MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə11/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   7   8   9   10   11   12   13   14   ...   106

_____________Milli Kitabxana______________

Şəhriyarın həm farsca, həm də ana dilində, həm klassik üslubda, həm də

yeni  formada  yazdığı əsərlərində çox  sanballı milli  və bəşəri  problemlər

qaldırılmışdır. Onların bir çox xalqların öz müqəddəratını əlinə alıb dövlət

müstəqilliyini  qorumaq  uğrunda  çarpışdığı  indiki  vəziyyətdə

milli


özünüdərk baxımından böyük əhəmiyyəti vardır.

60-cı illərdə, xüsusən, "Heydərbabaya salam" poeması Bakıda tam halda

nəsr edildikdən sonra Şimali Azərbaycanda Şəhriyarın yaradıcılığına maraq

xeyli artmış, şairin əsərləri yurdumuzun istisnasız olaraq bütün bölgələrində

geniş  yayılmışdır.  Bu  taylı  şairlərin  Şəhriyarın əsərlərində vaxtaşırı

anılması,  onun  da  mübarək  adının  və məşhur  poemasının  bu  taylı

şairlərimizin əsərlərində dönə-dönə tərənnüm  edilməsi, güney  və quzey

Azərbaycanın  şairləri  arasında  yazışmalar,  "Heydərbabaya  salam"ın bu

tayda  mavi ekranda  görünməsi,  radio  dalğalarında  səslənməsi,  bu əsərin

motivləri əsasında  tamaşalar  göstərilməsi,  Şəhriyar  irsinin  Bakıda,  onun

böyük sələfi Nizami Gəncəvinin adını daşıyan Azərbaycan ədəbiyyatı tarixi

muzeyində xüsusi  bir  guşədə layiqincə canlandırılması  xalqımızın  öz

tarixinə, ənənələrinə qovuşması,  öz  dövlət  müstəqilliyini əldə etməsi

prosesində çox  böyük  mənəvi  kömək  etmişdir.  Şairin  vəfatından  illər

keçdikcə onun ədəbi  irsinə oxucu  marağı  daha  da  artır.  Hər  iki  tayda

adamlar  xoş  gündə də,  iş  müşkülə düşəndə də ilk  növbədə,  özünün  say-

seçmə şairlərindən  biri  kimi  Şəhriyarın  sənət  kəhkəşanına  müraciət edir,

onun fikir və duyğular xəzinəsindən qəni-qəni faydalanırlar. Bu zəngin və

universal 

xəzinədə


insan 

həyatının

bütün 

məqamlarını, 



xalq

psixologiyasının  ovqat  qammasını əks  etdirən əsərlərlə qarşılaşırlar.

Şəhriyar  on  illər  bundan əvvəl  doğulmuş  bu  misralarını  elə bil  ki,

xalqımızın  erməni  təcavüzünə məruz  qaldığı  məhz  bu  fəlakətli  günləri

haqqında demişdir:

Behiştimiz cəhənnəm olmaqdadır,

Zilhiccəmiz məhərrəm olmaqdadır.

Lakin  xoşbəxtlikdən  Şəhriyarın  həsbi-hal  səciyyəsi  daşıyan  belə

optimist misraları da vardır:



_____________Milli Kitabxana______________

Dedim: - Məhəbbətdən özgə nə varsa,

Çəkdim, qələm çəkdim, hamısına mən.

- İnsana, vətənə, borcun var, dedi,

Heç vaxt qələm çəkmə bu borcuna sən.

Dedim: - Nə gözəldir səma, ay, günəş,

Ey cahan, günəşə öz qapını aç!

Dedi: - Ey gözəllik padşahı şair,

Dünyaya ədalət bayrağını sanc!

Yaman günün ömrü az olar demişlər. Haqq öz yerini tutacaq, xalqımızın

istiqlal amalı tam qalib gələcək, gözəl Qarabağın bütün guşələri də buraya

daxil  olmaqla,  doğma  torpaqlarımız  dinc  nəfəs  alacaqdır.  Azərbaycanın

üçrəngli, aylı-ulduzlu dövlət bayrağı ilə yanaşı, xalq mənəviyyatının parlaq

rəmzi kimi qüdrətli şairimiz Şəhriyarın sənət və gözəllik bayrağı da qədim

Azərbaycan torpağı üzərində əbədi dalğalanacaqdır.

Bəkir Nəbiyev

akademik



_____________Milli Kitabxana______________

Azərbaycan

dilində

şeirləri


_____________Milli Kitabxana______________


_____________Milli Kitabxana______________

HEYDƏRBABAYA SALAM

BİRİNCİ HİSSƏ

Heydərbaba, ildırımlar çaxanda,

Sellər, sular şaqqıldayıb axanda,

Qızlar ona səf bağlayıb baxanda,

Salam olsun şövkətüzə, elüzə,

Mənim də bir adım gəlsin dilüzə.

Heydərbaba, kəhliklərin uçanda,

Kol dibindən dovşan qalxıb qaçanda,

Baxçaların çiçəklənib acanda,

Bizdən də bir mümkün olsa yad elə,

Açılmayan ürəkləri şad elə.

Bayram yeli çardaxları yıxanda,

Novruzgülü, qar çiçəyi çıxanda,

Ağ buludlar köynəklərin sıxanda,

Bizdən də bir yad eləyen sağ olsun,

Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

Heydərbaba, gün dalıvı dağlasın,

Üzün gülsün, bulaqların ağlasın,

Uşaqların bir dəstə gül bağlasın,

Yel gələndə, ver gətirsin bu yana,

Bəlkə mənim yatmış bəxtim oyana.

Heydərbaba, sənin üzün ağ olsun,

Dörd bir yanın bulaq olsun, bağ olsun,

Bizdən sora sənin başın sağ olsun,

Dünya qəzəv-qədər, ölüm-itimdi,

Dünya boyu oğulsuzdu, yetimdi.



_____________Milli Kitabxana______________

Heydərbaba, yolum sənnən kəc oldu,

Ömrüm keçdi, gələmmədim, gec oldu,

Heç bilmədirn gözəllərin nec oldu,

Bilməz idim döngələr var, dönüm var,

İtginlik var, ayrılıq var, ölüm var.

Heydərbaba, igid əmək itirməz,

Ömür keçər, əfsus bərə bitirməz,

Namərd olan ömrü başa yetirməz,

Biz də, vallah, unutmarıq sizləri,

Görəmməsək, halal edin bizləri.

Heydərbaba, Mirəjdər səslənəndə,

Kənd içinə səsdən-küydən düşəndə,

Aşıq Rüstəm sazın dilləndəndə,

Yadmdadı nə hövləsək qaçardım?

Quşlar təkin qanad çalıb uçardım.

Şəngülava yurdu, aşıq alması,

Gah da gedib orda qonaq qalması,

Daş atması, alma-heyva salması

Qalıb şirin yuxu kimi yadımda,

Əsər qoyub ruhumda, hər zadımda.

Heydərbaba, Quru gölün qazları,

Gədiklərin sazax çalan sazları,

Kənd-kövşənin payızları, yazları,

Bir sinema pərdəsidir gözümdə,

Tək oturub, seyr edirəm özüm də.

Heydərbaba, Qaraçəmən caddası,

Çovuşların gələr səsi, sədası,

Kərbəlaya gedənlərin qadası

Düşsün bu ac, yolsuzların gözünə,

Təməddünün uyduq yalan sözünə.

Heydərbaba, şeytan bizi azdırıb,

Məhəbbəti ürəklərdən qazdırıb,



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə