MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə3/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   2   3   4   5   6   7   8   9   ...   106

_____________Milli Kitabxana______________

"Heydərbabaya  salam"  poeması  da  buraya  daxil  olmaqla,  həmin əsərlər

müəllifinə təkcə Azərbaycanda  və İranda  yox,  həm  də Türkiyədə,  İraqda,

Orta  Asiyada,  ümumiyyətlə dilimizin  anlaşıldığı  bütün  ölkələrdə haqlı

şöhrət qazandırmışdır. Bunun birinci səbəbi, əlbəttə, "Türkin dilitək sevgili,

istəkli  dil  olmaz"  deyən  şairin  ana dilinə sonsuz  məhəbbəti  və dilimizin

zənginliklərinə dərindən bələd olmasıdır.

"Türkin  dili"  adlı  şerində Şəhriyarı belə bir  kəlamı  da  var:  "Şair  ola

bilməzsən, anan doğmasa şair!". Bununla o, şair üçün həyat təcrübəsinin və

təhsilin  məna  və əhəmiyyətini  azaltmadan  demək  istəyir  ki,  şairlik  hər

şeydən əvvəl istedadın bəhrəsi, istedad isə Allahın vergisidir. İstedadsız isə

şair  olmaq əsla  mümkün  deyl.  Öz  böyük  istedadını reallaşdırmaq  üçün

doğma Azərbaycan dilinin əsrarəngiz axar-baxarı Şəhriyar üçün vüsətli bir

hünər və yaradıcılıq meydanı açmışdır.

Şəhriyarın  ana  dilli  şeirləri  arasında  Bakıdakı  qələm  dostlarına  yazdığı

mənzum  məktublar  geniş  yer  tutur.  Xalq  şairləri  Suleyman  Rüstəm  və

Məmməd Rahimə, şərqşünas alim, professor Rüstəm Əliyevə ünvanlanmış

şeirlərində, habelə "El bülbülü", "Döyünmə söyünmə", "Qafqazlı qardaşlar

ilə

görüş"  və



"Gözüm  aydın"

əsərlərində

Bakı  həsrəti,  Şimali

Azərbaycandakı  qardaşları ilə görüşüb  onları bağrına  basmaq  arzusu

özünün  çox  güclü  ifadəsini  tapmışdır.  Şahlıq  rejiminin  İranda,  sovet

rejiminin Azərbaycanda tüğyan etdiyi bir vaxtda yazılmış bu misraları heç

bir Azərbaycan övladı həyəcansız oxuya bilməmişdir:

Bizi yandırır yaman ayrılıq,

Bu darıxdıran duman ayrılıq,

Başa sovurur saman ayrılıq,

Aman ayrılıq, aman ayrılıq.

... Qan dəryasına cuman ayrılıq,

... Qəddimi edib kaman ayrılıq.

Şəhriyar uzun illər boyu Şimali Azərbaycan və Bakı həsrəti ilə qovrulsa

da,  keçmiş  Sovetlər  İttifaqı  ilə keçmiş  şahlıq  İranı arasındakı  sərhədlər,

tanınmış  xalq  xadimləri  üçün  qoyulmuş  qadağanların sərtlyi,  maddi

çətinliklər, nəhayət, hər iki tərəfdə tədriclə qarşılıqlı



_____________Milli Kitabxana______________

münasibətlərin buzu əridikdən  sonra  isə xəstəlik,  qocalıq  ona  bu arzusunu

gerçəkləşdirməyə imkan  verməmişdir. Hətta  bir  dəfə Bakı  səfəri  haqqında

Şəhriyara  konkret  vəd  verilmiş,  vaxtında  ünvanına  gedib  çatmayan  bir

dəvətnamə də göndərilmiş, şair öz şimal qardaşları qarşısında oxumaq üçün

irəlicədən  iki  şeir  də yazmışdır.  Lakin  dərin  təəssüflər  olsun  ki,  səfər  baş

tutmamış,  böyük  şairin  arzusu  gözündə qalmışdır.  Aşağıda  bir  parçası

verilən "Qafqazlı qardaşlar ilə görüş" şeri məhz bu münasibətlə yazılmışdır.

Sacımın qəmli simlərində mənim,

Bakının başqa bir təranəsi var.

Sinəmin dar xərabəsində dərin

Bu cəvahirlərin xəzanəsi var.

Mən sizin şanlı qəhrəmanlarızı

Sözlərimdə həmişə yad edərəm.

Zülmə qarşı qılınc sözüm kəskin,

Qəhrəmanlar kimi cahad edərəm.

Sən kimi qardaş öz qarındaşını

Atmayıb, özgə kimsə tutmayacaq.

Qoca Təbriz də yüz min il keçsə

Bakı qardaşların unutmayacaq!

Gəlmişik doğma yurdumuz Bakıya,

Qoy bu, tarixdə iftixar olsun.

Şəhriyardan da bu üfqlərə

Bir sınıq nəğmə yadigar qalsın...

Şəhriyar  klassik  şərq  bədii  təfəkkürü  ilə ayrılmaz  vəhdət  təşkil edən

həqiqətən də qüdrətli bir şairdir. Onun sənətinin bu məqama yüksəlib, qısa

bir  müddətdə nəinki  təkcə fars  dilli  poeziyanın,  nəinki  təkcə ümumtürk

bədii fikrinin, bütünlükdə ümumşərq mədəniyyətinin hadisəsinə çevrilməsi

bir sıra digər keyfiyyətləri ilə yanaşı, bir də bununla şərtlənir ki, şair şerə,

söz  möcüzəsinə tapınıb  özünü  bir  sənətkar  kimi  dərk  etdikdən  etibarən

poeziyanın yalnız  ayrı-ayrı fərdlərin,  görkəmli  söz  ustalarının  deyil,  bütün

xalqın,  insanlığın mənəvi  dünyasının ən  qiymətli  tərkib  hissələrindən  biri

kimi



_____________Milli Kitabxana______________

qavramış,  bu  meyarla  da  istər  öz əsərlərinin,  istərsə də başqa  istedadların

özündən əvvəl yaratmış olduğu əsərləri dəyərləndirmişdir:

Şersiz insanlar yaşaya bilməz,

Şerə kəm baxana insan deyiləz.

Ey şeir, həyatım, ömrüm sənindir,

Gözümün işığı sətirlərindir.

Sənsən başım üstə acılan səhər,

Sənsiz gözümüz də gecəyə bənzər,

Şersiz bu dünya kədər, qəm kimi,

Şersiz cənnət də cəhənnəm kimi...

El arasında deyildiyi kimi  "Niyyətin hara, mənzilin də ora". Şəhriyarın

əsərləri hər şeydın əvvəl, kədəri, dərdi, fəlakətləri, yer üzündə insanların öz

əli ilə süni  surətdə bərqərar  edilən  cəhənnəmin  dünyadan  uzaqlaşdırmaq,

hər  kəsə özü  haqqında,  varlığı,  qayəsi,  insanlıq  vəzifəsi  barəsində

düşündürmək, aşıladığı nəcib, xeyirxah, zərif duyğularla, öz adına, şərəfinə

layiq  ömür  sürməyə dəvət  etmək,  dünyanı gülzara,  bolluq,  gözəllik,

firavanlıq  mənbəyinə çevirmək,  bir  sözlə,  cənnəti  yer  üzündə bərqərar

etmək  kimi  böyük  məqsəd  izləmişdir.  Bu  gün  biz  inamla  deyirik:

Şəhriyarın  idrak  və zövq  mənbəyi  olan əsərləri,  eləcə də onun  dönə-dönə

yüksək  qiymətləndirdiyi  sənət  bahadırlarının təkrarsız  irsi  olmasaydı,

dünya  nə qədər  solğun,  insanlar  mənən  nə qədər  yoxsul  və miskin

görünərdi!

Bu  ümumbəşəri  dəyərlər  cərgəsində öz  layiqli  yerini  tutan  Şəhriyar

irsinin Azərbaycan ədəbiyyatı üçün məna və əhəmiyyəti xüsusilə böyükdür.

Şəhriyarın  irsi,  o  cümlədən  də xüsusən ana  dilində yazılmış əsərləri,

Azərbaycan  poeziyasının  xalq  həyatı  ilə qaynayıb  qarışmasında,  şeir

dilimizin  mənəvi  sərvətlərimizdən, ədəbi  dilimizin  şəhdindən-şəkərindən

gözü  dolusu  barınıb-bəhrələnməsində müqayisəyəgəlməz  dərəcədə böyük

xidmətlər göstərmişdir.

Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim!

Başı tufanlı Səhəndim!

Başda Heydərbaba tək qarla, qırovla qarışıbsan,

Sən ipək telli buludlarla üfüqdə sarışıbsan.

Savaşarkən barışıbsan.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə