MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə21/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   17   18   19   20   21   22   23   24   ...   106

_____________Milli Kitabxana______________

Siz qədimdən adlı-sanlı xanlarsız,

Hər biri min cana dəyən canlarsız,

Sirri-həyatı oxuyub anlarsız,

Bilirsiz ki, dünya qəzov-qədərdi,

Qəzov-qədər qəmin yemək hədərdi.

Dünya "bu şahdı", "bu gəda" qanmayıb,

İndiyətək bir kəsə aldanmayıb,

Heç bir çıraq sübhə qədər yanmayıb.

Baş altımız gah alçaqdır, gah uca,

Ölüm baxmır bu cavandır, bu qoca.

Sənin atan bir şux, zərif kişiydi,

Xəlqi ayıq salmaq onun işiydi,

Şuxluqları ağızlar kişmişiydi,

Hamı onu həsrətilən yad edir,

Əzizləyib rəhmətinən şad edir.

Məlik Niyaz xanzadalar başıydı,

At belində üzüklərin qaşıydı,

Əfsanə tək pərilər oynaşıydı,

Qəm günündə bir kəndi mat edibdi,

Qeyrətə bax! Baş götürüb gedibdi.

Kamil özünsən ki, kamal əhlisən,

Şerin nişan verir ki, hal əhlisən,

İncə, zərif zövqü xəyal əhlisən,

Gündən-günə hünərdə çağlaşarsan,

Bir gün olar Sabirlə bağlaşarsan.

Yaman günlər keçib-gedib itəndi,

Bir yaxşılıq muradına yetəndi,

O tay-bu tay fərqi yoxdu, vətəndi,

Orda burdan, yüz il sənət qabaqdı,

Kənd, gördüyün həman taxta-tabaqdı.

Ora bizim qızıl Kəbə Bakıdı,

Şanlı bakıçılar xaki-pakıdı,

İncəsənətlərin abü-xakıdı,




_____________Milli Kitabxana______________

Orda hünər mədənlərtək qazılıb,

"Məşədi-İbad", "Arşın malçı" yazılıb.

Cahıllıqda tora düşən çox olar,

Qış yaxınlar, tor atanlar yox olar,

Məzlumların ahı bir gün ox olar,

Zülmün dəyər ürəyinin başına,

Avçı qoyar baş yəhərin qaşına.

Yazıq cavan şeytanı görcək çaşar,

Yoldan çıxıb buludlu dağlar aşar,

Həqqi tapan Xızr olu, minlər yaşar,

Nə yaxşıdı Allah sözün inanmaq,

Bəlalara səbr eləyib dayanmaq.

İgid qürbət çəkməmişkən ayılmaz,

Şöhrəti dünyanı tutub yayılmaz,

Enişdə-yoxuşda əskik sayılmaz,

İgid bir vəqt qansızlara qan verər,

Bir vəqt özü qansızlıqdan can verər.

Mən də illər uzaq düşdüm elimdən,

Ata öldü, fələk vurdu belimdən,

İndi düşməz "ata" adı dilimdən,

Bəli, oğul, bizlər hamı həmdərdik,

Güllər əkdik, amma tikanlar dənlik.

Bir kəsə nə ata qalar, nə əmi,

Biçilməyə əkilibdi bu zəmi,

Sənin kimi oğul vardı, nə qəmi?

Əmirxanın sönməz daha ocağı,

Məktəb imiş sənin ana qucağı.

1

Bu dünyada bizdən qalan bir səsdi,



Bu karvanın zəngi qalırsa, bəsdi,

Unutsa hər kəs atasın nakəsdi,

Unutmasan, sən atanı yad elə,

Ehsan ilə onun ruhun şad elə.

Əbülfəzl Hüseynin anasının adı "Məktəb" idi.



_____________Milli Kitabxana______________

Şanlı Rüstəm şeri gəlib çatıbdı,

İçki kimi əhvalımı qatıbdı,

Sanma təbim bəxtim kimi yatıbdı,

İstəmirəm gözləri yaşlandırım,

Közmələnən yaranı aşlandırım.

Yazıb, ölsəm., nə xalqı zar istərəm,

Nə qəbrimin üstə gülzar istərəm,

Araz qırağında məzar istərəm,

Açıq qoyun, gözüm o yarı görsün,

O sazlı, sözlü Şəhriyarı görsün.

Deynə; Şair, sən körpünü keçmisən,

Əbədiyyət qaraltısın seçmisən,

Xızra çatıb, abi-həyat içmisən,

Sənin təbin Xızr axtaran çeşmədi,

Dərya kimi mövcü eşmə-eşmədi.

Sən ölümün yazısı pozubsan,

Üstündə bir əbədiyyət yazıbsan,

Məzarını ürklərdə qazıbsan,

Sən kiminə bir də daha ölmək yox,

Adamları badam kimi bölmək yox.

İstədiyin ürək sözü məndədi,

Arxayın ol, mən də gözüm səndədi,

Farslar deyir "cuyəndə yabəndə"di,

Bir gün olar bu dağları çaparlar,

İstəklilər bir-birini taparlar.

Onda sən də atı minib çaparsan,

Öz haqquvu qurd ağzından qaparsan,

İtmişləri axtararsan, taparsan,

Alnımıza yazıblar axır vəsli,

Qayıdalım, tapalım axır əsli.

1348, Bəhmən ayı, 1971



_____________Milli Kitabxana______________

QARDAŞIM

SÜLEYMAN RÜSTƏMƏ İTHAF

Bizi yandırır yaman ayrılıq,

Bu darıxdıran duman ayrılıq.

Gözə sovurur saman ayrılıq,

Aman ayrılıq, aman ayrılıq!

Bir gözün açar, bir gözün yumar,

Arazı sərin gördükdə umar,

Xəzəri dərin gördükcə cumar,

Qəm dəryasına cuman ayrılıq.

Aman ayrılıq, aman ayrılıq!

Arazım vursun baş daşdan-daşa,

Göz yaşı gərək başlardan aşa,

Necə yad olsun qardaş qardaşa,

Nə din qanır, nə iman ayrılıq,

Aman ayrılıq, aman ayrılıq!

Göylərin Günün, Ayın gizlədir,

Ulduz axtarır, sayın gizlədir,

Oxunu atır, yayın gizlədir,

Qəddimi edib kaman ayrılıq,

Aman ayrılıq, aman ayrılıq!

Ayrılıq gələ bir kərəm qıla,

Bir neçə gün də bizdən ayrıla,

Qəm də bir biztək suya sovrula,

Hanı bir belə güman, ayrılıq,

Aman ayrılıq, aman ayrılıq!

Dedim: Ayrılıq, qınama məni,

Səni görmüşəm ellər düşməni,

Yüz min kərə de sınasam səni,

Haman ayrılıq, haman ayrılıq,

Aman ayrılıq, aman ayrılıq!




_____________Milli Kitabxana______________

Amansız gözün yuman ayrılıq,

Can cızlığından uman ayrılıq,

Nə qəmli yazar roman ayrılıq,

Dillərə salan duman ayrılıq,

Aman ayrılıq, aman ayrılıq!

Sən unutsan da, Süleyman, məni,

Unutmayacaq Şəhriyar səni,

Yaz gələr, bülbül qapsar çəməni,

İndilik sevsin zaman ayrılıq,

Aman ayrılıq, aman ayrılıq!

SÜLEYMAN RÜSTƏMƏ

Hökmdir hakimə, ta hökm edə fərraş arasında,

Bölələr yağ-balı fərraş ilə ağbaş arasında.

Aş içəndə üləma az qalır udsun qaşığın da,

Neyləsin, şəkk eləyib qaşıq ilə aş arasında.

Tapsa millət yavan aş, özləri bozbaşı yesinlər,

Yenə bir nisbət olar aş ilə bozbaş arasında.

Göz yaşımsan, ay Araz, qoyma gözüm baxsa da görsün,

Nə yaman pərdə çəkibsən iki qardaş arasında!

Demə dağ-daşdı, Süleyman, səni məndən ayıran şey,

Bir çibandır ki, çıxıbdır göz ilən qaş arasında.

Ağ göyərçin, nə rəvadır ki, işıqlıq quşu səntək,

Yata bayquş yuvasında, qala xəffaş arasında.

Gör necə qızları, övrətləri saillik edirlər,

Millətin namusudur, fırlanır övbaş arasında.

Xalqı dartıbla dəyirman daşıtək, dağları ilə,

Bizi dartanda qalaydı əli bir daş arasında.

Şəhriyar, sən yazan əşarı uzaqdan tanıram mən,

Bir uyuşmaq dəxi var nəqş ilə nəqqaş arasında.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə