  çağdaşımız,  cəmisi  on  yeddi  il

bundan əvvəl  səhhətini  diqqətlə izləyən  minlərlə şeir  pərəstişkarlarının

gözü  önündəcə dünyasını  dəyişmiş  böyük  və nadir  istedad  sahibi,  çox

məşhur  bir  sənətkardır. Onun  bu  dünyanı,  insanları,  xüsusilə də

şeirsevənləri  fərəhləndirən  təvəllüd  günü  niyə müxtəlif  mənbələrdə bu

dərəcədə fərqli olan 5 variantda yazılır? Özlərindən asılı olmayaraq bir-biri

ilə mübahisəyə girişən,  bəlkə də bir-biri  ilə öcəşən  bu  rəqəmləri

dəqiqləşdirməyin  vaxtı  çatmamışdırmı?  Şairin  doğum  tarixi  barədə bu

fərqli  rəqəmləri  götürdüyümüz  kitabları yazanların  hamısı  tanınmış

şəhriyarşünas  alimlərdir  və onun  həyatını,  yaradıcılıq  yolunu  öyrənmək,

təbliğ etmək, əsərlərini nəşr  etmək  sahəsində onların  hər  birinin,  eləcə də

Əsgər Fərdinin təqdirəlayiq xidmətləri var. Mən inanıram ki, həmin alimlər

də,  şəhriyarşünaslığın  yeni  nəslini  təmsil edən  tədqiqatçılar  da  ümumi

obyektiv  bir  qənaətə gələcək  və ədəbi  ictimaiyyəti  şairin  doğulduğu  il

barədə elmin son sözü ilə tanış edəcəklər.




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə