MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə4/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   2   3   4   5   6   7   8   9   ...   106

_____________Milli Kitabxana______________

Bircə bəndini  nümunə kimi  verdiyimiz  "Səhəndiyyə"  şeri  dərin  xəlqi

məzmunu  zəngin,  obrazlı  ifadə vasitələrilə və bu  dərəcədə ahəngdar əks

etdirməyin bariz nümunəsi kimi S.Vurğunun, R.Rzanın və B.Vahabzadənin

ən  yaxşı əsərlərilə,  Şəhriyarın özünün  "Heydərbabaya  salam"  poeması  ilə

yanaşı  durur. Ədəbiyyatımızın ənənəvi  janrı olan  qəzəli  də ana  dilimizdə

sadə, aydın və yenə də ahəngdar səsləndirmək baxımından bu beytlər nadir

nümunələrdir:

Çoxlar incikdi ki, sən onlara naz eyləmisən;

Mən də incik ki, mənim nazımı az eyləmisən.

...Hər baxışda çalısan kirpiyi mizrab kimi,

Bir qulaq ver bu sınıq könlü nə saz eyləmisən!

Bir  halda  ki,  söhbət  obrazlılıqdan  və ahəngdarlıqdan  düşdü,  Şəhriyarın

"Aman  ayrılıq"  şerinin  bu  bəndinin  üstündən  qətiyyən  sükutla  keçmək

olmaz:

Ayrılıq gələ bir kərəm qıla:



Bir neçə gün də bizdən ayrıla.

Qəm də bir biz tək saralıb-sola;

Hanı bir belə güman, ayrılıq?

Aman ayrılıq, aman ayrılıq!

Yüz  illər  boyu  Şərq,  o  cümlədən  də Azərbaycan  şerində ayrılıqdan

(hicrandan)  dönə-dönə,  acı-acı  şikayətlər  edilmiş,  vətən  həsrətindən  də az

yazılmamışdır. Lakin bu şeirdə ayrılıq ilk dəfə olaraq geniş miqyaslı ictimai

anlam  səviyyəsinə qaldırılmışdır.  Şair  ayrılığı  müşəxxəsləşdirib  ondan

xalqa  kərəm  qılmağı  diləyir,  həmişəlik  olmasa  da,  barı  bir  neçə günlüyə

ayrılığın  bizdən  uzaqlaşması  təmənnası  ilə az  qala  ona  yalvarır  ki,  xalqın

bir çayın iki sahilində yaşayan, dəmir pərdə ilə ayrı salınmış iki parçası qısa

bir  müddətdə,  bir  neçə günlüyə də olsa  bir-biri  ilə görüşə,  qovuşa  bilsin,

qohum-qardaş bir-birinin ölüb-qalanından xəbər tutsun...

Şəhriyar ayrılığı bir növ qarğış obyektinə çevirmişdir; həm də misraların

birində bənzəyənlə bənzədilən  arasındakı  münasibətlər  çox  ustalıqla

səciyyələndirilmişdir: "qəm də bir biz tək saralıb sola".




_____________Milli Kitabxana______________

1990-cı  ildə hər  iki  tərəfdən  qohum-qardaşın dəstə-dəstə sərhəd  xəttini

yarıb  bir-birilə görüşməsi  epizodları yəqirı  ki,  çoxlarının yadındadır.

Sərhədçilər  o  zaman  adamlara  niyə atəş  aça  bilmədilər?  Çünki  onları

Şəhriyarın,  onun  xalqının ahı  tutmuşdu;  qəm  də ahın təsirindən  saralıb-

solmuş, aylıq qısa bir müddətə də olsa bizdən üz döndərmişdi...

Mənim  qənaətimə görə,  indi  sərhədlərimizdə gediş-gəlişin  səhmana

düşüb vüsətlənməsində "Heydərbabaya salam" və "Aman ayrılıq!" müəllifi

Şəhriyarın  tarixi  xidmətləri  heç  bir  diplomatın, əlbəttə,  heç  bir  silahlı

qüvvənin xidmətləri ilə müqayisədə ölçüyə-gəlməz dərəcədə böyükdür.

Tamamilə təbiidir  ki,  bu  gün  Şəhriyarın  həyat  və yaradıcılığı  onun  sənətinin

qaynaqları, poeziyada sələfləri, şerinin məna və mətləb dərinliyi, kəlamının vüsəti,

incəliyi,  poetikasının sirləri, əsərlərinin  bütün  hüceyrələrinə hopub  onların

mahiyyətinə çevrilmiş  xəlqiliyin  üfüqləri  Təbrizdə də,  Bakıda  da,  Ankarada  da,

İstanbulda  da,  Berlində də bir  sıra  digər  Asiya  və Avropa  elmi  dairələrində də

alimlərin diqqət mərkəzindədir.

Mən  isə gələcəkdə hərtərəfli  işlənməsini  vacib  hesab  etdiyim  bir-iki  məsələyə

dair  mülahizələrimi  oxuculara  çatdırmaq  istərdim.  Bu  vacib

məsələlərdən  biri

Şəhriyar 

yaradıcılığının

Azərbaycan 



poeziyasının

irs-varis

münasibətlərinin araşdırılması ilə bağlıdır.

3

Şəhriyarın  yaradıcılığını alimlər  haqlı  olaraq  Şərqin  Xaqani,  Nizami,

Sədi, Hafiz kimi dahi söz və fikir bahadırlarının irsi ilə üzvi əlaqədə tədqiq

edirlər.  Lakin  onun  ana  dilində yazmış  sənətkarlarla əlaqələrindən  nadir

halları çıxmaq  şərtilə demək  olar  ki,  bəhs  edilmir.  Halbuki, Şəhriyarın

əsərlərində bilavasitə Füzulidən  də,  XVIII-XX əsrlərdə inkişaf  etmiş  "bu

taylı" poeziyadan da nə isə bir duz var. Başqa cür desək, Şəhriyarın mövzu

və mənaca  zəngin,  şəkilcə,  təsvir  və ifadə vasitələri  etibarilə əlvan  sənət

bağçasında klassik Azərbaycan dilli şerin ətrini verən çiçəklər də az deyil.

Tipoloji  baxımdan  bu  keyfiyyətlərin  araşdırılması  Şəhriyar  irsinin

məktəblərimizdə öyrədilməsi baxımından da çox maraqlıdır.



_____________Milli Kitabxana______________

Elə Molla  Pənah  Vaqifdən  başlayaq.  Onun ən  geniş  yayılmış

şeirlərindən birini - "Bayram oldu..." qoşmasını yadımıza salaq:

Bayram oldu, heç bilmirəm neyləyim,

Bizim evdə dolu çuval da yoxdu.

Düyilə yağ hamı çoxdan tükənmiş,

Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,

Bir söz desəm dəxi qoymazlar kəndə.

Xalq batıb noğula, şəkərə, qəndə,

Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,

Nə də evdə sahibcamalımız var.

Vaqif, öyünmə ki, kamalumız var.

Allaha şükür ki, kamal da yoxdur

İndi  də tanınmış  şairəmiz  Hökumə xanım  Billurinin  tərcüməsində

Şəhriyarın "Yoxdur" rədifli qəzəlindəki bəzi beytlərə fikir verək:

Bizim ki, süfrəmizdə yavan çörək də yoxdur,

Toxa nə var, yoxsula isti xörək də yoxdur,

Qış günü pambıqdan ağ, üzüm kömürdən qara

Ocaqda yandırmağa quru təzək də yoxdu.

... Nə camaldan, nə də ki, kamaldan pay almışam

Həsrətinə yanmağa bir şux mələk də yoxdur!

Biri Azərbaycan dilində, aşıq şeri ahəngində, qoşma janrında, digəri isə

fars  dilində,  klassik  Şərq  şeri  ruhunda,  qəzəl  janrında  təqribən  150  illik

zaman fərqində yazılmış bu iki orijinal əsərdə biri-biri ilə səsləşən ümumi

cəhətlər  vardır! Şeirlərin  ikisi  də üzü  qara  yoxsulluqdan  acı-acı  şikayət

notları ilə aşılanmışdır.  Bu əsərlərin  ikisində də yoxsulluq  istedad,  hünər

sahibi  olan  sənətkarların  dərdi  kimi  ümumiləşdirilmişdir.  Lakin  bir  vacib

poetik detal "Bayram oldu..." qoşması ilə "Yoxdur" rədifli qəzəli xüsusi bir

ortaq  məxrəcə gətirir  ki,  onu  ayrıca  qeyd  etmək  vacibdir. Həmin  ortaq

məxrəc hər iki




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə