MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə8/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   4   5   6   7   8   9   10   11   ...   106

_____________Milli Kitabxana______________

"Xəmsə"si,  Füzulinin  "Leyli  və Məcnun"  məsnəvisi məhz  belə mötəbər,

təkrarsız ədəbi  qaynaqlardır.  Sədinin  "Gülüstan"ı  və "Bustan"ı,  Hafiz

Şirazinin,  Kəmali  Xocəndinin,  Hacı  Seyid Əzim Şirvaninin,  məliküşüəra

Baharın ən yaxşı qəzəlləri, Molla Pənah Vaqif Qarabağinin zərif qoşmaları,

M.Ə.Sabirin  satiraları  da  qədirşünas  oxucuya  məhz  belə təsir  bağışlayır.

Əsərlərindəki  mötəbər  fikirlərin, əlvan  duyğuların,  incə mətləblərin

təqribən son yarım əsrdə yetişən yeni-yeni nəsillərə güclü təsir göstərməsi,

onların  mənəviyyatında  böyük  intibahlar  oyatması  baxımından  Seyid

Məhəmmədhüseyn Şəhriyar da bu cür nadir sənətkarlardan biridir.

Bu, əlbəttə, bəzi digər məqamları da nəzər almaq şərtilə, Şəhriyar irsinin

iki çox mühüm keyfiyyətilə bağlıdır. Həmin keyfiyyətlərdən birincisi budur

ki,  şairin  həm  fars,  həm  də Azərbaycan  dilində yazmış  olduğu  müxtəlif

mövzulu əsərlərin  bir  çoxu  bütün  zamanlar,  ölkələr  və insanlar  üçün

gərəkli, maraqlı olan dərin və ali fikirlərlə, incə və zərif bəşəri duyğularla

zəngindir.  İkinci vacib  keyfiyyət  isə bu  fikir  və duyğuların bir  söz  ustadı

kimi  müəllif  tərəfindən  yüksək  dərəcəli  sənətkarlıqla,  təzə,  təravətli,

orijinal,  bədii  ifadə vasitələrilə,  ürəyə yatan  ahəng  və cazibədarlıqla, ən

yüksək bədiilik tələblərinə cavab verən səviyyədə təsbit olunmasıdır.

Şəhriyarın yaradıcılığında  xalqın maddi  və mənəvi həyatının bütün

cəhətləri, insan taleyinin bütün yönləri üçün görməli, götürməli, öyrənməli,

faydalanmalı  məqamlar  istənilən  qədərdir.  Bu  misralar əsasən  Qurban

bayramı  münasibətilə xalqa  ünvanlanmış  mübarəkabadlıq  sözlərindən

ibarətdir.

Başdan, candan keçən millət,

Bayramın mübarək olsun!

Küfrü kəsib biçən millət,

İslamın mübarək olsun.

Ay atalar, ay analar,

Ehsansız qəbul olubdur.

Kuyi-Minada kəsilən

Qurbanız qəbul olubdur.

Cihada bel bağlayandan

İmanız qəbul olubdıır.




_____________Milli Kitabxana______________

Səflər içrə san verdin sən,

Cəbhələrdə can verdin sən.

Millətüvə kömək çıxdın,

Qansızlara qan verdin sən.

O pak qana qanlar qurban, bayramın mübarək olsun!

O pak cana canlar qurban, bayramın mübarək oisun!

... Dünyadan vaz keçən oğul, bayramın mübarək olsun!

Şəhid camın içən oğlu, bayramın mübarək olsun!

(“Bayramın mübarək olsun”)

Şəhriyarın  bu  sözləri  məşhur  "Hədiqətüs-süəda" əsərində Kərbəla

faciəsinin  ürəkləri  yandıran  məqamlarını  təsvir  etmiş  böyük  Azərbaycan

şairi Məhəmməd Füzuli Bağdadinin kəlamı ilə çox gözəl səsləşir:

Zillət ilə ləzzəti olmaz həyatın, dustlar,

Nəqdi-can sərf eyləyib, dünyada kam almaq gərək!

İcz ilə dönmək ədudən səhlidir, himmət tutub

Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!

Hər iki əsri oxuyarkən bəzən adama elə gəlir ki, Şəhriyar da, Füzuli də

bu  misraları  yazanda  öz  qələmlərini  mürəkkəbə yox,  ürəklərinin  qanına

batırmışdır. Odur ki, Füzulinin İmam Hüseyn faciəsini əks etdirən məşhur

məqtəlini  müqəddəs  Kərbəlada  qələmə almasından  450  il,  Şəhriyarın  isə

Təbrizdə camaatta  bayramlaşmasının nəticəsində doğulmuş  "Bayramın

mübarək  olsun"  şerinin  yazılmasından  isə təqribən  30  il  keçdiyinə

baxmayaraq,  həmin əsərlər  dərin  ümumiləşdirmə keyfiyyətinə malik

olduqları üçün bir çox digər ölkələrdə, o cümlədən də bizim tərəflərdə hər

kəsi  düşündürür. Qəlbində Allah  nuru  olan  bu  şairlər  oxucu  və

dinləyicilərinə təlqin  edirlər  ki,  azadlıq,  istiqlaliyyət,  müqəddəs  dinimiz

yalnız  xəyal  bəsləməklə əldə edilən  nemətlər  deyildk. Dini  mübarəkimizi,

azadlıq  və istiqlaliyyətimizi,  vətən  sərhədlərinin  toxunulmazlığının əldə

silah  cəbhələrə gedən  qeyrətli  vətən  balaları öz  qanı  və canı  ilə

qazanmalıdırlar. İranın qeyrətli övladları Yaxın Şərqin ən güclü




_____________Milli Kitabxana______________

orduya,  hərbi  texnikaya  malik  olan  şahlıq  səltənətinə qarşı  şanlı

mücadiləsində,  beynəlxalq imperializmin  fitnələrindən  doğmuş  "Körfəz

müharibəsi"  zamanı  yadellilərə qarşı  apardığı  qəhrəmanlıq  mübarizəsində

bunu dönə-dönə sübut etmişdir.

Şəhriyarın azadlıq və istiqlaliyyətin tərənnümünə həsr olunmuş bu ruhlu

əsərləri İranın şimal qonşusu olan Azərbaycan cümhuriyyətindəki bugünkü

durumu,  xalqımızın  düçar  olduğu  ağır  müşkülləri  və təcavüzə qarşı

mübarizəsini  də müvəffəqiyyətlə ehtiva  etməkdədir.  On  beş  ildən  artıqdır

ki,  Azərbaycan  öz  nankor  qonşusu  Ermənistanın silahlı  təcavüzünə məruz

qalmışdır. "Arxalı köpək  qurd  basar"  demişlər.  Rusiya  cəbhəxanalarından

gah  gizlin,  gah  aşkar  yollarla  alınan,  bahası  hər  dəfə milyard  dollarla

hesablanan  ağır  silahlarla  təchiz  olunmuş  düşmən  torpaqlarımızın  iyirmi

faizini işğal etmiş, o ərazidə ələ düşən, dişə dəyən nə varsa, hamısını soyub

aparmışdır. Məscidlər,  məktəblər,  səhiyyə ocaqları,  ictimai  iaşə binaları

dağıdılmışdır. On minlərlə Azərbaycan vətəndaşı həlak olmuş, hesabı dəqiq

bilinməyən  soydaşımız  yaralanmış,  bir  milyondan  artıq  müsəlman  öz

doğma  ev-eşiyindən,  od-ocağından  qaçqın  düşmüşdür.

Çadırlarda

acınacaqlı güzəran keçirən bu zavallı həmvətənlərimizin bir qisminə kömək

əli  uzatdığı  üçün əlinə düşmüş  bu  fürsətdən  istifadə edərək,  İran  İslam

Cümhuriyyətinin  dövlətinə,  bu  ölkədəki  öz  din  qardaşlarımıza  dərin

minnətdarlığımı bildirirəm.

Ədalət  nazilər,  amma  üzülməz  deyiblər. Əlbəttə,  belə qalmayacaq.  Ya

beynəlxalq  dairələrin  nəzarəti  altında  sülh  yolu  ilə və yaxud  da  Şəhriyar

şerinin 


qəhrəmanları 

kimi 


qanımız, 

canımız, 

başımız 

bahasına


torpaqlarımızı  təcavüzkardan  təmizləyəcəyik  və o  zaman,  el  arasında

deyildiyi kimi, bizim də küçəmizdə bayram olacaqdır, inşallah!

Mən  buna  bütün  varlığmıla  inanıram  və oxucuları da  inandınram  ki,

həmin  bayramda  məsud  vətəndaşlarımızın  oxuyacaqları  mahnılar,  şeirlər

arasında Şəhriyarın bu misraları da özünə yer alacaqdır:

İnqilabdan kam almışıq,

Nəngi verib, nam almışıq,

Küfrdən islam almışıq,

Taza ilə taza girdik,

Qışdan çıxıb, yaza girdik.




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə